Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                     Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib .....                     Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? .....                     Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var .....                     Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? .....                     Saleh Səmədovun ilk məhkəməsi oldu .....                     Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı .....                     Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? .....                     Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                     Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… .....                 

“Əlillik də verilmir, ailəmi necə saxlayım?” - Ayağı işləməyən qazidən NARAZILIQ
Tarix: 15-10-2021, 15:08 | Çap et
“Əlillik də verilmir, ailəmi necə saxlayım?”
Vətən müharibəsi qazisi Abbasov Qismət Abbas oğlu Ağdam istiqamətində döyüşlərdə ağır yaralanıb. Çoxlu qan itirdiyindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Xəstəxanada bədəninə 2,5 litrə yaxın qan köçürülən qazi ona qanla bərabər Hepatit C də köçürüldüyünü deyir. Aylardır bədənindəki qəlpə yaraları ilə yanaşı, həm də Hepatitin müalicəsi ilə məşğuldur. Lakin hələ də ona əlillik təyin olunmayıb.

Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən qazi Qismət Abbasovun sözlərinə görə, müharibənin ilk günündən ön cəbhədə - Ağdam və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da düşmənin atdığı mərmi sol ayağında budun üçdə birini kəsib: “Qəlpə arterial damarı, oturaq siniri qoparıb, əzələlər, vətərlər qopub. Hazırda ayağımda əzələ yoxdur. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olundum, sonra isə Bakıya A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə köçürüldüm. İki dəfə əməliyyat olunmuşam. Ağcabədidə əməliyyat olunan arterial damarım Bakıda yenidən tutuldu. Təkrar əməliyyat olunmalı idim, analiz verəndə məlum oldu ki, o vaxt qan köçürüləndə Hepatit C-yə yoluxdurulmuşam. Uzun müddətdir ki, bu xəstəlikdən müalicə alıram. Hazırda damarlarım çox zəiflədiyinə görə həkimlər əməliyyatı saxlayıblar. Deyirlər damarı dəyişsək, yenə partlayacaq, gözləmək lazımdır”.

Qazi bildirir ki, yanvarın 27-də Hərbi Hospitaldan ona tərxis olunması ilə bağlı sənəd verilib. O vaxtdan da mülki şəxs olduğu əsas gətirilərək hospital müalicədən imtina edib. Qazi müalicəsi ilə özü məşğul olduğunu deyir: “Hərbi Hospitalın verdiyi şəhadətnaməyə əsasən, mənə 3-cü qrup əlillik düşür. Sənədlərimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişəm, lakin mənə imtina verilib. Səbəb isə o göstərilir ki, diaqnoz əlilliyi təsdiqləmir. Mən hazırda iş qabiliyyətimi itirmişəm. Ayağımda arterial damar tutulub, hissiyyat yoxdur, oturaq sinir işləmir. İki körpə övladım var, xəstə atam var. İldə bir dəfə Hepatit C-dən müalicə almalıyam. 3 ay dalbadal dərman içməliyəm, hər dərmanın qiyməti 335 manatdır. Bir ildən artıqdır ki, işə gedə bilmirəm, gəlir yerim yoxdur. Mən ailəmə necə baxmalıyam, övladlarımı necə saxlamalıyam?!”

Qazi müharibəyə qədər şirkətlərin birində operator işləyib. Dediyinə görə, 8 saat ayaqüstə işlədiyindən daha ora qayıda bilməyib. Əvvəllər aldığı maaş Bakıda kirayədə yaşamasına imkan versə də, müharibədən yarımcan qayıdan qazi imkansızlıqdan valideynlərinin yanına - bir otaqlı evə köçüb.

Qismət Abbasov İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, bu ilin avqust ayında Zərdab rayon sakini Abbasov Qismət Abbas oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub: “Bundan sonra da onun, 27.09.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb. Əyani müayinə zamanı Abbasov Qismətin hazırki vəziyyəti və tibb müəssisənin göndərişində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozunun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.

Qismət Abbasov yaralanan ayağının fotolarını da redaksiyamıza təqdim edib. Ürəyi zəif olanları nəzərə alaraq, qazinin hazırda əzələ hissəsi olmayan ayağının şəkillərini təqdim etmirik.

“Əlillik də verilmir, ailəmi necə saxlayım?”
“Əlillik də verilmir, ailəmi necə saxlayım?”
“Əlillik də verilmir, ailəmi necə saxlayım?”
“Əlillik də verilmir, ailəmi necə saxlayım?”
“Əlillik də verilmir, ailəmi necə saxlayım?”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Dünən, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Dünən, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Dünən, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Dünən, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Dünən, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Dünən, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Dünən, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Dünən, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Dünən, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Dünən, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Dünən, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Dünən, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Dünən, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Dünən, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Dünən, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dünən, 12:38
Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru