Gəncədə 26 min abonent qazsız qala bilər... - BÖHRAN
Tarix: 1-05-2014, 16:48 | Çap et
 Gəncədə 26 min abonentə ümumilikdə 1 milyon 674 min manat borc yazılıb.
Elə Gəncə sakini Sədaqət Əliyeva da qəfildən onun sayğacına 246 manat borc yazılmasının səbəbini aydınlaşdırmaq üçün qaz istismarı idarəsinə gəlib.
Sədaqət Əliyeva:
В«MƏN MÜƏLLİMƏ ADAMAM, HARADAN ALIM ÖDƏYİM?В»
В«240 manat mənə borc yazıblar. Mən evi alandan orda sayğac olub. Sayğacla da ödəmişik. Bir dəfə sayğacı dəyişəndə 70 manat, bir dəfə də 80 manat ödəmişəm. Mənim borcum olsaydı sayğac qoymazdılar. Borcu ödədik qoydular. Bu haradan oldu? Mən müəllimə adamam, haradan alım ödəyim?В». Gəncə şəhər Qaz İstismarı İdarəsinin qarşısına onlarla abonent toplaşıb. Hər kəs iddia edir ki, son illərdə əvvəlki sayğaclar ARDNŞ-ə məxsus В«İTRONВ» tipli sayğacla əvəzlənən zaman bütün borcları ödəyiblər. Təbriz küçəsinin sakini Rəhilə Əsədova deyir ki, sayğacın kartları dəyişilən vaxt borcunu bir neçə gün gecikdirdiyi üçün qazsız qalıb:
В«426 manat borc yazılıb. Mexaniki sayğacı çıxarandan sonra dedilər borcunuzu ödəyin, В«SmartВ» sayğac qoyaq. İndi də deyir 426 manat ver, haradan alım verim, təqaüdçü adamam. Kompüterə salıram kart işləmirВ».
Gəncədə 2006-cı ildən başlayaraq evlərə mexaniki sayğaclar quraşdırılıb. Lakin 2009-cu ildən sayğaclar Azəriqaz və В«Gulf IndustryВ» şirkəti ilə olan müqaviləyə əsasən yeni В«SmartВ» - yəni ağıllı sayğaclarla əvəzlənib. Həmin vaxtlar da sakinlərin demələrinə görə, seviniblər ki, artıq nə məmurların çeksiz qaz ödənişi, nə də mexaniki sayğaclarda olan geriyazma kimi problemlərlə üzləşəcəklər. Şikayətçilər iddia edirlər ki, В«SmartВ» sayğaclar quraşdırılanda bütün köhnə borclardan azad olublar. Əlavə edirlər ki, bu yazılan borclar real deyil və sakinlərin cibini soymaq məqsədi daşıyır.
В«MİLLƏTİN BAŞINA OYUN AÇIRLARВ»
Şahin Hüseynov:
В«Neçə dəfələrlə demişəm ki, sayğac buraxır. Dedilər ki, sayğac minusa gedir. Gəldim onu da məlumat verdim. Hər dəfə pensiya alanda ödəyirdim. Sayğacı dəyişəndə dedilər ki, 63 manat borc var, gələk dəyişək. İndi də deyirlər 63 yox 163 manatdır. Bu 100 manat haradan çıxıb bilmirəm. Ciblərinə alırlar, neyləyirlər? Kartı da vermirlər ki, pul yükləyək. Millətin başına oyun açırlarВ».
Başqa bir Gəncə sakini Sevda Məmmədovaya isə nə az nə çox düz 500 manat borc yazılıb. Orta məktəblərin birində müəllim işləyən Sevda Məmmədova deyir ki, əgər borcum var idisə niyə bundan mənim 5 il sonra xəbərim olur?
В«MƏN ÖDƏMƏYƏCƏYƏMВ»
В«Bizim köhnə borcumuz qalmayıb. Mən ödəməyəcəyəm. 500 manatı necə ödəyim?В».
Gəncə şəhər Qaz İstismarı İdarəsinin satış şöbəsinin müdiri Hüseyn Şirinov isə deyir ki, bu borclar 2009-cu ildən yığılıb.
В«SİSTEM YOX İDİ Kİ, SAYĞACLAR QURULAN VAXT KÖHNƏ BORCLAR HESABLANA BİLSİNВ» В«Abonentlərlə aramızda olan narazılıq 2009-cu ilin oktyabrın 1-nə olan borcların silinməsindən sonra yaranıb. Sistem yox idi ki, sayğaclar qurulan vaxt köhnə borclar hesablana bilsin. Bu yeni В«SmartВ» sayğaclarda mümkündür ki, köhnə borclar hesablansınВ».
İdarənin şöbə rəisinin açıqlamalarından narazı qalan sakinlər isə sual edirlər ki, niyə sayğac dəyişən zaman borclar barədə məlumat verilməyib? Hüseyn Şirinov deyir ki, abonentlər ya əvvələ aid ödənişləri ilə bağlı çek təqdim etməlidirlər ya da yazılan borcları ödəməlidirlər. Əks halda 26 min abonent kütləvi şəkildə yanacaqsız qalacaq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Qaz İstismarı İdarəsinin abonentlərdən illər əvvələ aid borcları hətta real olsa belə tələb etməyə ixtiyarı yoxdur:
В«BU, İSTEHLAKÇI HÜQUQLARININ POZULMASI, KORRUPSİYANIN TƏZAHÜRLƏRİDİRВ»
В«Mülkü məcəllənin müqavilə şərtlərindən irəli gələn borclar 3 il müddətinə ləğv edilir, tələb etməyə ixtiyarları yoxdur. İnzibati Xətalar Məcəlləsində də göstərilir. Qanunla 3 il əvvəlki borclardan danışa bilməzlər. Bu istehlakçı hüquqlarının pozulması, korrupsiyanın təzahürləridirВ».
Gəncədə ümumilikdə mavi yanacaqdan istifadə edən 70 min abonent var. Onlardan 26 min abonentin borclu olduğu deyilir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
| • Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35 |
|
|
|
| • Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12 |
|
|
|
| • İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05 |
|
|
|
| • Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03 |
|
|
|
| • Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02 |
|
|
|
| • “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59 |
|
|
|
| • Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56 |
|
|
|
| • Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54 |
|
|
|
| • “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50 |
|
|
|
| • İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48 |
|
|
|
| • "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46 |
|
|
|
| • Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29 |
|
|
|
|