Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                 

Üç məmurun korrupsiya dosyesi - ŞOK FAKTLAR
Tarix: 29-04-2014, 12:44 | Çap et
Üç məmurun korrupsiya dosyesi
Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin icra etdiyi iki layihədə müəyyən olunan yeyinti 90 min manata yaxındır. Bu rəqəm yeyintinin büdcəyə bərpa olun hissəssidir. Hesablama Palatasının yoxlama apardığı layihələr isə В«Bakı şəhərində binaların təmiri, bərpası, işıqlandırılması, şəhərin abadlaşdırılmasıВ» və В«Bakı şəhərinin qəsəbə və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılmasıВ»dır.

Məlum olub ki, Bakı meriyası tərəfindən bəzi obyektlərin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Halbuki, büdcədən ekspertizanın aparılması üçün vəsait ayrılıb. Təəssüf ki, hesabatda konkret olaraq hansı obyektlərdən bəhs edildiyi qeyd edilməyib. Yalnız o qeyd edilir ki, tender keçirilmədən podratçı şirkətlərlə birbaşa müqavilə əsasında işlər həyata keçirilib. İnvestisiya vəsaiti bölgüdə göstərilmiş sifarişçi təşkilatlar və obyektlər üzrə istifadə edilməyib.

Eldar Əzizovun 2 milyonluq maxinasiyası

Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişi zamanı da külli miqdarda korrupsiya halı müəyyən edilib. İcra başçısı Eldar Əzizovun aparatının В«ayağındaВ» nə az, nə çox 2 milyon manatlıq mənimsəmə faktı olsa da, cəzasız qalıb. Dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podratçıya pul ödənilmiş, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam ödənilib və işi tam yerinə yetirməyən şirkətdə debitor borc yaranıb.

Dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Belə ki, audit zamanı məlum olub ki, pul ayrılsa da layihə-smeta hazırlanmadan bir necə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni Sumqayıt rəhbərliyi bir neçə obyekin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb. Təəssüf ki, burada da hansı obyektlərdən söhbət getdiyini açıqlanmır. Bir obyektin əsaslı təmir üçün ayrılan vəsaiti başqa istiqamətə yönəldilirək В«pripiskaВ» edilməsi halı aşkarlanıb.

Bununla yanaşı, şəhərin Mənzil Təsərrüfatı İstismar İdarəsi (MTİİ) tərəfindən В«Lift ServisВ» Birliyinin və Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərin adından tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar büdcə vəsaiti hesabına ödənilib. Korrupsiyanın masştabını göstərmək üçün iki fakta diqqət yetirək: Sumqayıt Şəhər İcra Hakimiyyəti zibilliklərin daşınması üçün ayrılan vəsaitin 811 min manatını mənimsəyib. Liftlərin təmiri üçü isə ayrılan investisiya xərclərindən 1 milyon manata yaxın vəsaitin korrupsiyaya uğradığı bəlli olub.

Nəqliyyat Nazirliyində yoxlama nələri üzə çıxarıb?

Bəlli olduğu kimi, ölkədə ən yüksək korrupsiya ocaqlarından biri Nəqliyyat Nazirliyidir. Dövlət büdcəsinin investisiya xərclərində ən yüksək pay sahibi də məhz sözügedən nazirliyə məxsusdur. Hesablama Palatasının auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanıb. Belə ki, nazirliyin В«AzəryolservisВ» ASC-yə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar İstismar İdarələrinə ayrılan vəsaitin auditi aparılıb.

Qeyd edək ki, sözügedən körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulub. Yoxlamalar zamanı həmin vəsaitin ASC-nin nizamnamə kapitalına daxil edilmədiyi və görüləcək işlərin siyahısının tutulmadan podratçı şirkətlərə pul ayrıldığı məlum olub. Bununla dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşib.

В«AzəryolservisВ»in Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobli yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsait mənimsənilib.

Nəqliyyat Nazirliyinin tabeliyindən olan В«Azərbaycan Dəmir YollarıВ» QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomativlərin təmiri, dəmiryolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Məlum olub ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb, layihənin dəyəri şişirdilib.

İcra hakimiyyətlərində külli miqdarda korrupsiya…

Beyləqan Rayon İcra Hakimiyyətinin üç məktəb tikintisində də korrupsiya halları aşkarlanıb. Müəyyən olunub ki, məktəblərin tikintisində iştirak edən podratçı şirkətlərə ödənilən avans layihədə nəzərə tutulmayıb. Smeta dəyəri hesablanmadan tender keçiriləcək sifarişçi təşktilat müəyyən edilib. Dəyən zərərin məbləği tam açıqlanmasa da, Hesabalam Palatası tərəfindən icra hakimiyyətinə ciddi xəbərdarlıq edilib. Yalnız o göstərilir ki, baş verən qanun pozuntusunun 11,2 min manatı büdcəyə bərpa edilib. İcra hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdirinə xəbərdarlıq edilib.

Büdcənin ehtiyat fondundan bir sıra obyektlərin təmiri üçün ayrılan 7,6 milyon manat isə uçota alınmayıb.

Gədəbəy Rayon İcra Hakimiyyəti isə büdcənin investisiya xərclərindən ayrılan pulu mənimsəməyə çalışıb. Burada diqqət çəkən ən maraqlı fakt hal bir məktəbin tikintisi üçün podratçı şirkətlə tenderdən kənar müqavilə bağlanması, daha sonra satınalmalar üzrə müsabiqə elan edilməsi və 18 gün sonra isə həmin şirkətin guya keçirilmiş tenderin qalibi elan olunmasıdır. Əsas qanun pozuntuları isə Gədəbəy-Novosaratovka-Qaravəli avtomobil yolunun tikintisində qeydə alınıb. Təkcə 65 işıq dirəyinin yenilənməsindən 223 min manatın yeyildiyi aşkar olunub. Bundan əlavə icra hakimiyyəti tərəfindən 54 min manatlıq vergi yayınması müəyyən olunub.

Xızı Rayon İcra Hakimiyyəti isə investisiya xərcləri çərçivəsində məktəb və uşaq bağcalarının tikintisi zamanı büdcənin 840 min manatını yayındırmağa çalışıb. İcra başçıları Prezdentin Ehtiyat Fondundan (PEF) da ayrılan sərmayələri qeyri-səmərəli istifadə edib.

Beləliklə, Hesablama Palatası Lerik rayon İcra Hakimiyyətində yoxlama aparıb. PEF-dən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun və kənd orta məktəblərinin tikintisi üçün icra hakimiyyətinə ayrılan vəsaitlərin təftişi zamanı 130 min manatlıq mənimsəmə halı aşkarlanıb. Hesabatda bildirilir ki, 6 məktəbin tikinti işləri başa çatsa da, bir sıra işlər yerinə yetirilməyib. Lakin yerinə yetirilməyən işlər üçün iki podratçı təşkilata artıq vəsait ödənilib.

Qazax Rayon İcra Hakimiyyətinə məktəb tikintisi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və PEF-dən ayrılan vəsaitin təftişi zamanı da ciddi nöqsanlar aşkarlanıb. Burada da əsas qanun pozuntuları tender qaydalarında, layihə-smetanın hazırlanmasında, smeta dəyərinin şişirdilməsində qeydə alınıb.

PEF-dən və büdcənin investisiya xərclərindən uşaq bağçaları və məktəblərinin tikintisi üçün Ağçabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişində böyük həcmdə yeyinti faktı üzə çıxıb. Auditin nəticələrinə görə, bu istiqamətdə icra hakimiyyəti tərəfindən büdcəyə 42,2 min manatlıq zərər dəydiyi müəyyənləşib.

Əlbəttə ki, Hesablama Palatasının təqdim etdiyi hesabatda büdcəyə dəyən ziyanın bərpa olunan hissəsi göstərilir. Reallıqda korrupsiyanın həcmi daha yüksəkdir. Cinayət işindən yayınmaq üçün Milli Məclisə təqdim olunan audit hesabatında dövlət qurumlarının büdcəyə bərpa etdikləri vəsaitin həcmini göstərirlər.

“Bizim Yol” qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru