Ermənistan parlamentinin sədri Alen Simonyan evlənir.
Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, siyasətçi model Anelya Qubryanla nikahlarının rəsmiləşdirilməsi üçün Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına (VVQO) müraciət edib.
Bu barədə Ermənistan parlamentinin sədri öz sosial şəbəkə hesabında məlumat paylaşıb və video yayımlayıb.
"Biz də bir ərizə təqdim etdik", deyə Alen Simonyan videoya şərh yazıb.
Qeyd edək ki, Alen Simonyan ötən il jurnalist Mariam Marqaryandan boşanıb. Cütlüyün bu nikahdan iki övladı var. 46 yaşlı parlament sədrini gələcək həyat yoldaşı isə ondan 20 yaş kiçikdir.










