Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan yeni siyasi partiya yaradıb.
“Sputnik Armenia”nın xəbərinə görə, Tatoyan eyniadlı təşəbbüs əsasında “Birlik qanadları” partiyasının qeydiyyatdan keçdiyini açıqlayıb.
Məlumata görə, yeni partiya iyun ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan edib.











