Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 milyon 617,1 min dollar dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə göndərilib.
Yeniavaz.com xəbər verir ki, xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 241,6 min dollar və ya 17,6% artıb.
Belə ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycandan xarici ölkələrə 1 milyon 375,5 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Xaricdən Azərbaycana göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Əgər 2025-ci ilin ilk 5 ayında Azərbaycana xaricdən 17 milyon 55,9 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olubsa, bu ilin ilk 5 ayında bu göstərici 14 milyon 574,5 min dollar olub.










