Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                 

Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Tarix: 1-10-2024, 01:04 | Çap et
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil
ABŞ və Kanada ilə yanaşı, bir sıra Avropa ölkələrində də Azərbaycana yönəlik qərəzli, qeyri-obyektiv yanaşma davam edir. Aydın görünür ki, bəzi Avropa ölkələri İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər. Çünki güclü və bütöv Azərbaycan regionda və beynəlxalq müstəvidə sözünü deyən, müstəqil siyasətini yeridən aktorlardan birinə çevrilməkdədir. Narahatlığı aşkar şəkildə büruzə verən ölkələrin sırasında Niderland və Almaniya dayanır. Fransa isə baş roldadır. Bir müddət əvvəl Qarabağdan erməni sakinlərinin guya "məcburi çıxarılması"nı bəyan edən Niderland parlamenti bununla kifayətlənməyib. Hökumət saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ "ələ keçirilmiş region" kimi təqdim edilib və "Dağlıq Qarabağ" ifadəsi yazılıb. Halbuki bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir bölgə və ya qurum yoxdur və olmayacaq. Niderland növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirib. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini “Qarabağın ələ keçirilməsi” kimi təqdim etmək qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında qalıb. Bənzər iddialar Almaniya tərəfindən də sərgilənmişdi. Başqa vaxt beynəlxalq hüquq, demokratiya adı altında öz siyasətlərini yeridən, digər oyunçulara irad tutmağa çalışan Avropa ölkələri lazım gələndə özləri beynəlxalq hüququ görməzdən gəlir, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmirlər. Şübhəsiz, bu, dünyadakı ikili standartların ən bariz nümunələrindən biridir. Qərb institutları və dövlətləri özlərinə olan etimadı, inamı getdikcə itirirlər. Bunun əsas səbəbi onların qeyri-adekvat davranışlarıdır. Avropa dövlətlərinin Azərbaycanla bağlı aqressiv ritorikaları “güzgü effekti” verir və ikitərəfli münasibətlərə də mənfi təsir göstərir. Qərb dövlətləri və təşkilatları başa düşməlidirlər ki, bölgədə olmağın yeganə yolu rəsmi Bakı ilə normal münasibətlərdən keçir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, 44 günlük savaşla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi dairələri ciddi narahat etməkdədir. Professorun sözlərinə görə, ABŞ, Kanada, Fransa, Almaniya və Niderland kimi ölkələrdə erməni lobbisi illər boyu ciddi işlər aparıb və kök salıblar:

"Erməni diasporu həmin ölkə ictimaiyyətlərində elə bir təsəvvür yaradıb ki, guya Qarabağ ermənilərə aid ərazidir. Guya Qarabağda yaşamış ermənilərin haqları pozulub, onlara təzyiq edilib və s. Bu uydurma təbliğat uzun müddət davam etdiyi üçün hazırda həmin toplumlar ermənilərin çirkləndirdiyi hava ilə nəfəs alırlar. Şübhəsiz, burada siyasi məqsədlər də var. Fransa, Almaniya, Niderland, ABŞ və Kanada, əslində, eyni mövqedən çıxış edən ölkələrdir. Cənubi Qafqazda maraqlarını təmin etmək üçün erməni kartından istifadə edirlər. Regionda problemli məsələnin qalmaması, sabitliyin yaranması həm Rusiyaya, həm də Qərb dövlətlərinə bölgəmizə müdaxilə bahənəsi qoymayacaq. Cənubi Qafqaz hər baxımdan mühüm bölgədir. Bir neçə qlobal enerji və nəqliyyat marşrutlarının keçdiyi regiondur. İstənilən an bölgəyə müdaxilə üçün ən yaxşı bəhanə isə "Qarabağ erməniləri" kartıdır. Qərb dövlətləri məqsədyönlü şəkildə Qarabağı könüllü tərk edən ermənilərin yenidən qayıtmasını təmin edəcək mexanizmlərin hazırlanması məsələsində Ermənistana dəstək verirlər".

Q.Çaxmaqlı vurğulayıb ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin qayıdışı məsələsinin gündəmə gətirilməsində maraqlı olmadığını, bu məsələdə loyal mövqedə dayandığını göstərməyə çalışır:
"Bunun həqiqət olmadığını bilirik. Paşinyan hökuməti altdan-altdan mövzunu qabardır və prosesi dəstəkləyir. Məhz bu gizli siyasətin nəticəsidir ki, Kanada və Avropa ölkələri "erməni məsələsi"ni gündəmə daşıyırlar. Üzərimizə gəlməyə davam edəcəklər. Məsələni bitmiş hesab etsək də, Qərbdəki dairələr rahat dayanmaq fikrində deyil. Ayıq-sayıq olmalıyıq. Fransanın Afrikada törətdiyi cinayətləri, Kanadanın aborigen xalqlara qarşı soyqırımlarını qabartmaq çıxış yolu deyil. Beynəlxalq hüququn bizə verdiyi imkanlarla öz haqlarımızın bərpasına çalışmalıyıq. Diplomatiyamızı bu istiqamətdə formalaşdırmalıyıq. Azərbaycan haqlı tərəfdir. Dünya qəbul edir ki, Qarabağ Azərbaycan ərazisidir və orada heç bir subyekt yoxdur. Hansısa erməni Qarabağa qayıtmaq istəyirsə, bunun yolu, forması, tələbləri dəfələrlə bəyan edilib. Amma ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil. Analoji məsələ odur ki, vaxtı ilə indiki Ermənistan ərazisindən qovulan yüz minlərlə azərbaycanlı da öz tarixi yurdlarına geri dönməli, buna şərait yaradılmalıdır. Bir daha diqqətə çatdırıram. Qərb ölkələrinin fəallaşması və Azərbaycana qarşı apardıqları təxribatçı siyasətin kökündə həmin dövlətlərin Cənubi Qafqazdakı maraqları dayanır. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı-hüququ yoxdur. Bu hücumları dəf etmək üçün resurslarımız kifayət qədərdir".







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru