Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                     Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? .....                     Əməkdar jurnalist komaya düşdü .....                     Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi .....                     Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub .....                     "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                 

"Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur" - ŞƏRH
Tarix: 8-05-2025, 08:41 | Çap et
"Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur"
“İran Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyir”. Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər. “Düşünürəm ki, bu məsələ iki ölkə arasında gündəlik təmaslarda da öz əksini tapacaq”, - Xətibzadə əlavə edib.

Lakin Bakı İrəvanla ikitərəfli danışıqlara üstünlük verir. Hazırda vasitəçiyə ehtiyac yoxdur. İranın isə moderator kimi obyektivliyi şübhə doğurur. Bəli, prezident Pezeşkian səmimi ola bilər və sülhün tərəfdarıdır, lakin İrandakı mövcud siyasi sistemin Azərbaycana baxışında fundamental dəyişiklik olmayıb.

Üstəgəl, nə Tehran, nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun vasitəçiliyinə ehtiyac yoxdur. Bizim işimizə müdaxilə etməsinlər, yetərlidir. Hər halda, İrandan belə bir təşəbbüs səslənir.

Azərbaycan Pezeşkianın vasitəçiliyinə necə baxır? İranın vasitəçiliyi mümkün ola bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərindən sonra Tehran Cənubi Qafqazda öz siyasi, diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tərəflər arasında görüşlərin keçirilməsi, etimadın formalaşması yönündə moderator funksiyalarını üzərinə götürmək istəyir: “Lakin burada hesab edirəm ki, heç bir vasitəçiliyə ehtiyac yoxdur. Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur, uğurla həyata keçirilir. Bir sıra çətinliklər olsa da Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyü, təhlükəsizliyin inkişafı haqqında qəti mövqe var. Əvvəlki dövrlərdə Avropa İttifaqı ilə Rusiya və ABŞ arasında vasitəçilik uğrunda mübarizəni görürdüksə, bu gün buna ehtiyac yoxdur. Bakı və İrəvan da yaxşı anlayır ki, hər bir vasitəçi öz maraqları kontekstində masa arxasına əyləşir və öz maraqlarını güdür. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçiliyi kimi acı təcrübəmiz də var. O dövrdə Fransa, Rusiya və ABŞ öz maraqları müstəvisində Ermənistan-Azərbaycan münaqişəsinin guya həllinə çalışırdılar. Bu gün isə yeni geopolitik reallıqlarda şərtlər, məqsədlər, üsul və vasitələr dəyişib”.

Ekspert vurğuladı ki, hazırda biz Bakı və İrəvan arasında birbaşa dialoq vasitəsilə müəyyən uğurlu nəticələrin əldə edildiyini qeyd edə bilərik: “Qazağın 4 kəndinin Azərbaycana qaytarılması, COP29 tədbirinin keçirilməsi ilə bağlı razılaşmaların nəticələri, sərhəddə baş nazirlərin müavinləri səviyyəsində məhsuldar görüşlər, sərhədlərin delimitiasiyası ilə bağlı əsasnamənin razılaşdırılması və qəbuli, sülh sazişi mətninin demək olar razılaşdırılması kimi nəticələr mövcuddur. Bu cür diplomatik treki kənardan müdaxilə edib məhv etmək doğru olmaz. İrana əlbəttə ki, vasitəçilik təşəbbüsünü irəli sürdüyünə görə təşəkkür edə bilərik. Lakin birbaşa dialoq dediyimiz kimi daha effektlidir. Bütün geopolitik mərkəzlər yaxşı olar ki, birbaşa dialoqa dəstək versinlər”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, prezident Pezeşkianın Bakıya səfəri zamanı vasitəçilik təklifini irəli sürdüyü istisna deyil: “İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb. Tehranın vasitəçilik istəyinin iki hədəfi var:

Birincisi, Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

İkincisi, İrəvanın mövqeyinə yaxın olan gündəliyini - sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək.

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür. Əvvəla, ona görə ki, Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır. İkincisi, regionun gələcəyi, o cümlədən sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir. Üçüncüsü, hazırda İran Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi - Zəngəzur dəhlizinin “qırmızı xətti” olması dəyişməyib. Dördüncüsü, İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları - Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir".

Ekspertin sözlərinə görə, Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Dünən, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Dünən, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Dünən, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Dünən, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Dünən, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Dünən, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Dünən, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Dünən, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Dünən, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Dünən, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Dünən, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Dünən, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Dünən, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Dünən, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Dünən, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Dünən, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru