"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                 

“İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb
Tarix: 28-07-2020, 15:31 | Çap et
“İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da
Hakimiyyət kulislərində adı ən çox hallandırılan diplomatlardan biri də İspaniyadakı Fövqəladə və Səlahiyyətli səfirimiz Anar Məhərrəmovdur. Bu o adamdır ki, atası Abel Məhərrəmov vaxtilə Bakı Dövlət Universitetinin rektoru və Milli Məclisin deputatı işləyirdi.

“İşləyirdi” kəlməsini sözgəlişi yazmırıq. Azərbaycanda kimlərin necə deputat “seçilməsi” vaxtilə cibində mandat daşıyan Gülər Əhmədovanın yayılan səsyazısından məlum olmuşdu. Xatırlayırsınızsa, 2013-cü ildə Gülər Əhmədovanın fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə danışıqlarının video görünütüsü yayılmış və həmin söhbətdə sabiq “millət vəkili” deputat mandatlarının PA rəhbəri Ramiz Mehdiyev tərəfindən hərraca çıxarıldığını açıq şəkildə etiraf etmişdi. “Satılıq mandatlar”dan birini də alıb cibinə qoyan bizim haqqında danışdığımız Abel Məhərrəmov idi. O həm də Azərbaycanın ən böyük və qədim ali təhsil ocağı olan BDU-ya rəhbərlik edirdi. Abel Məhərrəmovun zamanında bu təhsil ocağının əsl rüşvət məkanına çevrilməsi heç kimə sirr deyil.

Sabiq rektorun oğlu Anar da çox keşməkeşli bir zamanda indiki vəzifəsinə təyin olunmuşdu. 2016-cı ilin aprelində Azərbaycan ordusu tarixə “4 günlük” müharibə kimi düşən döyüşlər aparır, ölkənin bir sıra iri məmurları gənclərə vətənpərvərlik dərsi keçirdilər. Onların önündə isə Abel Məhərrəmov gedirdi. Səhv etmirəmsə, aprelin 2-də və ya 3-də Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb hər kəsi vətən uğrunda döyüşlərə səsləmişdi. Hər kəs bu istiqamətdə ilk addımı çıxışçılardan gözlədiyi halda, ertəsi gün Abel Məhərrəmovun oğlunun İspaniyaya səfir təyin olması barədə sərəncam çıxdı. Öz oğlunu Avropa ölkələrindən birinə səfir göndərən bir atanın hansısa kasıbın övladını cəhbədə görmək istəməsi haqlı olaraq ictimai rəydə xoş qarşılanmamışdı. Üstəlik, boğazdan yuxarı nitqlər söyləyən bu ata Qərbi Azərbaycanda dünyaya göz açmış, dolayısıyla digər vətəndaşlarımızdan daha çox erməni şilləsini dadmışdı. İndisə başqasının övladını cəbhəyə, öz oğlunu isə xaricə səfir göndərirdi.

Üzərindən iki il keçəndən sonra isə İspaniyadan Abel Məhərrəmovun qalmaqallı sədaları gəlməyə başlamışdı. Media qurumları məlumat verirdilər ki, Abel Məhərrəmov oğlunun səfirlik etdiyi İspaniyaya dinlərarası dialoqla bağlı keçirilən konfransa yollanır. Həm də tək yox, Qafqaz Müsəlmanları Şeyxülislamı Allahşükür Paşazadə də onunla bir yerdə uçurmuş. Yəni Azərbaycan müsəlmanlarını təmsil edənlərdən biri də şeyxülislan, digəri Abel Məhərrəmov olacadı. İspanlar da bu heyətə baxıb Azərbaycanın möminliyə görə ikinci şəxsi və dost-düşmən arasına çıxarılmağa layiq dindarı kimi sabiq rektoru görəcəkdilər.

Di gəl ki, Azərbaycanın birinci və ikinci dərəcəli möminlərinin İspaniyaya səfərinin həm başlanğıcında, həm sonunda, həm də ortasında elə ciddi insidentlər baş vermişdi ki, bunu nə İslamın, nə də diplomatiyanın adına yaraşdırmaq mümkündü. Gəlin, 2018-ci ildə ölkənin bir sıra media qurumlarında dərc olunan həmin məlumatlara yenidən nəzər salaq.

"Yeni Müsavat” qəzeti yazırdı ki, İspaniyaya Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerinə əyləşdikdən sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib: “Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib”.

Sual edə bilərsiniz: Ölkəmizin 2 nömrəli dindarına aid olan 2 tonluq yük nə olsa yaxşıdır?

“Yeni Müsavat” bu suala da aydınlıq gətirərək yazır:

“Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı”.

Daha sonra Abel Məhərrəmovun 20 ildən bəri oturduğu kreslodan qovulması bu məlumatı təsdiqlədi. Hakimiyyət kulislərində gəzən söz-söhbətlərə görə, diplomatik toxunulmazlığından öz şəxsi biznesini gücləndirmək üçün istifadə edən Anar Məhərrəmovun qələmi də əslində 2018-ci ildə baş verən bu hadisə zamanı qırılıb. Rəsmi Bakı sadəcə Azərbaycanın adına ləkə gətirən bu biabırçılığı ört-basdır etmək, daha çox söz-söhbətə yol açmamaq üçün indiyədək “ispan şərabı” diplomatına toxunmayıb. Səfir isə hələ də öz biznesini, özü də eyni qaydada davam etdirir. Dəfələrlə təkrarlanan bu cür xoşagəlməz hadisələr artıq hakimiyyəti bezdirib və “ispan şərabı diplomatının” səlahiyyət müddəti tamamlanmadan geri çağırılması gözlənilir.

Əliheydər Babazadə,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru