“Qızılqum” qaçqınlarından MÜRACİƏT – “Xahiş edirik, bizi xilas edin”
Tarix: 22-06-2021, 11:27 | Çap et
 Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin bir hissəsinin köçürülmədiyini xəbər vermişdik. Xüsusilə birotaqlı mənzillərdə Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı və digər işğal edilən rayonlarımızdan olan 12 ailənin hələ də uçulub-dağılmış və xarabalığa çevrilmiş binada yaşayamaq məcburiyyətində qaldığını qeyd etmişdik. Həmin ailələr yenidən etiraz edərək, köçürülmə ilə bağlı prosesin sürətlənməsini tələb ediblər. Onların arasında şəhid ailələri də var.
“Məsuliyyəti öz üzərinə götürən yoxdur” Bizim.Media-ya şikayətlənən köçkünlər binada insanın yaşaması üçün heç bir şəraitin olmadığını və hər an hansısa faciə baş verə biləcəyindən ehtiyatlandıqlarını söyləyiblər:
“Bura sanki bir cəhənnəmdir, xəstəlik və cinayət ocağıdır. Evlərin işıqları günün günorta çağı kəsilib aparılır. Hansı ki, bu dağıntıya insanlar ordan köçürülərkən yerli icra hakimiyyətinin, Qaçqınkomun göstərişi ilə başlanıb. Guya bu ona görə edilirdi ki, gedənlər dönməsin. Şahidiyik ki, insanlar köçüb getmədən qaldıqları evlərinin qapılarının necə sındırılmasına baxıb ağlayırdılar. Qaçqınların suyu, kanalizasiya və işıq xətləri, binanın fasadı, pilləkənləri dağıdılıb, daşları, taxtaları, dəmirləri kəsilib satılır. Biz bu barədə 1 aydan çoxdur ki, sanatoriyanın müdiri, komendantı, ərazinin polisi, eləcə də Qaçqınkomun bu əraziyə baxan rəsmilərinə, ərazi üzrə millət vəkillərinə bildirmişik. Amma heç biri dəqiq söz demir, məsuliyyəti öz üzərinə götürən yoxdur”.
“Gözləyin, deyirlər...”
Şikayətçilərin dediyinə görə ölkə başçısı İlham Əliyevin “Qızılqum”dakı qaçqınların köçürülməsi ilə bağlı verdiyi sərəncam məmurlar tərəfindən yarımçıq həyata keçirilib: “Bizlə görüşə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, yaxud digər aidiyyatı orqanlar iddia edirlər ki, "birotaqlı mənzil yoxdur", "mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib, onlar verməlidir", "səbrli olun, gözləyin" deyirlər. Sanki heç kəs vəziyyətin nə dərəcədə ağır olduğunun fərqində deyil”.
Bu gün "Qızılqum Sanatoriyası" demək olar ki, zibilxanaya çevrilib. Azərbaycan dövləti şanlı qələbədən sonra ölkədə böyük bərpa işlərinə başlayıb. Dövlətimiz keçmiş qaçqınlara ermənilərin dağıtdığı, viran qoyduğu o yerlərə gedib ağır şəraitdə yaşamasını rəva görmədiyi halda, öz insanına sahib çıxıb onun hüquqlarını qoruyub hörmət etdiyi halda, Bakının bir kəndində, bir neçə ailənin hələ də dağıdılmış, üfunət saçan bir məkanda saxlanması heç bir ağıla sığmır”.
“Yeni yaşayış azad edilmiş yerlərdə tikiləcək”
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında 12 ailənin yaxın günlərdə yeni mənzillə təmin ediləcəklərini bildirmişdi.
Qurum Komitənin mənzil fondunda boş yaşayış sahələrinin olmadığını, məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcəyini qeyd etmişdi: “Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ən ağır vəziyyətdə və adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, deyə qurumdan bildirilmişdi.
Müraciət...
Qeyd edək ki, “Qızılqum” sanatoriyasında yaşayan və hələ də köçürülməyən 12 ailə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinə şikayətlərinə baxılması üçün müraciət ediblər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35 |
|
|
|
|