Paşinyanı hakimiyyətə Qərb və Türkiyə gətirib? - Erməni politoloqdan “Turan dəhlizi” AÇIQLAMASI
Tarix: 13-08-2024, 17:39 | Çap et
 “Bu, Zəngəzur dəhlizi deyil, Türkiyənin və Qərbin ehtiyac duyduğu Turan dəhlizidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “hraparak.am” saytında Ermənistan parlamenitinin sabiq deputatı, politoloq Eduard Şarmazanov yazıb.
Həmin məqaləni təqdim edirik:
“Cənubi Qafqazda rabitə kanallarına nəzarət üçün hansı mübarizə gedir? Bu, niyə baş verir? Ermənistanın marağı nədir? Ermənistan hökuməti kimin maraqlarına xidmət edir?
İyulun sonunda ABŞ-ın nümayəndəsi Ceyms O’Brayenin çıxışı dərc olunub, onun fikrincə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqələri yaratmağa çalışır.
Üstəlik, amerikalı rəsmi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində deyib. O hesab edib ki, bu, Rusiyanın strateji məğlubiyyətinə gətirib çıxaracaq.
Heç kimə sirr deyil ki, Qərb əvvəlcə Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, lakin gürcülərdən rədd cavabı alandan sonra diqqətini Ermənistana yönəltdi.
Qərb Paşinyana “Rusiyadan ayrılıb cəsarətli addımlar atmaq” üçün açıq siqnal verdi.
Nə Paşinyan, nə də hər hansı məmur açıq şəkildə O’Brayenin direktivlərinə qarşı çıxmadı, Qərb vassalı statusunu qəbul etdilər.
Hər əlverişli və yersiz məqamda suverenlikdən danışan Paşinyan dilinə gətirmədi ki, Ermənistan Respublikası suveren dövlətdir və onun daxili işlərinə heç kim qarışa bilməz.
Lakin Paşinyandan fərqli olaraq, Gürcüstan hakimiyyəti Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.
Mətbuatın yazdığına görə, hakim “Gürcü Arzusu”nun fəxri prezidenti Bidzina İvanişvili hətta bir neçə gün əvvəl Tbilisiyə gələn Amerika rəsmiləri ilə görüşməkdən imtina edib.
Gürcüstan hakimiyyətinin bu davranışı Qərbi Ermənistana daha çox diqqət yetirməyə məcbur etdi.
Kollektiv Qərb Ermənistan hakimiyyətinə açıq şəkildə rəhbərlik etməyə başladı və biz Palanq hökumətinin qərbyönlü bəyanatlarının şahidi olduq.
O`Brayen açıq mətnlə Azərbaycan və Ermənistan arasında Rusiya, İran və Çinin maraqlarına zidd olan nəqliyyat əlaqələrinin zəruriliyindən danışıb.
Qeyd edək ki, amerikalı rəsmi bu cür bəyanatlarla Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı son 2,5 ildə baş verən hadisələrin, o cümlədən Paşinyanın 2022-ci il oktyabrın 6-da Praqada Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasının Vaşinqtonn danışıqlarının tərkib hissəsi olduğunu bəyan edib.
Aydındır ki, Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi çətin idi.
Qarabağın Azərbaycana verilməsindən (?) sonra isə “orta dəhliz” layihəsini həyata keçirmək üçün Qərbin əlləri boşaldı.
Bu plana mane olan Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikasının keçmiş hakimiyyət orqanları idi və onların siyasi kredosu “Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz” tezisi idi.
Ona görə də Qərb və Türkiyə ilk dəfə 2018-ci ildə, eləcə də 2020-2023-cü illərdə Ermənistanda rəngli inqilab həyata keçirdi, Nikolun köməyi ilə Qarabağı təslim etmək və əhalini çıxarmaq əməliyyatını həyata keçirdilər.
Danılmazdır ki, Ermənistan Qərbə yalnız İran və Rusiyaya qarşı alət kimi lazımdır.
İran isə bunu çox gözəl anlayır.
Təsadüfi deyil ki, İranın ruhani lideri Əli Xamenei Nikol Paşinyanla görüşü zamanı “xarici dövlətlər qonşuların münasibətlərinə qarışmamalıdır və Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab vermir” deyə xəbərdarlıq edib.
Heç kimə sirr deyil ki, İran dəfələrlə Aİ müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi və Qərbin regionda mövqelərinin güclənməsi ilə bağlı narazılığını bildirib.
İran bu dəhlizin Türkiyənin və Qərbin maraqlarına xidmət edəcəyini çox gözəl bildiyi üçün qəti şəkildə bu dəhlizin əleyhinədir.
Məhz bu səbəbdən İranın Strateji Araşdırmalar Şurası “Turan dəhlizi” yaratmaq üçün Qərbin son Qarabağ müharibəsinin zəruri olduğu fikrini ifadə etdi.
Təsadüfi deyil ki, İranda bu dəhlizə “Zəngəzur dəhlizi” və ya “Erməni yolayrıcı” deyil, “Turan dəhlizi” deyirlər.
Belə bir vəziyyətdə Moskva-Tehran-Pekin strateji ittifaqı yaratmaq mümkündür. Burada Ermənistan da öz sərfəli yerini tuta bilər”, deyə o, qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət alıb - CBS
Dünən, 22:38 |
|
|
|
| • Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı
Dünən, 22:35 |
|
|
|
| • Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoydu - DETALLAR
Dünən, 22:32 |
|
|
|
| • Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI - "Tam məsuliyyətimlə deyə bilərəm ki..."
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq - Overçuk
Dünən, 16:50 |
|
|
|
| • Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi... - GƏLİŞMƏ
Dünən, 16:49 |
|
|
|
| • İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər - İSNA
Dünən, 16:46 |
|
|
|
| • AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLENT
Dünən, 16:44 |
|
|
|
| • Xameneinin dəfn mərasiminə hazırlıq başladı - KİV
Dünən, 12:34 |
|
|
|
| • Putin ölümsüzlüyün sirrini tapdı? – 26 milyard dollarlıq gizli proqram
Dünən, 12:29 |
|
|
|
| • Erməni müğənni Paşinyana qarşı çıxdı - "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Dünən, 11:32 |
|
|
|
| • Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
| • 9 min manat maaş deputatları qane edirmi? - "Xoşbəxt o insandır ki..."
Dünən, 11:12 |
|
|
|
| • "Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Dünən, 10:55 |
|
|
|
| • Ermənistanda seçkilər ikinci tura qala bilər - ÇÜNKİ...
Dünən, 10:52 |
|
|
|
| • "Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Dünən, 10:51 |
|
|
|
| • Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ - NƏ BAŞ VERİR?
Dünən, 10:48 |
|
|
|
| • Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Dünən, 10:46 |
|
|
|
| • Naxçıvanın sertifikasiya sərgüzəştləri... - İLGİNC
Dünən, 10:37 |
|
|
|
| • “Azərbaycanın yerində olsaydım...” – Rusiya təhlükəsi ilə bağlı diqqətçəkən açıqlama
Dünən, 10:33 |
|
|
|
| • “Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale
Dünən, 10:25 |
|
|
|
| • “Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
Dünən, 10:23 |
|
|
|
| • SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu
Dünən, 10:21 |
|
|
|
| • "Sərhəd kəndini məhv etmək planınız varmı?" - İrəvanda GƏRGİNLİK
Dünən, 09:18 |
|
|
|
| • Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib
Dünən, 09:15 |
|
|
|
| • Fitsodan çağırış: - Bu, dünya müharibəsinə səbəb ola bilər!
Dünən, 09:14 |
|
|
|
| • Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Dünən, 09:11 |
|
|
|
| • Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... - KİV
Dünən, 09:00 |
|
|
|
| • Putinin hədəsi işə yarayacaqmı? - GƏLİŞMƏ
Dünən, 08:42 |
|
|
|
| • Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Dünən, 08:33 |
|
|
|
| • ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Dünən, 08:25 |
|
|
|
| • Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 08:17 |
|
|
|
| • SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Dünən, 08:01 |
|
|
|
| • Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Dünən, 07:48 |
|
|
|
| • Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Dünən, 07:42 |
|
|
|
| • Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Dünən, 07:34 |
|
|
|
| • ACI REALLIQLAR... silsiləsindən...
Dünən, 07:20 |
|
|
|
| • "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Dünən, 07:14 |
|
|
|
| • FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 07:03 |
|
|
|
| • ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Dünən, 06:48 |
|
|
|
| • Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Dünən, 06:31 |
|
|
|
| • "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Dünən, 06:19 |
|
|
|
| • Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
30-05-2026, 17:00 |
|
|
|
| • Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
30-05-2026, 16:51 |
|
|
|
| • “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
30-05-2026, 16:44 |
|
|
|
| • "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
30-05-2026, 16:41 |
|
|
|
| • Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
30-05-2026, 15:34 |
|
|
|
| • Paşinyan sevərlərə... - Unutmayaq ki...
30-05-2026, 15:28 |
|
|
|
| • Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
30-05-2026, 15:24 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
30-05-2026, 15:19 |
|
|
|
|