Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                 

Çox çalışıb... AZ YEYƏNLƏR: bundan sonra NƏ OLACAQ? - ARAŞDIRMA
Tarix: 15-08-2023, 14:43 | Çap et
Çox çalışıb... AZ YEYƏNLƏR: bundan sonra NƏ OLACAQ?
Ortaçağ Azərbaycanında ayaqçı adlanan kuryerlər son illər Bakı küçələrinin tez-tez gözə dəyən simalarından birinə çevriliblər. Onlayn çatdırma şirkətlərinin bazarda fəaliyyəti ölkədə kuryer xidmətlərinə tələbi artırıb. Bu sahədə çalışanların çoxalması ilə yanaşı, kuryerlərin üzləşdiyi çətinliklər də yetərincədir. Onlar indiyədək iş şəraiti ilə bağlı müxtəlif etiraz aksiyalarına –boykot və yürüşlərə əl atıblar. Kuryerlərin başlıca narazılığı gəlirlərinin iş saatı və xərclərinə uyğun gəlməməsi ilə bağlıdır. Bugünlər kuryerlərin üzləşdiyi problemlər yenə gündəmdədir. Budəfəki problem qanunvericilikdəki yeniliklərdən qaynaqlanıb.

Azərbaycanda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə dəyişikliklər avqustun 1-dən qüvvəyə minib. Həmin dəyişikliklərə görə, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, eləcə də maksimal sürəti saatda 50 kilometri aşan bütün növ nəqliyyat vasitələrinin, o cümlədən skuter və moped sahiblərinin "A1" alt kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Avqust ayından başlayaraq polislər moped sürücüləri ilə bağlı reydlərə başlayıb və çox sayda kuryerin nəqliyyat vasitəsi cərimə meydançalarına aparılıb.

Rəsmi qurumlar qanundakı dəyişikliyi sui-istifadə hallarına bağlayır. Onların fikrincə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini sürmək sürücüləri cərimələrdən yayındırır. Bu üzdən belə sürücülər yol hərəkəti qaydalarını tez-tez pozurlar. Kuryerlərsə nəqliyyat vasitəsi qeydiyyata alınarkən çətinliklə üzləşdiklərini bildirirlər, axı həmin nəqliyyat vasitələrini satın aldıqları şirkətlər onlara nəqliyyat vasitələrini rəsmi qeydiyyata salmaq üçün tələb edilən sənədləri vermir.

Bu baxımdan aydın olur ki, yeni qaydalar hazırlanarkən məsələnin gerçək durumu yaxşı araşdırılmayıb. Azərbaycanda qanunların, bir qayda olaraq, qapalı qapılar arxasında, maraq qruplarının iştirakçılığı olmadan hazırlanması tez-tez belə problemlərin ortaya çıxmasına yol açır. Halbuki bu tip qanunlar hazırlanarkən mövcud çətinliklər öncədən nəzərə alınmalı idi. Belə məqamlar nəzərə alınmadığından, kuryerlərin fikirləri öyrənilmədiyindən bir çox yeni qaydanın tətbiqi bu cür çətinlik və narazılıq doğurur.

Kuryerlərin budəfəki etirazları həbslərlə də müşayiət edilib. Əmək hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üç üzvü avqust ayında həbs edilib. Daha bir neçə üzv də polisə çağrılıb.


Kuryerlərin sosial profili
Bakıda fəaliyyət göstərən kuryerlər arasındakı sorğudan bəlli olur ki, kuryerlik sahəsində iş Bakı ilə yanaşı, regionlardakı insanlara da cəlbedicidir. 118 kuryerlə üzbəüz keçirilən sorğuya qatılan respondentlərin 44 faizi Bakıda, 56 faizi ölkənin digər ərazilərində qeydiyyatda olan şəxslərdir. Bu iki fərqli kateqoriyalı işçilərin kuryerliyə yönəlmə səbəbləri də fərqlidir. Bakıda qeydiyyatda olan kuryerlər niyə bu sahəni seçdikləri ilə bağlı suala cavabında ən çox "sərbəst iş qrafiki" variantını (43 faiz) seçib. Rayonlarda qeydiyyatda olan kuryerlərin bu sahəyə yönəldən başlıca səbəbsə "maddi ehtiyac"dır (45 faiz).

Kuryerlərin yararlandığı nəqliyyat vasitələri arasında ilk yeri velosiped tutur (47 faiz). Respondentlərin daha 36 faizi motosikl, 14 faizi moped istifadəçisi olub.

Kuryerlər arasında tələbə sayının yetərincə yüksəkliyi də diqqət çəkir. Sorğuya qatılan kuryerlərin 37 faizi tələbə olduğunu bildirib. Onlardan cəmi biri qiyabi, qalanları isə əyani təhsil aldığını söyləyib. Kuryer fəaliyyətinə bu qədər böyük maraq ölkədə yaşayan tələbələrin də öz xərclərini qarşılamaqda çətinlik çəkdiyini göstərir.


Kuryerlərin gəlir və xərcləri
Kuryerlər arasındakı sorğunun nəticələrinə görə, onların 48 faizinin aylıq gəliri 300-600 manat arasında dəyişir. Daha 17 faiz aylıq gəlirlərinin 600-900 manat arasında olduğunu bildirib. Kuryerlərin daha 22 faizi isə ayda 900 manatdan çox gəlir götürdüyünü deyib. Toplamda sorğu iştirakçılarının orta aylıq gəlirinin 646 manat olması üzə çıxıb. Bu, ölkə üzrə qeydə alınan orta aylıq əməkhaqqı göstəricisindən təxminən 25 faiz aşağı göstəricidir.

Onu da nəzərə almaq lazımdır ki, kuryerlər bu gəliri normadan artıq iş saatı hesabına əldə edir. Belə ki, sorğunun nəticələrinə görə, orta-statistik kuryerin həftəlik iş saatı 54 saatdır. Halbuki əmək müqaviləsi əsasında çalışanlar üçün bu göstərici 40 saatdır. Bu baxımdan, kuryerlərin həftəlik iş saatı Əmək Məcəlləsində göstərilən həddən ortalama 14 saat çoxdur. Bəzi kuryerlərdə bu fərq daha çoxdur, axı sorğuya qatılanların 8 faizi günlük hətta 12 saatdan çox işlədiyini bildirib.

Bunu da unutmaq olmaz ki, kuryerlər əmək müqaviləsi əsasında çalışmadıqlarından öz gəlirlərindən vergi də ödəməli olurlar. Digər tərəfdən, əməl müqaviləsinin olmaması kuryerlərə yanacaq, ehtiyat hissələri, nəqliyyat vasitəsinin təmiri kimi xərcləri də ödəməyə məcbur qoyur. Bu baxımdan, bir çox ekspertin fikrincə, kuryer və digər platforma işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı əsas problem onlara əmək müqavilələrinin tətbiq edilməməsidir. Sorğu nəticələri göstərir ki, hətta kuryerlərin önəmli bölümünün heç xidməti müqaviləsi də yoxdur. Respondentlərin 46 faizi VÖEN-inin olduğunu bildirib. Yerdə qalan kuryerlərsə araçı şirkətlər vasitəsi ilə bu işdə çalışdığını vurğulayıb.

Sorğuya qatılan kuryerlərin 47 faizi kirayədə qaldığını bildirib. Bu o deməkdir ki, kuryerlər yuxarıda qeyd edilən xərclərlə yanaşı, kirayə xərcləri də ödəyirlər. Bu baxımdan, bəlli olur ki, onların aylıq ortalama gəlirləri ən yaxşı halda aylıq xərclərini qarşılamağa yetir və heç bir yığım imkanı yaranmır. Beləcə, ağır iş şəraiti və az gəlir imkanı ilə yanaşı, qanunvericiliyin sərtləşdirilməsi də kuryerlərin durumunu bir qədər də ağırlaşdırır.

AzadlıqRadiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru