Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                     Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? .....                     Əməkdar jurnalist komaya düşdü .....                     Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi .....                     Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub .....                     "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                     "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi .....                     Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb .....                     ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? .....                 

“ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” - Qulamhüseyn Əlibəyli
Tarix: 7-08-2025, 11:22 | Çap et

Azərbaycan dövlət başçısı İlham Əliyev Ermənistan hökumətinin Baş naziri Nikol Paşinyanla Vaşinqtonda görüşəcək. Məlumatlar artıq rəsmən təsdiqlənib. Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 7-8-də ABŞ-yə səfər edəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqları ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək. "Washington Post" qəzeti yazıb ki, Prezident İlham Əliyev və Baş nazir N.Paşinyanın görüşündən sonra tərəflər arasında sülh sazişi elan edə bilərlər. İyulun 19-da Azərbaycan Prezidenti də bəyan edib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa yaxındırlar.
 
Məlumata görə, bu görüş Prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar. Gözlənilən görüşün mümkün nəticələri ilə bağlı "Şərq"in suallarını cavablandıran politoloq Qulamhüseyn Əlibəyli deyib ki, budəfəki görüşün ABŞ-də keçirilməsi müəyyən səbəblərlə bağlıdır.
 
- Qulamhüseyn bəy, Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşü necə dəyərləndirirsiniz?
- ABŞ Prezidenti Donald Tramp sülhpərvər prezident kimi tarixdə qalmaq istəyir. Hətta Trampı Nobel Sülh mükafatına da namizəd kimi irəli sürürlər. ABŞ rəhbəri bir sıra bölgələrdə mövcud olan münaqişələrin həllində rol oynamaqla siyasi nüfuzunu artırmağa çalışır. Doğrudur, Rusiya-Ukrayna müharibəsində D.Trampın niyyəti baş tutmadı. Amma Ağ Ev sahibi başqa vasitələrlə hələlik reallaşmayan vədini kompensasiya etməyə çalışacaq. İndi ABŞ prezidentinin diqqəti Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına yönəlib. Reallıq odur ki, Bakı və İrəvan arasında sülh danışıqları son mərhələdə, son addımlıqdadır. Demək olar ki, sənədin imzalanması istiqamətində ciddi əngəllər qalmayıb. Düzdür, Ermənistan hökuməti hələ də Bakının iki mühüm şərtini yerinə yetirməyib. Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi gündəmdədir. Lakin qəbul edək ki, sözügedən məsələlərlə bağlı bir günün içində qərar vermək və mövcud əngəlləri aradan qaldırmaq mümkündür. Digər mühüm məqam ABŞ-nin geosiyasi maraqları, Cənubi Qafqaza diqqətindən irəli gəlir. Nəzərə alaq ki, Tramp siyasətçidən öncə biznesmendir, kommersant prezidentdir. Tramp üçün prioritet həm öz bisnesi, həm də ABŞ-nin iqtisadiyyatıdır. ABŞ-yə məxsus şirkətin Zəngəzur dəhlizini 99 illiyinə icarəyə götürməsi məsələsi də daha çox iqtisadi təşəbbüsdür. ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir. İstənilən halda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müsbət nəticələr verə bilər.
 
- Danışıqlarda hazırda gəlinən nəticə birbaşa ikitərəfli dialoqun nəticəsidir. Vaşinqtonda keçiriləcək görüşdə ABŞ vasitəçi rolunda çıxış edir, yoxsa sadəcə görüş məkanı təklif edir?
 
- Görüşün, danışıqların gedişində bunu daha aydın sezmək mümkün olacaq. Amma ABŞ elə bir ölkədir ki, sadəcə görüş məkanı təklif etmir. Əgər üçtərəfli görüş də nəzərdə tutulursa, bu, onu göstərir ki, ABŞ sülh prosesində yaxından iştirakda maraqlıdır. Ən azından Ağ Ev rəhbərinin tərəflərə sülh çağırışı və s. mümkündür. ABŞ-nin doktrinasını izah etmək bir qədər çətindir. Bunu kimlərsə vasitəçilik kimi də təqdim edə bilər.
 
- İddialardan biri də sülh sazişi sənədinin paraflanması ilə bağlıdır. İndiki halda sənədin paraflanması ehtimalı nə qədərdir?
 
- Paraflanma saziş layihəsinin ilkin olaraq razılaşdırılmış mətnidir. Əslində, sülh sənədinin sazişi ilə bağlı ciddi problem yoxdur. Rəsmi Bakı da vurğulayıb ki, sülh sənədi imzalana bilər. Amma bundan öncə Azərbaycanın iki şərti mütləq icra olunmalıdır. Paraflanma öncədən ona görə edilir ki, sülh sazişi imzalanan günədək sənədin mətni eyni qalsın, hansısa dəyişiklik müzakirə edilməsin. O baxımdan mövcud sənədin paraflanması ehtimalı yüksəkdir. Ermənistan hökuməti Konstitusiya islahatını qısa zamanda, bir neçə gündə reallaşdıra bilər. Parlament də dəyişikliyi təsdiqləyər. Bizi narahat edən məsələ də elə Ermənistan parlamenti tərəfindən qəbul olunub. O cümlədən Minsk qrupunun ləğvinə dair birgə müraciəti də kifayət qədər asanlıqla həyata keçirmək mümkündür. İrəvan hökuməti isə bunları etməkdən boyun qaçırır.
 
- Rusiya və İran ABŞ şirkətinin Zəngəzur dəhlizində boy göstərməsinə ciddi etirazını bildirir. Moskva və Tehranı dəhliz məsələsində tamamilə kənarda saxlamaq mümkündürmü?
 
- Rusiya çalışır ki, Zəngəzur dəhlizi Kremlin nəzarətində olsun. Əslində, İranın da mövqeyi bənzərdir. Tehran hökuməti də özünün kənarda qalmasına gətirib çıxaracaq layihələrə qısqanclıqla yanaşır. Azərbaycan və Ermənistan isə dəhlizə nəzarətin Rusiyanın əlində olmasını istəmir. Bakı və İrəvan üçün Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi, daha doğrusu, nəzarət yox, müşahidə etməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, bunun reallaşması Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağın önəmli addımlarından sayıla bilər. Vaşinqton görüşündə prinsip etibarı ilə Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin ABŞ-yə məxsus şirkətin nəzarətinə verilməsi müzakirə oluna bilər. Azərbaycan o şərtlərdə buna müsbət yanaşar ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedəcək insanlar və yüklər maneəsiz və yoxlamasız hərəkət edə bilsinlər. Zəngəzur dəhlizi sadəcə iqtisadi deyil, həmçinin, geosiyasi maraqları da özündə ehtiva edir. Bu baxımdan bəzi şərtlərlə razılaşmaq olar.
 
- Paşinyan hökuməti ciddi təzyiqlərə məruz qalır. Rusiyanın açıq dəstək verdiyi revanşistlər, Kilsə baş nazirə qarşı mübarizəni sərtləşdirir. 2026-cı ildə keçiriləcək seçkiyə qədər Paşinyanın hakimiyyətini itirməsi, seçkidə məğlub olması ehtimalı varmı?
- Əgər Paşinyan hökuməti Kilsə və revanşistlərin hücumlarına tab gətirə bilməsəydi, Rusiya çoxdan Paşinyanı devirmiş, çevriliş etmişdi. Moskva Ermənistanda hakimiyyətə özünə yaxın adamı gətirməkdə hər zaman maraqlı olub. Paşinyan hökuməti müxalifət məsələsində özünə arxayındır. Amma baş nazir də vaxtı mümkün qədər uzatmağa çalışır. Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəldikdən sonra sülh sazişini imzalamaq, Zəngəzur dəhlizini açmaq və sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirmək niyyətindədir. Çünki hazırda ictimaiyyətin reaksiyasından ehtiyatlanır. Erməni toplumu xəstədir. Hələ də əhalinin kifayət qədər önəmli kəsimi Azərbaycan və Türkiyə ilə qalıcı sülhə, normal qonşuluq əlaqələrinə hazır deyil, bunu istəmirlər, qarşı çıxırlar. Paşinyan da çalışır ki, erməni əhalisini mərhələli şəkildə sülhə hazırlasın. ABŞ-nin məsələyə əl qoymasından sonra Ermənistanla bağlı problemlər də müəyyən qədər həllini tapa bilər. Əgər Vaşinqtonda da ciddi irəliləyiş olmazsa, o halda yekun sülh sənədinin imzalanması 2026-cı ilədək uzanar. Rusiya isə hər vasitə ilə sülh danışıqlarını pozmağa, prosesi tormozlamağa çalışacaq. Ancaq sülh əldə olunarsa, Zəngəzur dəhlizi də reallaşarsa, Rusiya Cənubi Qafqazdan əlini çəkmək məcburiyyətində qalacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Bu gün, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Bu gün, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Bu gün, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Bu gün, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Bu gün, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Bu gün, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Bu gün, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Bu gün, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Bu gün, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Bu gün, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Bu gün, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Bu gün, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Bu gün, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Bu gün, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Bu gün, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Bu gün, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Bu gün, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Bu gün, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Bu gün, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Bu gün, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Bu gün, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Bu gün, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Bu gün, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Bu gün, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Bu gün, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Bu gün, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Bu gün, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Bu gün, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Bu gün, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru