Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                 

COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Tarix: 25-10-2024, 00:30 | Çap et
COP29 ölkəmiz üçün böyük təcrübədir
Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durum, Bakıda gözlənilən COP29 tədbirləri, İsrailin 50 milyondan çox soydaşımızın – Azərbaycan türkünün yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verəcəyi halda rəsmi Bakının siyasi baxımdan tutacağı mövqe, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh və Qələbə planı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığı məktublar və Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ehtimalı kimi mövzulardan bəhs edildi.

-Etibar bəy, Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durumu necə dəyərləndirirsiz?

-Azərbaycanda parlament seçkiləri həmişə olduğu kimi keçirildi. Elə bir dəyişiklik də yoxdur. Fikrimcə, həmin seçkilərin heç ümumi vəziyyətə də ciddi təsiri olmadı. Elə nə varsa, olduğu kimi, davam edəcək. Ancaq sosial sahədə müəyyən gərginliklər olur.

-Bakıda gözlənilən COP29 tədbirlərinə münasibətiniz necədir, bu tədbirin ölkəmiz üçün hansı faydalarını görürsünüz?

-Ölkəmizin faydalanması baxımından COP29 çox böyük tədbirdir. Keçirilməsi haqda qərar qəbul olunubsa, keçirilirsə, biz bundan maksimum faydalanmalıyıq. Birincisi, bütün dünyada ümumi iqlim dəyişikliyi bəşəriyyətin qarşısında ciddi bir problem kimi dayanıb. Biz, demək olar ki, hər gün planetin müxtəlif regionları boyu, o cümlədən Azərbaycanda da iqlimin nə cür dəyişdiyini görürük. Buna misal kimi gündəlik olaraq Xəzər dənizinin quruyaraq səviyyəsinin aşağı enməsinin, sahilin geri çəkilməsinin də şahidi oluruq. Və bu cür ekoloji problemlərin qarşısını almaq üçün bütün dünya dövlətləri lazımi qərarlar qəbul etməlidirlər. Bu səbəbdən də COP29 kimi tədbirlərdə dövlət başçıları toplaşıb hansısa ümumi qərarlara gəlməlidirlər. Bu dəfə də belə məsələlərin həlli üçün məhz Bakıda toplaşmaları Azərbaycan üçün bir avantajdır. Azərbaycanın həm tanınması, həm ölkəmizin orada problemlərinin qaldırılması baxımından, eyni zamanda Azərbaycanın bu proseslərə birbaşa müdaxiləsi, inteqrasiyası baxımından bu tədbir faydalıdır. Bir sözlə, çox vacib bir tədbirdir. Azərbaycanda belə böyük tədbirin keçirilməsi böyük bir təcrübədir. Odur ki, bundan maksimum faydalanmalıyıq...

-Bildiyiniz kimi, İran-İsrail gərginliyi getdikcə artmaqdadır. Əgər, İsrail 50 milyondan çox soydaşımızın yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verərsə, rəsmi Bakı siyasi baxımdan hansı mövqeni tutmalıdır?

-Siyasi baxımdan yanaşdıqda bu, iki dövlətin arasında olan bir problemdir. Həmin problem əvvəla, terrorla, bir sıra terror təşkilatlarının İran tərəfindən müdafiə olunmasıyla bağlıdır. Eləcə də İranın təsiri altında olan qüvvələrin onun göstərişi ilə Suriya, Livan, Yəmən ərazilərində təhdid yaratmasıyla əlaqədardır. İran neçə illərdir ki, açıq-aşkar bəyan edir ki, biz İsraili bir dövlət kimi məhv edəcəyik. Əlbəttə, biz də Azərbaycan olaraq istərdik ki, bu münaqişə silahsız, insan itkiləri olmadan ötüşsün. Ancaq son dövrlərdə bu iki dövlətin bir-birlərinə qarşı olan hərəkətləri, tədbirləri ona gətirib çıxarıb ki, ümumi sərhədləri olmasa da, bir-birlərinə zərbə endirməyə qərar veriblər. Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər...

-Yəni İrana kütləvi zərbələr endirələcəyi halda, qeyd etdiyimiz kimi, 50 milyondan artıq soydaşımızın taleyindən də söhbət gedir...

-Bəli, təbii ki, o problem də var... Biz istəmirik ki, hərbi münaqişə bizim soydaşlarımız üçün böyük narahatlıqlar yaratsın. Ancaq olacağa çarə yoxdur...

-Bu arada İsrail Qəzza ilə paralel Livanı da bobalamağa başlayıb. Necə düşünürsüz, dünya gücləri, xüsusən ABŞ və Avropa istəsələr, məsələyə daha ciddi və obyektiv yanaşsalar, bu qırğınları durdura bilərlərmi?

-Yaxın Şərqdə, Qəzza və Livandakı qırğınları durdurmaq üçün, dinc əhalinin əziyyət çəkməməsi, həyatını itirməməsi üçün vuruşan hərbi qüvvələr dinc əhalinin yaşadığı yerlərdən uzaq durmalıdırlar. Və təəssüf ki, öz atəş nöqtələrini, raket qruğularını və digər silahlarını əhalinin kütləvi cəmləşdiyi yaşayış məkanlarında yerləşdirirlər və həmin yerlərdən açdıqları atəşlərə cavab olaraq qarşı tərəf də o nöqtələri vurur ki, bu da dinc insanlar arasnda kütləvi itkilərə səbəb olur. Mən bir şeyi də anlaya bilmirəm ki, Qəzzada münaqişənin davam etməsinin əsas səbəblərindən biri də ötən il oktyabrın 7-də İsrailin ərazisinə hücum zamanı “HƏMAS” tərəfindən götürülmüş mülki vətəndaşlar olan girovların qaytarılmamasıdır. Əgər “HƏMAS” özünü terrorçu təçkilat hesab etmirsə, niyə həmin girovları əlində saxlayıb qaytarmır. Halbuki o girovların qaytarılması bu münaqişənin dozasının az qala sıfıra yaxınlaşmasına gətirib çıxara bilər...

Qərbin məsələyə daha ciddi yanaşmasına gəldikdə, BMT-nin məsələyə yanaşması göz önündədir... Sonuncu İsrail-Livan münaqişəsindən sonra BMT-nin qüvvələri də iki ölkənin sərhədinə yerləşdirilmişdi, düzdü fəaliyyətsiz idilər... Ümumi qərar ondan ibarət idi ki, “Hizbullah”ın hərbi qüvvələri sərhəddən müəyyən olunmuş məsafədə dayanacaqlar. Ancaq onlar, əksinə, İsraillə sərhədə daha da yaxınlaşıblar və orada atəş nöqtələri yarada biliblər. Bu səbəbdən də İsrail ordusu öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün həmin atəş nöqtələrini vurur... “Hizbullah” isə hərbiləşdirilmiş bir siyasi təşkilata çevrilməklə faktiki dövlət içində bir dövlətdir, Livan hökumətinə də tabe olmur və həmin dövlət üçün də təhlükə yaradır. Bunlar da müasir dünyada qəbul olmayan bir faktordur...

-Ukrayna Kursk vilayətinin bir hissəsini nəzarətə götürdükdən sonra Prezident Zelenski Sülh və Qələbə planı elan etdi. Necə hesab edirsiz, həmin planın həyata keçirilməsi üçün Qərb sonadək dəstək verəcəkmi Ukraynaya?

-Qərb onsuz da Ukraynaya dəstəyini verir və verməkdə də davam edəcək. Çünki Rusiyanın zəiflədilməsinin yollarından biri budur; münaqişənin uzadılması, dərinləşməsi və resursların tükədilməsi... Belə bir siyasət aparılır. İndi, hələlik böyük bir nəticə verməsə də, Rusiyaya vurduğu ziyan və tükəndirici fəaliyyəti göz qabağındadır...

-Məlum olduğu kimi, Moldovada prezident seçkiləri ikinci tura qaldı. Gürcüstanda isə 3 gündən sonra parlament seçkiləri keçiriləcək. Digər keçmiş ittifaq ölkələri, xüsusən də Azərbaycan üçün bu iki postsovet ölkəsində Rusiyaya meyilli qüvvələrin qələbəsi sərfəlidir, yoxsa Avropa və Amerika ilə inteqrasiyaya can atan qüvvələrin?

-Hesab edirəm ki, Moldovada prezidentliyə namizəd Mariya Sandu birinci turda ümumi qələbə qazanmasa da, ikinci turda çatışmayan səsləri əldə edə biləcək. Son məlumatlara görə, protokolların 100 faizinin emalından sonra Moldova MSK keçirilmiş referendumda avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib. Amma cüzi fərqlə - 1 faizdən də az... Hazırda Moldovaya təhdid yaradan birbaşa Rusiyanın nəzarətində olan qondarma Dnestryanı qurumdur. Onun sonu da Ukrayna münaqişəsindən asılıdır...

Gürcüstana gəldikdə, İvanişvilinin əleyhinə olan qüvvələrin qalib gəlməsi ehtimalı daha böyükdür. Həmin ehtimal reallaşandan sonra vəziyyət yenə dəyişəcək... O ki qaldı, Qərbə inteqrasiya-filan məsələlərinə, hələ Güney Qafqazda bu işlərin axırının necə olacağı bilinmir. Ermənistan gah o tərəfəı, gah bu tərəfə sarı gedir. İndi də “BRİKS”-ə meyillənib. Paşinyan həmin qurumun Kazandakı tədbirində iştirak edir. Bir tərəfdən deyir ki, Qərbə meyillənirik, o biri tərəfdən isə həmin o Qərb təşkilatlarının əleyhinə yaradılmış quruma üzv olmaq planı irəli sürür...

Bütün hallarda Rusiyanın yenidən Moldova və Gürcüstanı öz təsiri altına alması, heç də bizim xeyrimizə olmaz. Amma ki, biz istənilən situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq.

-Bəs Azərbaycan noyabrın 5-də ABŞ-də kimin prezident seçilməsindən qazanar, respublikaçı Trampın, yoxsa demokrat Harrisin?

-ABŞ-nin öz siyasəti var. İstər respublikaçılar istərsə də, demokratlar olsun... Amma həmin siyasətin təsirindən biz çox da uzaqlaşa bilmərik. Əsas odur ki, o siyasət bizim əleyhimizə yönəlməsin. Bunun üçün də müvafiq strukturlar lazımi dərəcədə işləməlidirlər. Yəni Azərbaycanın Ermənistanla müharibədə qalibiyyəti, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hamı həzm edə bilmir. ABŞ-də də ermənipərəst qüvvələr çoxdur, həm respublikaçılar, həm də demokratlar arasında... Bizim də vəzifəmiz ondan ibarətdir ki, prezident seçkilərində qələbə qazananların kimliyindən asılı olmayaraq, həmin qüvvələri neytrallaşdırmağı bacaraq, onların Azərbaycan əleyhinə fəaliyyət göstərməsi və qərarlar verməsi üçün bəhanələr yaratmayaq. Ümumiyyətlə, prezidentliyə namizədlərə baxanda da, bir böyük dövlət kimi Birləşmiş Ştatlara belə namizədlər yaraşmır. Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var...

- Etibar bəy, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə, ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyan ünvanladığı məktubda hər iki ölkə liderini bu ilin sonunadək Ermənistanla sülh sazişini imzalamağa çağırıb. ABŞ prezidentinin xüsusi köməkçisi də Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşərək Baydenin sözügedən məktubları ətrafında fikir mübadiləsi aparıb. Sizcə, hazırkı reallıqda və cəmi iki aya yaxın bir müddətdə sülh sazişinin imzalanmasına nail olunması mümkündürmü?

-Əlbəttə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışır. Amma əgər Ermənistan öz Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi hansısa yolla həyata keçirsə, bu, mümkündür. Əks halda sülh sazişinin imzalanması mümkün deyil... Təbii ki, Rusiyanın da marağındadır ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi getdikcə uzansın və ümumi durum ondan asılı halda qalsın. Ancaq Moskvanın da öz əsas marağı var ki, o da Zəngəzur dəhlizinin açılması və ona “FSB” qüvvələrinin nəzarət etməsidir. Həmin məsələ həll olunsa, yəqin ki, Rusiya da Azərbaycanla Ermənistan arasında sülh sazişinin sənədləşməsinə razı olacaq...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru