"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                 

Seçicilər Heydər Əsədovla görüşməkdən imtina etdi - Deputatlıq “eşqinə” düşən keçmiş NAZİR
Tarix: 23-08-2024, 13:14 | Çap et
Seçicilər Heydər Əsədovla görüşməkdən imtina etdi
Azərbaycan siyasətində bəzi deputatların Milli Məclisi şəxsi mülkləri kimi görmələri və parlamentdəki mövqelərini əbədiləşdirməyə çalışmaları uzun müddətdir müzakirə mövzusudur.

Seçkilər başladığı andan etibarən, bəzi namizədlərin mandatlarını təmin etmə cəhdləri və bu mövqeyi nəsildən-nəslə ötürmək istəkləri ortaya çıxır. Milli Məclisin xalqı təmsil etmək üçün nəzərdə tutulduğu halda, bəzi deputatlar bu vəzifəni şəxsi maraqlarına xidmət edən bir vasitəyə çeviriblər.

Təəssüf ki, bu tendensiya, demokratik institutların zədələnməsinə və vətəndaşların siyasətə olan inamının azalmasına səbəb olur. Millətin rifahına xidmət etmək yerinə, uzun müddət vəzifədə qalan və deputatlıq səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə edənlər cəmiyyətin inkişafına mənfi təsir göstərir.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələrin bugünkü qonağı 5 il Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilən Heydər Əsədovdur.

Axtarış alətlərində sabiq nazirin barəsində apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Heydər müəllim 5 illik nazir olduğu zamanda sözün əsl mənasında çalışdığı nazirliyi böyrü üstə qoyub. 2018-ci ildə vəzifəsindən azad ediləndən sonra o, həbs ediləcəyi ilə bağlı təşvişə belə düşmüşdü, hətta sakitləşdirici dərmanlar qəbul etdiyi haqda iddialar vardı.

Bununla bağlı yerli mətbuatda onun haqqında gedən yazını qısa şəkildə təqdim edirik:

“Belə bir vaxtda isə o, itirdiyi vəzifə, rahat kreslo axtarışına çıxmışdı. Və günlərin birində Heydər Əsədovu depressiyadan çıxaran qərar verilmişdi: O, 2019-cu ildə Dövlət Dənizçilik Akademiyasına rektor təyin olundu. Bundan sonra Əsədov düşünürmüş ki, xalqdan oğurladıqları yüz milyonların hesabını daha ondan soran olmayacaq, 5 illik talan dövrünü araşdırmayacaqlar.

Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu.

Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu.

Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə” deməkdən çəkinmədi. İş o yerə çatdı ki, cənub zonasında öz yerində taxıl deyil, daha çox gəlir gətirən sitrus ağacları əkmək istəyən sahibkarlar ölkə rəhbərliyinə üz tutmalı oldular”.

Qeyd edək ki, oxucularımızı yormamaq üçün Heydər Əsədov və onun ailə biznesləri ilə bağlı yazılan sözügedən məqaləni tam şəkildə vermədik.

İndi isə deputatlıq eşqinə düşən Heydər müəllim artıq özünü Şirvanın yiyəsi kimi aparır, rəqiblərinə qarşı hörmətsizlik etməkdən belə çəkinmir. Belə ki, Ümid Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürən Peyman Sadıqov hakim partiyadan olan rəqibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu onun plakatlarını yararsız hala salmaqda ittiham edib. Heydər Əsədovu debata dəvət edən P. Sadıqov bu hərəkətləri çirkin bir mübarizə saydığını da qeyd edib.

Heydər müəllimin macəraları bununla da bitmir. Belə ki, bundan 3 gün əvvəl Heydər Əsədov seçicilərlə görüş keçirmək qərarına gəlsə də, onun növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib. Bundan sonra Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib. Bildirilir ki, o, vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb, ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər. Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.

Hər dəfə dediyimiz kimi, bu dəfə də sözümüzün üstündə duraraq təkrar edirik ki, bu xalqın gözü tərəzidir və bu millət mütləq ki, ağı qaradan seçə bilir. İnsanlar tərəfindən sevilməyən, KTN-dəki 5 illik hakimiyyəti dövründə nazirliyin bütün strukturlarını çapıb talayan cənab Əsədov bu dəfə deputat kimi qayıtmaq niyyətindədir…

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru