Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                     “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib .....                     Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: .....                     Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? .....                     Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” .....                     Sərhədləri sülh müqaviləsi AÇACAQ .....                     Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib .....                     Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? .....                     Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var .....                     Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? .....                     Saleh Səmədovun ilk məhkəməsi oldu .....                     Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı .....                     Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? .....                     Zamanı sözlə danışdıran yazıçı .....                     Məşhur müğənnidən illər sonra gələn etiraf: .....                     Fransa Ermənistanı Rusiyanın əlindən .....                     Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub .....                     Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? .....                     Rusiya ləzgiləri taleyin ümidinə buraxdı .....                     Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… .....                     Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub .....                     Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi .....                     Küçədə, həyətdə, evin qarşısında cərimə: .....                     Erməni səfir Moskvadan getdi .....                 

Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Tarix: Bu gün, 17:20 | Çap et

Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin bərpası regionda normallaşma prosesi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayaraq bunu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirib.

İrəvan hesab edir ki, qərar ticarət və işgüzar əlaqələrin genişlənməsinə, regionda iqtisadi münasibətlərin inkişafına, eləcə də sabitlik və rifah mühitinin formalaşmasına xidmət edə bilər. Prosesin davamı kimi sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və Gümrü-Qars dəmir yolu xəttinin fəaliyyəti ilə bağlı müzakirələrin daha da intensivləşəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Türkiyə son illərdə regionda "kommunikasiyaların açılması” siyasətini ardıcıl şəkildə müdafiə edir. Bu yanaşma Azərbaycanın irəli sürdüyü regional nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı müzakirələrlə də üst-üstə düşür.

Ankara hesab edir ki, iqtisadi inteqrasiya siyasi riskləri azaltmaq və regionda sabitliyi möhkəmləndirmək üçün mühüm vasitədir. Lakin burada əsas geosiyasi detal ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç vaxt yalnız Ankara ilə İrəvan arasındakı məsələ olmayıb. Bu proses birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası və sülh danışıqlarının nəticələri ilə bağlıdır. Türkiyə rəsmiləri indiyədək dəfələrlə vurğulayıblar ki, Bakı ilə koordinasiya olmadan regionda strateji xarakterli addımlar atılmayacaq. Məhz bu səbəbdən sərhədlərin tam açılması ilə bağlı texniki və inzibati işlərin davam etməsi təsadüfi sayılmır.

Mövzunu şərh edən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel KarauzSherg.az-a bildirib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin mərhələli şəkildə bərpası Cənubi Qafqazda son illərin ən mühüm geoiqtisadi və geosiyasi dəyişikliklərindən biri kimi qiymətləndirilə bilər. Onun fikrincə bu proses yalnız iki ölkə arasındakı iqtisadi münasibətlərin normallaşması deyil, eyni zamanda regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasına təsir göstərə biləcək strateji addımdır:

“Türkiyə-Ermənistan ticarət əlaqələrinin bərpası regionda iqtisadi inteqrasiyanın genişlənməsi deməkdir. Ermənistan uzun illərdir qapalı sərhədlər və məhdud logistika imkanları səbəbindən iqtisadi baxımdan müəyyən təcrid vəziyyətində idi. Türkiyə bazarına çıxış Ermənistan üçün həm logistika xərclərinin azalması, həm yeni investisiya imkanları, həm də Avropa və Yaxın Şərq bazarlarına daha rahat inteqrasiya baxımından əhəmiyyətlidir. Türkiyə üçün isə bu proses Cənubi Qafqazda iqtisadi təsir imkanlarının genişlənməsi və regional ticarət marşrutlarının şaxələndirilməsi anlamına gəlir.

Bununla yanaşı, bu addım “3+3 regional platforması”, Orta Dəhliz, Zəngəzur dəhlizi və Türk dünyası ilə Avropa arasında yeni nəqliyyat-logistika xəttlərinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Əgər kommunikasiya xətləri açılarsa, region tədricən qarşıdurma məkanından tranzit və ticarət mərkəzinə çevrilə bilər.

Azərbaycan-Ermənistan yekun sülh müqaviləsinə təsiri məsələsinə gəldikdə isə, bu prosesin dolayı, amma mühüm təsiri ola bilər. Çünki iqtisadi inteqrasiya çox vaxt siyasi gərginliyin azalmasına xidmət edir. Ermənistan anlayır ki, regionda uzunmüddətli iqtisadi inkişafın əsas şərtlərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Xüsusilə sərhədlərin açılması, nəqliyyat layihələri və regional investisiyalar Ermənistan üçün ciddi iqtisadi dividendlər vəd edir”.

Y. Karauz qeyd edib ki, Ankara uzun müddətdir Türkiyə-Ermənistan normallaşmasını Azərbaycan-Ermənistan münasibətlərinin gedişatı ilə paralel aparır:

“Yəni Türkiyənin addımları böyük ölçüdə Bakı ilə koordinasiya olunmuş siyasət çərçivəsində həyata keçirilir. Bu baxımdan, Ermənistan üzərində əlavə motivasiya formalaşır ki, yekun sülh müqaviləsi istiqamətində daha konstruktiv mövqe nümayiş etdirsin. Ancaq burada vacib bir məqam da var ki, prosesin tam uğurlu olması üçün Ermənistan daxilində revanşist və anti-türk, anti-Azərbaycan siyasi ritorikanın zəifləməsi, region dövlətlərinin suverenliyinə hörmət və kommunikasiya layihələrinə real siyasi iradə göstərilməsi lazımdır. Əks halda iqtisadi normallaşma cəhdləri müəyyən mərhələdən sonra yenidən siyasi risklərlə qarşılaşa bilər”.

General hesab edir ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin bərpası yalnız ikitərəfli iqtisadi münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geoiqtisadi mənzərəsi baxımından da mühüm hadisə hesab olunur:

“Uzun illər bağlı qalan sərhədlər və məhdud iqtisadi təmaslardan sonra tərəflər arasında ticarətin açılması regionda yeni iqtisadi dinamika yarada bilər. Bu proses ilk növbədə regionda iqtisadi canlanmanı sürətləndirə, logistika və tranzit imkanlarını genişləndirə bilər. Paralel olaraq siyasi dialoq kanallarının açılması və qarşılıqlı asılılığın artması gərginlik risklərini azaltmaq baxımından da önəmli hesab edilir. Eyni zamanda nəqliyyat və enerji layihələrinin aktivləşməsi, xüsusilə kommunikasiya xətlərinin bərpası Cənubi Qafqazın beynəlxalq ticarət marşrutlarında rolunu gücləndirə bilər. Ankara-İrəvan xəttində normallaşma prosesinin dərinləşməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına da əlavə stimul verə bilər. Çünki regionda açıq sərhədlər və iqtisadi inteqrasiya modelinin formalaşması uzunmüddətli sabitlik üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir.Əgər bu proses paralel şəkildə Bakı-İrəvan sülh sazişi ilə müşayiət olunarsa, qarşıdakı 5–10 ildə Cənubi Qafqazın təhlükəsizlik və iqtisadi xəritəsində ciddi dəyişikliklərin şahidi olmaq mümkündür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Bu gün, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Bu gün, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Bu gün, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Bu gün, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Bu gün, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Bu gün, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Bu gün, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Bu gün, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Bu gün, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Bu gün, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Bu gün, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Bu gün, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Bu gün, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Bu gün, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Bu gün, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Bu gün, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Bu gün, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Bu gün, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Bu gün, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Bu gün, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Bu gün, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Bu gün, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Bu gün, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Bu gün, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Bu gün, 15:13
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Bu gün, 15:05
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB? - İDDİA
Bu gün, 15:02
Zamanı sözlə danışdıran yazıçı – Elçinin xatirəsi anılıb
Bu gün, 14:56
Məşhur müğənnidən illər sonra gələn etiraf: - "Hamı sözü bir yerə qoymuşdu ki..."
Bu gün, 14:34
Fransa Ermənistanı Rusiyanın əlindən SİLAHLA QOPARIR
Bu gün, 14:31
Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub - ƏMR
Bu gün, 14:29
Azərbaycanda həbs qərarlarını ən çox hansı qurumlar qəbul edib? - TƏFƏRRÜAT
Bu gün, 14:21
Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - “The Central Asia-Caucasus Analyst”
Bu gün, 14:19
Milli Məclisin komitə sədri elə ŞOK faktları açıqladı ki… - MÜSAHİBƏ
Bu gün, 14:14
Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 13:48
Rektor TƏBİB-in keçmiş işçisinə vəzifə verdi - FOTO
Bu gün, 13:08
Küçədə, həyətdə, evin qarşısında cərimə: - “Qadağadırsa, bəs maşını hara saxlayaq?”
Bu gün, 13:04
Erməni səfir Moskvadan getdi – Nə baş verir?
Bu gün, 13:01
“AzInTelecom”a baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:59
TƏBİB-in yeni şefinin ABSURD İSLAHATLARI... - AXI NİYƏ?..
Bu gün, 12:58
"Həsən Seyidbəylidən sonra Kinematoqrafçılar İttifaqı öldü" - Ayaz Salayev
Bu gün, 12:51
Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 12:44
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Bu gün, 12:38
Paşinyan Sarukyan və Karapetyan haqda: - Biri oğlunu Belarusa qaçırıb, digəri oğrudur
Bu gün, 12:35
Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı
Bu gün, 12:25
Məşhur avtoritetin qatilləri Rusiyaya qarşı müharibəyə qoşuldu
Bu gün, 12:22
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:20
Sənət sosial şəbəkələrə UDUZUR? - “Biabırçı bir şeylə də məşhurlaşmaq olar”
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru