AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Qarabağ qazilərinə qarşı cinayət işi sifariş verən hakimlər “yüksəlib” - NARAZILIQ!
Tarix: 30-04-2021, 17:30 | Çap et
Qarabağ qazilərinə qarşı cinayət işi sifariş verən hakimlər “yüksəlib”
DİA.AZ: - "Futbolda hakim xətalarına görə bir neçə oyunluq diskvalifikasiyadan tutmuş, tamam hakimlikdən məhrum edilməyə kimi intizam cəzaları tətbiq edilir. Elə xətalar olur ki, hakimin futbola məhbəs kamerasından baxması ilə sonuclanır. Uzağa getməyək, serbiyalı hakim Srdyan Obradoviçin tərəf tutub, qərəzli penalti təyin etməsinə görə məhkəmə aktı ilə 15 aylıq məhbəslə cəzalandırılması bir ay olar, ya olmaz. Başqa sözlə, futbol hakiminin qərəzli hakimliyinə məhkəmə hakimi ədalətli qiymətini verib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəs bizdə necədir? Azərbaycanda “danışılmış” oyunlar bir yana, məhkəmələrdə gerçək məzhəkə şouları sərgilənir. Məhkəmə hüquq sistemi “məzhəkə hoqqa sirki”nə dönüb, hakimlər məhkəmələrdə elə hoqqalardan çıxır, elə hoqqa çıxarırlar ki, heyran olmaya bilmirsən. Sabir olsaydı, deyərdi ki, MƏHKƏMƏ ADIN ÇƏKMƏYİN, MƏZHƏKƏDİR, MƏZHƏKƏ! Qısası, bizdə “xətalı” hakimlər nəinki cəzalandırılır, əksinə, mükafatlandırılır.

Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev sözügedən məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi və təbii ki, icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin həm pensiyasını yarıqat edib, həm daşınar-daşınmaz əmlakına özbaşına- məhkəmə qərarı ilə yox, həbs qoyub. Qazinin məhkəmə yolu ilə pozulmuş hüquqlarının bərpasına da elə bu icra məmuru qadağa qoyub. Təsəvvür edin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Zaur Tağıyev) bildirişi ən azı 10 gün qabaq verməli olduğu halda, iclasın vaxtından 10 gün sonra verib və bir tərəfi tutaraq, digər tərəfi “qırmızı vərəqə” ilə məhkəmə şousundan qıraqda qoyaraq iddianı mümkün saymayıb. Yuxarı instansiyalar da bu “bir qapıya oyun” aktını qüvvədə saxlayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakimlər Miminat Hacıbəyova və Nəriman Abıyev) və Bakı Apellyasiya Məhkəməsi 2 (!) dəfə Ali Məhkəmənin ləğv etdiyi qərardadlarını yenidən qüvvəyə mindiriblər. Yeri gəlmişkən, 07.04.2021-ci il tarixli Qərarla Ali Məhkəmə (sədrlik edən hakim Xəqani Məmmədov) 2-ci dəfə aşağı instansiyanın qərardadlarını ləğv edib. Atalar üçdən deyib, görəsən, 3-cü dəfə də Bakı İnzibati Məhkəməsi ali instansiyanın qərarını ləğv edəcək?

Məhkəmələrin açıq-aşkar inzibati dövlət orqanlarının tərəfini tutduğunu görən Qarabağ qazisi 7 illik məhkəmə şousundan dələduzluqla “tələbkar” rolunda çıxış edən “Rəvan” sığorta şirkətinə qarşı Nərimanov məhkəməsində iddia qaldırıb və bu sətirlərin yazarı da müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilib. Hakim Vüqar Quliyev 06.05.2019 tarixli qətnamə ilə iddiaçı Qarabağ qazısının pensiyasından cavabdeh sığorta şirkətinin “yediyi” 350 manatın geri gaytarılmasını qət edib. Növbəti “məzhəkə-hoqqabazlıq şousu” bundan sonra başlayıb. Qazilərin cavabdehin məhkəməyə təqdim etdiyi saxta icra sənədinə görə xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizələrinə 2 ildir baxılmır və apellyasiya şikayətləri də sifarişlə yuxarı instansiyaya göndərilməyib. Cavabdeh “Rəvan” sığorta şirkətinin möhürsüz, imzasız saxta icra sənədini “əsas” tutan Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşad Şamayev) 29.08.2019 tarixli qətnamə ilə aşağı instansiyanın qətnaməsini ləğv edib . Bu qətnamədən sonra şouya “vəkillə təmin edilmə” hoqqabazlığı özəl çalar verib və şou hələ də davam edir: iddiaçı Qarabağ qazisini Ali Məhkəməyə kassasiya şikayəti verərsə, mənzilindən məhrum ediləcəyi ilə şantaj edən hakimlər heyəti 14 aydan sonra (?) vəkil ayırıblar və 3 -cü şəxs Qarabağ qazisinə isə hələ də vəkil ayırmayıblar . “Vəkil şousu” bununla bitmir. 14.10.2020-ci il tarixli Ali Məhkəmənin iclasında vəkil Ayşən Vəliyeva “dövlət hesabına” iştirak etməkdən imtina edib və Ali Məhkəmə “məzhəkə - hoqqa şousu”nda “tərəf-müqabil” olmadan baş rolda oynayıb”. Elşad Şamayevin qeyri-prosessual “peşəkarlığı” Ali məhkəməyə təyinat alması ilə nəticələnib. Qarabağ qazilərini susdurmaq üçün hakim 2015-2017-ci illərdə Yasamal məhkəməsində bir yerdə işlədiyi həmkarı Elçin Qurbanova “Rəvan” sığorta şirkətinin adından xüsusi ittiham qaydasında cinayət işi də sifariş edib. Soyadını Qaraqurbanlı edən Elçin Afad oğlu da kolleqasının

sifarişi ilə qaziləri 3 aya yaxın 2 cinayət maddəsi ilə şantaj edib və. .. Bakı Apellyasiya Məhkəməsinə təyinat alıb (?).

Bizi qərəzli olmaqda suçlamaq fikrinə düşənlər yanılırlar. Nədən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri şəxsiyyət əleyhinə cinayətlər kateqoriyasına aiddir . Qazilərə qarşı “şərəf və ləyaqətin alçaldılması” ittihamı ilə şikayət edən şəxsiyyət yox, “Rəvan” sığorta şirkətidir! Ali instansiyaya, apellyasiya instansiyasına “yüksələn” hakimlər bilmir ki, ŞİRKƏTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ OLMUR? Dünənin min oyunla testdən “hakim” çıxanlarını bir yana qoyaq, axı, Elçin Qurbanov dünənədək Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında Azərbaycanın nümayəndəsi və həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun eksperti , komissiyanın büro üzvü , hətta vitse-prezidenti olub. “Özünə umac uma bilməyən, özgəsinə necə əriştə kəsə bilər? “

Biz də o fikirdəyik ki, məhkəmələrdə “işləri çevirənlər” hakim köməkçiləri, məsləhətçiləri olur. Amma bu, yüksək hakim adından çirkin məqsədlərlə yararlanılmasına (göz yumulmasına) haqq vermir. Eyni zamanda, hakim bildirişini və sonra da qərarını elektron imza ilə təsdiq edib axı! Avropada bizi təmsil edən hakim hansısa şirkətin olmayan “şərəf və ləyaqəti” ilə Qarabağ qazilərini cinayət işi ilə hədələyirsə , vay bizim halımıza, vay belə məhkəmə -hüquq sisteminə..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru