Gəncənin BAŞÇI YÜKÜ... - İLGİNC İDDİALAR...
Tarix: 5-05-2022, 17:23 | Çap et
 Biri deyir Azərbaycana ən böyük təhlükə Şimaldan gəlir, o biri ekspert deyir ki, yox, Cənubdan gəlir, bir başqa HƏRŞEYŞÜNAS deyir ki, guya Şərqdən gəlir və s... Amma, biz illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə harınlamış, əllərində yüz milyonlar, hətta milyardlar cəmləşən bəzi məmur ordusundan gəlir. Və bu gün də dediklərimizin üzərində dayanırıq. Əlində böyük sərvət cəmləmiş belə məmurlardan biri də Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovdur. Hər şeyi bağışlamaq olsa da, şəhid atasını söyüb qovmağı nə millət, nə də Allah, nə də zamanı çatanda Prezident İlham Əliyev cənabları ona bağışlamayacaq. Cənab Prezident əbəs yerə demir ki, mən nəyi, necə və nə vaxt etməyi bilirəm. Bəli, Niyazi Bayramov kimi məmurları layiq olduğu yerə göndərməyin zamanı çatıb. Təsəvvür edirsinizmi bu adamın həyat yoldaşının adına Bakının mərkəzində az qala 10 milyon dəyərində restoran gecə-gündüz işləyir. Amma...bu adam... Söhbət 44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir. Erməni terroru nəticəsində evi dağılan, doğması ölən, yaralanan şəxslərə dövlət kompensasiya verir. Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun işçiləri isə bir gözü görməyən Gəncə sakininə 6 min manata qol çəkdirib, ona cəmi 1500 manat pul veriblər. Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan zavallıya dövlət 6 min manat kömək edir, 75 faizini Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee... Yuxarıda dedik ki, bu adamın həyat yoldaşının adına olan restoranın dəyəri 10 milyondur. Amma icra başçısı evi dağılan şəxsin kompensasiyasını yeyir. Vallahi, belələri ölkəmizi dağıdanlardan da təhlükəlidir. Hələ bu harasıdır..? Niyazi Bayramovun laqeydliyi nəticəsində evləri dağılan zərərçəkənlər nə ev əşyalarına görə kompensasiya ala bilirdilər, nə də evləri tikilib təhvil verilirdi. Erməni raketi nəticəsində evləri dağılan sakinlərin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etsə də heç bir nəticə olmamışdı. Vəkil bildirir ki, müraciətimdən aylar ötsə də icra başçısı heç bir addım atmır: “Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən xeyli müddət keçir. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayırlar". Biz yazının girişində əbəs yerə yazmadıq ki, Azərbaycana təhlükə milyonçu məmurlardan gəlir… Təsəvvür edirsiniz, şəhid atasını qapıdan qovan Niyazi Bayramov bu gün cibində Qarabağ veteranı vəsiqəsi gəzdirir. Bu adamdan soruşan yoxdur ki, sən Qarabağda hansı cəbhədə, hansı bölgədə vuruşmusan…? Sən polkovnik rütbəsini necə almısan..? Bu adamdan soruşan yoxdur ki, Mingəçevirdə icra başçısı olarkən, Kür qırağındakı torpaqları verib nələr qazandın. Bu adamdan soruşan yoxdur ki, Azərbaycana şəhid tabutları gələndə sən övladına Londonda 30 milyon dəyərində villa aldın. Yəni millət yas içində olanda siz bahalı alış-veriş edirdiniz. Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi basdıra bilmir. Yaxud ən rüsvayçı məsələ…. Əslində buna görə, Niyazi Bayramov xalqın qarşısında ifşa olunmalı idi ee… Bəli, Niyazi Bayramov Prezidentin Gəncəyə səfəri zamanı dövlət başçısını aldadıb... Belə ki, bütün ölkənin izlədiyi videoda Gəncədə Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür. Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar. İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..? Ümumiyyətlə, belə məmurların vəzifə pilləsində irəlliləməyə mənəvi haqqı varmı..? Bunu yaxın zaman göstərəcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19 |
|
|
|
|