"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                 

Şuşa Teatrının direktor müavini: - Bakıya “qastrol”umuz başa çatır
Tarix: 26-11-2020, 08:56 | Çap et
Şuşa Teatrının direktor müavini:
“Bakıya yeni gələndə, həmişə deyirdim ki, bura qastrola gəlmişik, tezliklə qayıdacağıq. Bir il keçdi, iki il keçdi, illər bir-birini əvəz etdi. Mən də o sözü yığışdırdım. İndi artıq əminliklə deyirəm ki, qastrol başa çatır və biz Şuşaya qayıdırıq”.

Məcburi köçkünlük ömrü yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov belə deyir:

“1992-ci ildən bu günə qədər Şuşa teatrı Bakıda qastroldadır. Biz Şuşaya qayıtmaq ərəfəsindəyik. Teatrın fəaliyyəti bərpa olunacaq və biz doğma Şuşamızda tamaşalar oynayacağıq. Əliboş qayıtmırıq, bu illər ərzində yaradıcılıq baxımından çox böyük uğurlarımız olub. Arzu edirəm ki, Bakıya qastrollara gələk, amma qısamüddətli”.

Şuşa Teatrının tarixi

Azərbaycan Milli Teatrının əsası 1873-cü il martın onunda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə qoyulub. Həmin vaxtdan etibarən Azərbaycanda hər il martın onunda Milli Teatr Günü kimi qeyd olunur. Azad Məmmədov deyir ki, əslində, teatrın tarixi daha qədimdir:

“1838-ci ildə Şuşada dövlət kolxoz-sovxoz teatrında dram və sirk truppaları fəaliyyət göstərib. Şuşada peşəkar teatrın bir əsr yarımlıq tarixinin olması 1948-ci ilə aid arxiv materialları, həmçinin ovaxtkı “Qafqaz” qəzetində dərc olunan məqalə ilə təsdiqlənir. Bu fakt təkcə Şuşa teatrı deyil, Azərbaycan səhnə sənəti tarixi üçün çox önəmlidir. Mənbələrdə göstərilir ki, XIX əsrin ortalarından etibarən Şuşanın mədəni həyatında xüsusi canlanma yaranıb. Axundzadə öz komediyalarını geniş şəkildə yaymaq üçün 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşaya gəlib. Bundan əlavə, Şekspirin “Otello”su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası da ilk dəfə 1916-cı il avqust ayının 17-də Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulub”.

Üzeyir bəyin vəfatı, Stepanakert (Xankəndi) Teatrının fəaliyyətə başlaması

Azad Məmmədovun sözlərindən belə məlum olur ki, Azərbaycan peşəkar teatrının yaranma tarixi 1873 deyil, 1848-ci ildən hesablanmalıdır. Şuşanın teatr tarixinin uzun illər müəmmalı şəkildə təqdim edilməsinə gəlincə, aktyor bunu Azərbaycan mədəniyyətinin, incəsənətinin saxtalaşdırılması hesab edir:

“1943-cü ildən teatr Üzeyir Hacıbəyli adına Şuşa Dövlət Musiqli Dram Teatrı olaraq faəliyyət göstərib. Həmin illərdə ermənilər dəfələrlə bu teatrın fəaliyyətsizliyi və lüzumsuzluğu barədə keçmiş Mərkəzi Komitəyə şikayət məktubları göndərsələr də, niyyətlərinə nail ola bilməyiblər. Təəssüf ki, Üzeyir bəyin vəfatından bir müddət sonra Şuşa Dövlət Musiqli Dram Teatrının fəaliyyətinə xitam verilib. Əmrdə göstərilmişdi ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti maliyyə çatışmazlığına görə dayandırılsın. Üzərindən bir ay keçəndən sonra Maksim Qorki adına Stepanakert Dram Teatrı açıldı. Əgər pul yoxuydusa, maliyyə çətinlikləri varıydısa, necə oldu, Şuşa Teatrı bağlandı, amma Stepanakertdə teatr açıldı?! Onlar Üzeyir bəyin ölümündən sonra teatrın bağlanmasına nail oldular”.

41 ildən sonra bərpa olunan teatrın 28 illik məcburi köçkünlük ömrü

1949-cu ildən sonra teatrın dövlət statusu olmasa da, yaradıcı heyət tamaşalar oynayıb, müxtəlif tədbirlərdə səhnələr təqdim edib. 1987-ci ildə xalq teatrı, 1990-cı ildə isə yenidən dövlət teatrı statusunu bərpa edib. Lakin teatrın sevinci uzun çəkməyib:

“Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin əmri ilə fəaliyyətimiz 1990-cı ilin mayında bərpa olundu. Bizə ovaxtkı Rayon Partiya Komitəsinin yanında yerləşən Mədəniyyət evinin binasını vermişdilər. Binada teatrın tələblərinə uyğun təmir-bərpa işləri aparılmışdı, avadanlıqlarla təchiz olunmuşdu. Teatr kollektivi binada müvəqqəti yerləşdirmişdi. Layihə hazırlanmışdı, Şuşada Natəvan bağındakı Yay teatrı olan ərazidə Şuşa teatrı üçün yeni bina tikiləcəkdi. Müvəqqəti fəaliyyət göstərdiyimiz Mədəniyyət Evi isə şəhərin mərkəzində yerləşirdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” tamaşalarının məşqlərinə başlamışdıq. Hətta dekorlar, əlbəsələr də hazırlanmışdı. Biz iki əsəri tamaşaya hazırladıq. Lakin “Uzun Həsən” tarixi dramı elə vaxta düşdü ki, yalnız müəyyən səhnə məşqlərini edə bildik. Geyim və səhnə dekorlarını hazırlamağa imkan olmadı. Müharibə ilə əlaqədar vəziyyət getdikcə ağırlaşırdı. Hər gün bir ölüm, yaxud nəsə bir hadisə baş verirdi. Mədənyyət Evi də şəhərin düz mərkəzində idi. İşğaldan azad olunandan sonra yayımlanan videoda Şuşada bayraq taxılan bina ovaxtkı Rayon Partiya Komitəsi yerləşdiyi binadır. Yanında da bizim Mədəniyyət Evi yerləşirdi. Qarşısında Üzeyir bəylə Bülbülün büstü qoyulmuşdu. Həmin büstlər işğaldan sonra ermənilər tərəfindən güllələnmişdi. İndi Mədəniyyət Evinin binası tamamilə sökülüb, ermənilər hazırda yerində park salıblar. O vaxtlar Rayon Partiya Komitəsinin qarşısında durumla əlaqədar mitinqlər, çıxışlar olurdu. Səs-küydən tamaşa oynamaq mümkün deyildi”.

Şuşa Teatrının rəsmi açılışı qaçqınlıq dövrünə düşüb. Teatr rəsmi açılışı Bakıda “Arşın mal alan”la edib:

“1992-ci ildə torpaqlar işğal olunandan sonra kollektivin hərəsi bir rayonda məskunlaşdı. Üzərindən qısa vaxt keçməmiş, iyul-avqust ayı idi. Teatrın direktoru Yadigar Muradov heyətə yenidən fəaliyyət göstərəcəyimiz xəbərini verdi. Bəzi aktyorlar başqa rayonlarda məskunlaşdığı üçün Bakıya gələ bilmədi. Amma əksəriyyət toplandı. 1993-cü il fevralın 13-14-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili operettası ilə rəsmi açılış etdik və o vaxtdan da fəaliyyətimiz Bakıda davam edir. 1992-2005-ci illərdə Gənc Tamaşaçılar Teatrının binasında fəaliyyət göstərmişik. 2006-cı ilin yanvarından isə “Savalan” kinoteatrının binası bizə verildi. Təmirsiz idi. 2013-cü ildə artıq oranın təmiri üçün müəyyən şərait yarandı. 2014-2018-ci illərdə bina təmir olundu. 2018-ci ildə bina tam olaraq bizim istifadəmizə verildi. 2019-cu ilin mart ayından binada fəaliyyətə başladıq. 2020-ci il martın 6-da isə binada Mirzə Fətəli Axundzadənin “Misyö Jordan və dərviş Məstəli şah” tamaşasını oynadıq. Hazırda teatrda panademiya ilə əlaqədar tamaşalar oynanılmır. Kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən asılı olmayaraq məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynayacağıq”.

Şuşa şəhəri noyabrın 8-də işğaldan azad olunub. 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal olunan şəhər dağıdılıb. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilib. Burada Azərbaycana aid bütün tarixi, mədəni, memarlıq abidələrinin və dini inanc yerlərinin dağıdıldığı deyilir.

Mədəniyyət Nazirliyi bir müddət öncə Şuşada bərpa olunacaq mədəniyyət obyektlərinin sayını açıqlayıb. Həmin siyahıda Şuşada yeganə teatr olan Dövlət Musiqili Dram Teatrının da adı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Dünən, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Dünən, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Dünən, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru