Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                 

Kəlbəcər sakini icra başçısına etiraz olaraq özünü öldürəcək - PROBLEM
Tarix: 29-04-2014, 10:44 | Çap et
Kəlbəcər sakini icra başçısına etiraz olaraq özünü öldürəcək
“Təzadlar”ın ötən saylarında redaksiyamızda olan bir qrup Kəlbəcər rayon sakinlərinin ölkə prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, həmçinin Baş Prokuror cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova, surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətlərini təqdim etmişdik. Müraciətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun, həmçinin rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun qanunsuz hərəkətlərindən bəhs olunurdu və ciddi tədbirlər görülməsi xahiş edilirdi... “Cənab Prezident! Bildiririk ki, Kəlbəcər RİH başçısı Aqil Məmmədovun və rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun qanunsuz hərəkətləri ölçüyə sığmır. Belə ki, təhsil şöbəsinin müdiri hər müəllimdən 5000-10000 manat arası pul alaraq Təhsil Nazirliyindən xəbərsiz işə götürür.

Özü də diplomunun qanuni olub-olmamasından asılı olmayaraq. Hətta iş o yerə çatıb ki, o, bəzi müəllimlərin əmək kitabçasını saxta qeydlər yazdırmaqla onları özbaşına işə götürmüşdür. Kəlbəcər RİH başçısı isə qohumu olduğu üçün onun bütün qanunsuz işlərinə göz yumur...”, deyə şikayətlənən sakinlər daha sonra “Hər məktəbə ayda 200-1000 manat arası haqq qoyulub. Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov öz baldızı qızını saxta diplomla ixtisas dəyişmə yolu ilə hər ay psixoloq kimi adına maaş yazır, özü götürür. Məhyəddin Əbdürrəhmanov əvvəllər TŞ-də məsləhətçi işlədiyi dövrdə hər məktəbə özü məsləhətçi olduğu üçün məktəblərə saxta diplomlar yerləşdirməklə istənilən qədər korrupsiya hərəkətləri etmişdir. Halbuki rayon Təhsil Şöbəsinin məsləhətçiləri və məktəb direktorlarının bu barədə əmri olmuşdur... Ən dəhşətlisi budur ki, həm Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, həm də rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov tutduqları qanunsuz əməllərin adını Kəlbəcərdən millət vəkili seçilmiş Cavid Qurbanovun adı ilə bağlayırlar... Rayon Təhsil Şöbəsinə ayrılmış 700000 manatı isə TŞ müdiri və başçı 1-ci, 2-ci rübdə yox, məhz 3-cü rübdə cəm şəklində götürüb öz aralarında bölüşüblər (10%-i Salman Qasımovla büdcənin rəisi Məmməd Əliyevin, 50%-i icra başçısı Aqil Məmmədovun, 30%-i isə Məhyəddin Əbdürrəhmanovundur)”, yazan şikayətçilər ümid edirlər ki, tezliklə qanuni tədbirlər görüləcək...

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinini intihar həddinə çatdırıb...

Qeyd olunan şikayətlərin ardınca, neçə gün əvvəl redaksiyamızda olan Kəlbəcər rayon sakini Salmanov Eyvaz Şahməmməd oğlu daha dəhşətli olaylardan danşıdı.

Qəzetimizə geniş müsahibə verən Eyvaz Salmanovun başına gətirilən dəhşətləri öz dilindən eşidək:

-Mən uzun illərdir Kəlbəcər rayon təhsilində çalışıram, rayonun 55 saylı orta məktəbində müəllim işləyirəm. “Təzadlar”a müraciət etməyimin səbəbi isə rayon İH başçısı Aqil Məmmədovun və rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanovun məni intihar həddinə çatdırmasıdır... İstəyirəm ki, səsimi qəzetiniz və saytınız vasitəsilə ölkəmizin Prezidenti cənab İlham Əliyevə və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə çatdırasınız... Mənim hazırda 16 saat dərs yüküm var. Lakin əvvəl 18 saat dərsim var idi. Məhyəddin Əbdürrəhmanov Kəlbəcər rayon təhsil şöbəsinə müdir gələndən sonra öz qohum-əqrabalarını yerləşdirmək üçün dərs saatımı vermədi, 4 ay əmək haqqı almadım... 3 övladım var, biri universitetdə oxuyur, ikisi isə orta məktəbdə. Pulum-imkanım olmadı ki, ötən dərs ilində onları geyindirib məktəbə göndərim. Təsəvvür edirsinizmi, bu gün Kəlbəcər rayonunda arxasız insanlara düşmən münasibəti bəslənir... Məhyəddin Əbdürrəhmanov bilə-bilə ki, mənim başqa dolanışıq yerim yoxdur, onu da kəsdi. Heç bir səbəb olmadan. Bunu hamı bilir. Deməli, Prezidentimiz insanların güzəranını yaxşılaşdırmaq üçün əlindən gələni edir, Məhyəddin Əbdürrəhmanov kimilər isə bizi intihara sürükləyir, deməli, dövlətimizin imicinin korlanmasına xidmət edir... Beləliklə, mən ac-yalavac qalıb uşaqlarımı məktəbə göndərə bilmədim. Məcbur olub uşaqlarımı götürərək Ulu Öndər Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət etdik, burada özümü öldürmək qərarına gəldim... Bu zaman Gəncə şəhər İcra Hakimiyyətindən gəldilər, sonra DİN-nin 102 xidmətinə zəng edərək bizi apardılar. Hadisə yerinə Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov gəldi, orada qızımı, oğlumu döyüb-söyüb təhqir edib...Uşaqlarımın biri 7-ci sinifdə oxuyur, oğlandır, biri də 5-ci sinifdə oxuyur, qız uşağıdır. Mən başqa yol görmürdüm, özümü öldürmək istəyirdim, çünki uşağımı oxuda bilmədiyim üçün, çörək tapmadığıma görə... Ay yarım, iki ay idi korluq çəkirdik. Bir təhər dözürdük. Sonra Mahiyyəddin Əbdürrəhmanovdan xahiş etdim ki, daşı ətəyindən tök, məni intihara sürükləmə, o isə məni təhqir etdi, qızımı vurdu. Yaxşu ki, Gəncə İcra Hakimiyyətindən gəldilər, bizi qəbul etdilər... Sonra zəng etmişdilər, Kəlbəcər rayon İcra Hakimiyyətindən nümayəndələr gəldilər, məni sakitləşdirdilər. Apardılar Kəlbəcərin icra başçısı Aqil Məmmədovun yanına. Mən Prezidentin ona verdiyi vəzifəyə təəssüflər edirəm... Bu hadisə vaxtı qızım məndən xəbərsiz 102-yə demişdi, gəlib məndən də, qızımdan da izahat aldılar. Biz də nə varsa, olduğu kimi danışdıq.

-Nə danışdınız, nə ifadə verdiniz?

-Dedim ki, acından ölürük, başqa dolanışıq yerim, başqa sənətim yoxdur. Mən normal insan kimi yaşamaq, uşaqlarıma çörək vermək istəyirəm... Tədbir görülməsi əvəzinə, İcra başçısı mənim adımdan akt yazmışdı Kəlbəcər rayon polis şöbəsinə ki, guya mən onu təhqir etmişəm. Mən başa düşmürəm, RİH başçısını niyə təhqir etməliyəm? Çörək istəmək, haqqı tələb etmək təhqir etmək deməkdir???

-Nəticə oldumu?

-Yox, hələ də ərizə və şikayətlərimizə cavab verilməyib, təbii ki, tədbir də görülməyib... Xahişim budur ki, bizim ailəmizin timsalında dərdimizi Prezidentimizə, Baş prokurora, təhsil nazirinə çatdırın. Əsas şikayətim təhsil şöbəsinin müdirindəndir, onun qanunsuz hərəkətlərinə artıq dözmək mümkün deyil...

“Kəlbəcərin təhsil şöbəsinin müdiri məni tələbə oğlumun cibinə narkotik atdıracağı ilə hədələyir...”

-İcra başçısı ilə görüşdünüzmü, şikayətinizlə bağlı nə tədbir gördü?

-Heç nə eləmədi... Mən 187 manat əmək haqqı alırdım, oğlumun biri universitetdə oxuyur, ona çörək pulu göndərə bilmirdim... Kəlbəcərin təhsil şöbəsinin müdiri Məhyəddin Əbdürrəhmanov isə məni tələbə oğlumun cibinə narkotik atdıracağı ilə hədələyir... Deyir ki, ya şikayətindən əl çək, ya da oğlunun cibinə narkotik atdıracağam, universitetdən qovduracağam... Yaxşı, mən sizdən nə istəyirəm-çörək! Ay insafsızlar, Bakıdan tutmuş Gəncəyə kimi, yüz yerdə obyektləriniz var, büdcənin pulunu dağıdırsınız, indi mən başqa ölkəyə köçüb gedim??? Məhyəddin Əbdürrəhmanovun bu hədəsindən qorxuram, çox pis vəziyyətdə qalmışam. Evdən də çölə çıxa bilmirəm ki, məni şərləyib tutduracaq. Goranboydakı 1 nömrəli məktəbin adını qanunsuz olaraq “Kəlbəcər məktəbi” qoyub, Təhsil Nazirliyinin icazəsi olmadan, bu məktəbin adına da pul yazıb mənimsəyir, özbaşınalıq baş alıb gedir, məktəblərdən pul yığırlar... Bu nə vaxta kimi davam edəcək??? Xahiş edirəm, səsimi Prezidentimizə çatdırın, mən və ailəm çox pis duruma düşmüşük. Uzun illərin müəllimi indi işsiz qalmışam...

Növbəti yazıda məsələyə daha ətraflı yer ayrılacaq.

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru