“Araz” marketin endirim FIRILDAĞI – “Təchizatçılara 28 milyon dollar borcludurlar”
Tarix: 7-07-2023, 10:03 | Çap et
 “Araz” supermarketlər şəbəkəsindən şikayətlər səngimək bilmir. Şikayətlərin çoxu ya endirim kampaniyası adı altında müştərilərə kələk gəlinməsi, ya da kassada malın üzərində yazılan qiymətlə kassirin kompüterə vurduğu qiymət arasındakı uyğunsuzluqla bağlı olur.
Bu dəfə “Araz” supermarketlər şəbəkəsinin endirim fırıldağı iə bağlı məsələ gündəmə gəlib.
Babək prospektində yerləşən “Araz” supermarketlər mağazasında məhsullara böyük hərflərlə endirimlər qeyd olunub. İnsanlar endirim adı ilə məhsulları alır, çoxu isə kassada qiymətə fikir verməyərək aldanır.
Əslində isə heç bir endirim yoxdu. Kimsə endirim elanını görüb, yararlanmaq istəyəndə isə kassada endirimin iki gün sonraya aid olduğu deyilir. Halbuki sol küncdə xırda hərflərlə iki gün sonra endirim olacaq tarixi qeyd edilib.
Yəni iki gün sonra olası endirimi indidən elan edib milləti aldadırlar, heç kim də o xırda yazını görmür, iri yazılmış endirimi görüb alıb aldanır.
Buna bənzər analoji hal bu gün “Araz” supermarketlər mağazasının Hövsan qəsəbəsi Elçin Məmmədov 5k. küçəsindəki filial mağazasında yaşanıb. Müştərilərdən birinin saytımıza şikayətinə görə limonun üzərində 2 manat 99 qəpik yazıldığı halda, kassada qiymət 3 manat 49 qəpikdən hesablanıb. Müştəri etiraz edəndə isə “qiymətlər bahalaşıb” deyə bildirilib.
O zaman bahalaşan qiymət məhsulun üzərindəki vitrin lövhəsində niyə yenilənməyib?
Qeyd edək ki, bənzər hala “Araz” supermarketlər şəbəkəsinin demək olar ki, bütün filiallarında zaman-zaman rast gəlinir. Qarşısını almaq üçün isə heç bir çaba göstərilmir.
DİA.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, iri marketlər həm də müştəriləri başqa metodlarla aldadır:
“Bir qrup malı endirimə qoyurlar. Orada böyük və kiçik həcmli məhsul yer alır. İstehlakçı məhsulu götütüb kassaya yaxınlaşanda ona bildirirlər ki, endirim götürdüyü məhsula deyil, başqa mala aiddir.
Geniş yayılmış əsas problem vitrindəki qiymətlə kompüterdəki qiymətlərin eyni olmamasındadır. Bir qayda olaraq vitrində qiymət aşağı, kassada isə yuxarıdır. Bütün bunlar süni qiymət artımı deyilən anlayışdan doğur.
Ümumiyyətlə, marketlər istehlakçı hüquqlarını pozan ciddi özbaşınalıq mənbəyidir. Mənə bu gün kolbasa istehsalçısı məlumat verib ki, biz marketlərin qiymət təzyiqinə məruz qaldığımız üçün şəbəkədən çıxmağa məcbur qaldıq. Marketlər malların üzərinə əlavə 20-25 faiz qiymət qoyurlar.
Əksər hallarda təchizatçılardan hazır gəlirdən20 faiz geri götürürlər. Bir sözlə marketlər təxminən malların qiymətinin artmasında 40 faizə qədər rol oynayırlar. Ölkə başçısı özünün iqtisadi yığıncaqlarında dəfələrlə qeyd edib ki, süni qiymət artımı, inhisarçılıq və karpel sövdələşmələri var. Lakin bu işlərə cavabdeh olan dövlət qurumu bunların qarşısını almaq üçün heç bir iş görmür”.
Eyyub Hüseynov əlavə edib ki, dəfələrlə Sahibkarlar Konfederasiyası ilə iş aparmaq istəyiblər ki, marketlər üçün xüsusi qaydalar hazırlansın:
“Sahibkarlar Konfederasiyasından isə heç bir reaksiya veriməyib. Rusiya, Türkiyə və digər ölkələrin təcrübəsi göstərir ki, marketlər müəyyən həddən artıq qiymət tətbiq edə bilməzlər. Ümumiyyətlə marketlər təchizatçıları ağır bir vəziyyətə salıblar.
Marketlər şəbəkəsi var ki, təchizatçılara 28 milyon dollara qədər pul borcludur. Pul dövriyyədə olmalıdır ki, təchizatçılar öz istehsallarını genişləndirsinlər.
Çox təssüflər olsun ki, hökumət marketlərlə bağlı heç bir iş aparmır. Onlar istədikləri kimi təchizatçılarla davranır. Bu da süni qiymət artımın və ya müştəri aldatmalarına səbəb olur. Marketlərlə bağlı qaydalar tətbiq olunmalıdır ki, qayda-qanunlarla iş görsünlər. Bütün bu halların nəticəsi istehlakçının başında çatlayır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə illərdir ki, susur. Azərbaycanda bu problem o qədər dərinləşib ki, qarşısını almaq mümkünsüz olub. Ona görə də marketlər üçün hüquqi səbət əldə olunmalıdır”.
diaaz.space-ın məlumatına görə, məsələ ilə bağlı "Araz" supermarketlər şəbəkəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hər iki faktla bağlı araşdırma aparılacaq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06 |
|
|
|
| • 'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56 |
|
|
|
| • TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46 |
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
| • AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
| • 730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21 |
|
|
|
| • Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17 |
|
|
|
| • Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11 |
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
|