“The Financial Times” Azərbaycandan Suriyaya gedən şiələrdən yazdı
Tarix: 25-03-2014, 12:20 | Çap et
 Britaniyanın nüfuzlu “The Financial Times” qəzeti Suriyada Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya gedən şiələrin sayının sünnilərin sayına çatdığını, hətta ötdüyünü yazır. Virtualaz.org saytı xəbər verir ki, qəzet xarici ölkələrdən gedən şiə döyüşçülərinin hesabına Bəşər Əsədin 3 ildən çoxdur davam edən qanlı müharibədə üstünlüyü ələ alıb. Xəbərə görə, Suriyaya Azərbaycandan da şiə döyüşçüləri gedir.
“Suriyada müharibədə bölgədəki şiə icmalarını da özünə zəlb edib. Çünki bu müharibənin uduzulması Bəşər Əsəd və onu dəstəkləyən İran üçün ciddi risklər meydana çıxara bilərdi. Ona görə də müxtəlif xarici ölkələrdən şiə icmaları öz döyüşçülərini Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya göndərir. Bir çox müşahidəçilərin qənaətinə görə, Suriyaya gedən şiə döyüşçülərin sayı 8-10 min arasındadır və sünni döyüşçülərin sayını ötüb” - deyə qəzet bildirir.
Məqalədə bildirilir ki, şiə döyüşçüləri Suriyaya əsasən Livan və İraqdan gedir. Lakin Azərbaycan və Əfqanıstandan da xeyli şiə döyüşçünün Bəşər Əsədin tərəfində vuruşduğu məlumdur.
“Financial Times” Suriyaya gedən şiə döyüşçülərinin sünnilərə nisbətən daha yaxşı təşkilatlandığını, daha yaxşı hazırlıq keçdiyini və təchiz olunduğunu yazır. Yazıda deyilir ki, şiə döyüşçülərini “verbovka” etmək üçün İran kəşfiyyatı şiələrin sıx cəmləşdiyi ölkələrdə ciddi iş aparır.
YouTubedə şiələri döyüşmək üçün Suriyaya çağıran videolar var. Belə videoların birində sifəti görünməyən döyüşçü deyir: “Hüseynə qoşulmağın vaxtı çatıb”.
Ekspertlər bildirir ki, Livanın cənubuna nəzarət edən “Hizbullah” təşkilatı Suriyaya minlərlə döyüşçü göndərib. Dəqiq rəqəm məlum olmasa da “Hizbullah”ın Bəşər Əsədin tərəfində döyüşən yaraqlılarının sayının 5 mindən çox olduğu təxmin edilir.
ABŞ-ın Merilend Universitetinin analitiki Filip Smit deyir ki, Tehranın sistemli dəstəyi Suriyada döyüşən şiə yaraqlılarını əcnəbi sünni döyüşçülərə nisbətən vahid qüvvəyə çevirir. Sünni döyüşçüləri Suriyaya azsaylı qruplarla gedir və dağınıq fəaliyyət göstərən silahlı qruplaşmalara qoşulurlar. Şiələr isə sistemli şəkildə fəaliyyət göstərən, yaxşı təchiz edilmiş, Bəşər Əsədin ordusu tərəfindən dəstəklənən silahlı birləşmələrin tərkibində döyüşür.
2013-cü ilin dekabrında Bəşər Əsəd məhz şiə döyüşçülərinin sayəsində paytaxt Dəməşq ətrafında üstünlüyü ələ ala bildi və sünni yaraqlıları sıxışdırdı.
Londondakı “Chatam House” mərkəzindən Yaxın Şərq üzrə ekspert Heydər əl-Xoyi deyir ki, döyüş təcrübəsi olmayan şiələr də Suriyaya gedib Bəşər Əsədin tərəfində döyüşməyə hazırdır.
“İrandan və İraqdan heç bir döyüş təcrübəsi olmayan yeniyetmələr cəmi iki həftə hazırlıq keçdikdən sonra Suriyaya - cəbhə xəttinə göndərilir. Onlar İranda hazırlıq keçirlər” - deyə ekspert bildirib.
Suriyaya göndərilən şiə döyüşçülərin ailələri isə qayğı ilə əhatə olunur. Onlar üçün səhiyyə və təhsil pulsuzdr. Xüsusən də Livan və İraqdan işsiz gənclər üçün Suriyada döyüşmək sərfəli görünür.
Lakin analitiklərin fikrincə, şiələrin səfərbər olunması hazırda Əsədin işinə yarasa da gələcəkdə onun rejimini sarsıda bilər. Çünki sünni yaraqlıları kimi şiələr də öz maraqlarını güdürlər və Bəşər Əsədi heç də xoşlamırlar. YouTubedə yerləşdirilmiş videoroliklərin birində “Kalaşnikov”la rəqs edən şiə döyüşçüləri deyir ki, onları Bəşər Əsəd yox, şiələr maraqlandırır.
“Bizim onunla ayrıca problemimiz var və Əsədlə sonra haqq-hesab çəkəcəyik” - deyə yaraqlılardan biri bildirir.
Xüsusən də İraq şiələrinin Bəşər Əsəddən zəhləsi gedir. Çünki Suriya diktatoru sünni döyüşçülərini İraqa göndərir və onlar da şiələrə qarşı döyüşürdü.
Qeyd edək ki, Azərbaycandan Suriyaya yüzlərlə radikal sünni döyüşçüsünün getdiyi, onlardan 100-dən çoxunun öldürüldüyü məlumdur. Suriyaya döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələ ictimaiyyətdə və hökumətdə narahatlığa səbəb olanda Bakıdakı vəhhabi məscidlərindən birinin imamı demişdi ki, Bakı kəndlərindən Bəşər Əsədin tərəfində döyüşmək üçün Suriyaya göndərilənlər barədə heç kim danışmır. Lakin Bakı kəndlərinin icması belə halın olduğunu inkar edirdi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
| • Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37 |
|
|
|
| • Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21 |
|
|
|
| • Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18 |
|
|
|
| • Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13 |
|
|
|
| • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10 |
|
|
|
| • Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07 |
|
|
|
| • “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03 |
|
|
|
| • Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00 |
|
|
|
| • Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52 |
|
|
|
| • Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
|