"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
Tarix: 4-01-2021, 15:40 | Çap et
 Tovuzun Çatax kəndinin sakini Faiq Səftərovun şikayəti var. Deyir, 9 ildir ki, ikinci qrup əlildir və buna görə təqaüd alır. DİA.AZ xəbər verir ki, bu il əlilliyinə görə təkrar müayinədən keçməli imiş. Buna görə Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib. Deyir, problem yenə olduğu kimidir. Ayağı inkişafdan qalıb, arıqlayıb, əvvəlki illərə baxanda daha da zəifləyib. Ancaq sənədlərinə sağaldığını yazıblar.
“Səbəb mənə “hörmətini et, get”, – deyəndə, pulum yoxdur deməyimdir. Açığı müharibə, pandemiya dövründə xərclərim çox çıxdı, pulum tükəndi. Üstəlik, həmin gün cibimdə qalan 80 manatın 70-ni yolda itirmişdim. 5 manat yol pulu saxladım. Cəmi 5 manatım qaldı, onu da verməyə utandım. Nəticəsi də budur, məni orda saatlarla gözlətdilər, axırda da real olmayan rəy verdilər”.
Faiq Səftərov deyir ki, bunu edən xəstəxananın həkimi Əntiqə Əkbərovadır:
“Məni göndərdilər onun yanına. Getdim qapısına. 20-30 nəfər gözləyirdi. Bu pandemiya dövründə bu qədər növbə yaranmışdı. Qorxa-qorxa oturub 1 saat yarım gözlədim. Sonra içəri keçdim. Bir yarım saat da orda gözlədim. Kitabçamı açdı, baxdı, dedi, “yazarıq, hörmətini et, çıx get”. İmkanım olmadığı üçün üzümə çox pis baxıb, yola saldılar. Hələ bir dedi ki, birinci gün bir də gəl. İzah etdim ki, dağ kəndində yaşayıram, yollar qar-buz. Gəliş-gediş çətin. Dinləmədi”.
Şikayətçi deyir ki, əvvəllər ildə bir dəfə müayinədən keçirmiş. Axırıncı dəfə “5 ildən sonra gəl”, – deyiblər:
“Mən Birinci Qarabağ müharibəsi iştirakçısıyam. O vaxt ayağımdan qəlpə yarası almışdım. Problemlidir ayağım. Amma üstünə düşmədim, pensiya kəsmədilər. Amma təxminən 9 il əvvəl qəlpə yarası aldığım yerdən mişar da kəsdi. Damarlarım kəsildi, ayağım fəaliyyətini yarı-yarıya itirdi. Odur ki, mənə pensiya təyin edildi. Həmin problem bu gün də həll edilməyib. Yəni ayağımda damarların çoxu kəsilib, sinirlərim bərpa olmayıb. Hələ ayağım əvvəlkindən də çox arıqlayıb, zəifdir. Bunu müayinə edən nevropatoloq da dedi. Ancaq onun deməsinə də, mənim vəziyyətimə də məhəl qoyulmadı”.
Faiq Səfərov deyir ki, sənədləri rəy verilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Bunların yazdığı rəylə görünür, pensiya təyin edilməyəcək:
“4 övladım var. Ayağımın vəziyyəti də ortadadır. Övladlarımdan ikisi xəstədir. Çətinliklə dolanan ailəyik. Mənim pensiyamı haqsız yerə niyə kəsməlidirlər? Bu, mənim uşaqlarımın çörəyini kəsmək deməkdir”.
Faiq Səftərovun şikayətçi olduğu həkim Əntiqə Əkbərova Meydan TV-yə bildirib ki, bəli, belə bir hadisə olub. Yəni, Faiq Səftərov bir neçə gün öncə təkrar müayinə üçün xəstəxanaya müraciət edib:
“Ayağını bir neçə il əvvəl mişar kəsib. Eyni zamanda, damarları kəsilib. Ona görə pensiya alıb. Sonra əməliyyat olunub və damarlar da zamanla bərpa olunub. Mənlik nəsə yoxdur. Nevropatoloq baxdı, rəy yazdı. Mən də dioqnozunu yazdım, nevropatoloqun rəyini əlavə etdim və göndərdik nazirliyə”.
Həkimin xəstədən pul istəməsinə gəlincə, Əntiqə Əkbərova deyir ki, belə bir haldan söhbət gedə bilməz:
“Hər hansı pul ummaqdan və s. söhbət gedə bilməz. Özü də camaatın içində danışmışıq. Mənə dedi ki, sənədi yaz. Mən də dedim ki, növbədə adam var. Problem etdi ki, bu dəqiqə yazmalısan, mən gözləmirəm. Axırda müdir gəldi, dedi, müayinələrdən keçməlisən. Əvvəlcə “mənə lazım deyil”, – dedi. Sonra getdi müayinələrdən keçdi. Əlillik dərəcəsinə gəlincə, onu biz yox, Bakı müəyyən edir. Burada mənlik, xəstəxanalıq nəsə yoxdur”
Faiq Səftərovun sözlərinə görə, ayağını əvvəlki kimi hərəkət etdirə bilmir, bu isə işləməyinə maneədir:
“Kəsilən yer böyükdür, hələ də bir az soyuq düşən kimi sızıldayır. İllərdir əziyyət verir, müalicə olunuram. Ancaq görünür çox da işə yaramır, çünki axır vaxtlar daha da arıqlayıb”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
| • Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu - Sahibi görün kimdir
Bu gün, 07:06 |
|
|
|
| • “Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib – Mallara həbs qoyuldu
Bu gün, 06:59 |
|
|
|
| • Bütün səlahiyyətlər sektor müdirinə verilib? - Murad Məmmədov kimdir?
Bu gün, 06:53 |
|
|
|
| • “RAHAT AUTO”-dan inanılmaz dələduzluq - Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Bu gün, 06:40 |
|
|
|
| • TTY sistemində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 06:31 |
|
|
|
| • "Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22 |
|
|
|
| • İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? - AKTUAL
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… – RƏSMİ
Bu gün, 06:16 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52 |
|
|
|
| • Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49 |
|
|
|
| • Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
| • "Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43 |
|
|
|
| • Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39 |
|
|
|
| • Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23 |
|
|
|
| • "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20 |
|
|
|
| • Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17 |
|
|
|
| • Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16 |
|
|
|
| • ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10 |
|
|
|
| • "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08 |
|
|
|
| • Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07 |
|
|
|
| • 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03 |
|
|
|
| • `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56 |
|
|
|
| • Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
| • Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21 |
|
|
|
| • 16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
| • AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13 |
|
|
|
| • Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Dünən, 17:06 |
|
|
|
| • Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Dünən, 17:04 |
|
|
|
| • Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Dünən, 16:28 |
|
|
|
| • Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Dünən, 16:20 |
|
|
|
| • Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Dünən, 16:15 |
|
|
|
| • Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Dünən, 16:02 |
|
|
|
| • İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Dünən, 15:54 |
|
|
|
| • Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Dünən, 13:21 |
|
|
|
| • Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Dünən, 13:18 |
|
|
|
| • Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Dünən, 13:15 |
|
|
|
| • Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Dünən, 13:07 |
|
|
|
| • BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Dünən, 13:03 |
|
|
|
| • Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
| • Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Dünən, 12:55 |
|
|
|
| • 20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Dünən, 12:40 |
|
|
|
| • Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Dünən, 12:36 |
|
|
|
| • Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Dünən, 12:33 |
|
|
|
| • Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Dünən, 12:31 |
|
|
|
|