İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                 

"Bundan sonra da mənim kimi nə qədər müəllim əziyyət çəkəcək?.." - Təhsil naziri Ceyhun Bayramova AÇIQ MƏKTUB
Tarix: 31-10-2019, 15:15 | Çap et
"Bundan sonra da mənim kimi nə qədər müəllim əziyyət çəkəcək?.."
Hörmətli nazir!

Bu mənim Sizə üçüncü müraciətimdir.Həmin müraciətlərin ikisini Sizə səxsi məktub səklində ünvanladım. Mənə verilən cavabın başdansovdu olduğunu görüb, müraciətimi ictimailəşdirməyi qərara aldım. Mənim müraciətim təkcə şəxsi fəaliyyətimlə yox, mənim kimi öz ömrünü Azərbaycan təhsilinin inkişafına sərf edən, müəyyən titullara sahib olan bütün müəllimlər adındandır!

Əvvəlki məktublarımda qeyd etdiyim kimi, 45 illik pedaqoji iş stajım və 65 yaşım bu il iyul ayının 7-də tamam olub.

Məzuniyyətimiz bitdiyi üçün 28 avqustda işlədiyim Sabunçu rayonundakı 142 saylı tam orta məktəbə getdim. Lakin məktəbimizin direktoru mənə səmimi şəkildə bildirdi ki, 65 yaşınız tamam olduğundan, sizinlə bağlanan daimi müqaviləyə bu gündən xitam vermişəm və Siz filologiya üzrə elmlər doktoru olduğunuz üçün sentyabrın 15-dən yenidən işə başlaycaqsınız. Bunu nazirliyin qoyduğu qanuna uyğun olduğunu vurğuladı.

Bunu nəzərə alıb mən iki məsələni Sizin diqqətinizə çatdırmaq istədim:

1-ci məsələ. Mən bilirəm ki, Əmək Qanunları məcəlləsinin 70 E maddəsində buna bənzər bir göstəriş var, ancaq 65,66,67-ci maddələrdə də işçinin razılığı olmadan işçinin fəaliyyətinə xitam verilməsi qeyri-qanunidir və onu bu qaydada işdən azad etmək yolverilməzdir.

Dərsə başladığımız gün direktor mənimlə bağlanan daimi müqaviləyə xitam verib, yəni məni işdən azad edib. Sabahısı gün isə məktəbə dəvət edib, sinif rəhbəri kimi rəhbərlik etdiyim sinfin şagirdlərinə çatacaq dərslikləri kitabxanadan təhvil götürüb, şagirdlərə paylamağı tapşırır.

Mən müvəqqəti olsa da, işdən azad olunduğumu, məktəbə gəlib məsul səxs kimi həmin dərslikləri öz adıma yazdırıb şagirdlərə paylamağa ixtiyarım olmadığını söylədikdə, direktor qanunun bu cür tələb etdiyini və şagirdlərə çatacaq dərsliklərin sentyabrın altısına qədər onlara çatdırılmasına cavabdeh olduğumu bildirdi.

Hörmətli nazir!

Əgər mən bu işləri görəcəyəmsə, onda mən nə üçün işdən azad edilib, aylıq məvacibimdən məhrum oluram?! Yox, bu işləri görürəmsə, onda mənə, eyni zamanda mənim kimi müəllimlərə işlədiyimiz həmin müddət üçün əməkhaqqı niyə verilmir?!

Əgər qanun belə yazılıbsa, məsələ qaldırıb qanundakı yanlışlığa düzəliş vermək lazımdır. Qanunlarda olan bu cür yanlışlıqlara diqqət göstərib düzəlişlər aparılmasa, elə bilirəm ki, bundan sonra da mənim kimi nə qədər müəllim əziyyət çəkəcəkd və hüquqları pozulacaqdır.

Onda mən və mənim kimi müəllimlər avqustun sonundan sentyabrın 15-nə qədər məktəbdə olmasa, dərs bölgüsü, ona verilən saatların miqdarı, hansı siniflərdə dərs deyəcəyi ilə bağlı necə məlumat əldə etməlidir?!!

Müəllim dərsə başlayana qədər onun proqramı hazır olmalı və məktəb rəhbərliyi tərəfindən təsdiq olunmalıdır. Əgər belədirsə, müəllim nə etməlidir?!!

Mənimlə, eləcə də mənim kimi müəllimlərlə müqavilənin sentyabrın 15-də bağlanması, hardasa, müəllimin, uzaqbaşı bir aylıq məvacibindən (hələ bundan da az) məhrum olması deməkdir.

Dövlətimizin, eyni zamanda Prezidentimizin müəllimlərin aylıq əmək haqqının sentyabrın 1-dən artırılması ilə baglı imzaladığı fərman hər kəsə bəllidir.

10 minlərlə hesablanan müəllim ordusunun əmək haqqını bu qədər artırmağa qadir olan bir dövlətin 100-150 nəfər müəllimə ildə bir dəfə bir aylıq əmək haqqı ödəməyə gücü çatmırmı?!!

2-ci məsələ.Mən əvvəlki məktublarda qeyd etdiyim kimi, 20-dən artıq kitabın müəllifiyəm. Bunlardan doqquzu tədris etdiyim Azərbaycan dilinin dünəni, bu günü, ümumiyyətlə Azərbaycan dili dərsliklərinin tədrisi ilə bağlıdır. Və həmin dərsliklərin tarixi ilə bağlı yazıb nəsr etdirdiyim kitabların adlarını qeyd etməyi özümə borc bilirəm ki, Sizlər, o cümlədən, bu sahə ilə bağlı olan vəzifəli şəxslər də tanış olsunlar.

Orta məktəbin “Azərbaycan dili”dərsliklərində dilçilik məsələləri.Bakı,1990, (118 səh.)

Orta məktəbin “Azərbaycan dili” dərsliklərində cümlə və cümlə üzvləri.Bakı 2001,(100 səh.)

Orta məktəbin “Azərbaycan dili” dərslikləri. Bakı,2003 (98səh.)

Azərbaycan dili morfologiyasının tədqiqi tarixi (XX əsr) monoqrafiya. Bakı,2011 (203 səh.)

Azərbaycan dili qrammatikasının bəzi problemləri (1945-1995-ci illər). Bakı, 2014 (220 səh.)

Aktualnıe problemi v morfoloqii Azerbaydjanskoqo yazıka . Lambert Akademik publishinq LAP Qermaniya, saarbriysken. 2014, (73 səh.)

XX əsrin Azərbaycan dili dərslikləri (Morfologiya) .Bakı,2015,(116 səh.)

Müasir Azərbaycan dili; morfologiya-isim.Bakı,2017 (144 səh.)

Sərdar Zeynal (həmmüəlliflə birlikdə)Tivi şivəsinin izahlı lüğəti. Bakı, 2019,(150 səh.)

Adlarını yuxarıda qeyd etdiyim bu kitablar və kitablarda həllinə çalışdığım məsələlərin bir çoxu dövrümüzün görkəmli dilçiləri tərəfindən təqdir və təsdiq edilmişdir. Məsələn, 1999-cu ildə nəşr olunan “Orta məktəbin “Azərbaycan dili” dərsliklərində dilçilik məsələləri” kitabıma görkəmli şəxsiyyət, əvəzedilməz dilçi-türkoloq akademik Tofiq Hacıyev belə qiymət vermişdir: “Orta məktəb dərsliklərində deyilir ki, “söz cümlələr ədat və nidalardan ibarətdir.Z.Sərdar deyir: “Axı, morfologiyada şagirdə başa salmışıq ki, bunların leksik mənası yoxdur və suala cavab vermir. Axı cümlə üzvü suala cavab verməlidir

Necə deyir- əlbətdə düz deyir...

Belə nümunələr əsər boyu mövcuddur.Bu təkliflərin hətta 15-20 faizi doğrudursa, bu bizim milli tədrisimiz üçün fövqəladə xidmətdir. Halbuki mən bu faizin daha yüksək olduğu fikrindəyəm.” “Respublika” qəzeti, 21 dekabr 1999-cu il)

Yaxud, akademik kitablarımdan digəri haqqında yazır “Sərdar şairdir, bu dilə yiyəlik etməkdə o dilçilərdən çox ixtiyar sahibidir. Bu dilin yiyəsi ana dili dərsliyinin dilini təhlil etməkdə, kitab müəllifi dilçilərlə mübahisəyə girişməkdə hər kəsdən daha çox ixtiyarlidir”.

Akademik Nizami Cəfərov nəşr olunan digər bir kitabıma belə qiymət verir: “Sərdar Zeynalovun “Azərbaycan dili dərsliklərində elmi dilçilik fikrinin inkişafı (1910-2000-ci illər) ” mövzusundakı dissertasiya işi ciddi elmi-tədqiqat əsəridir. Sərdar müəllimin bütün qeydləri doğrudur”.

Kitab və məqalələrimlə tanış olan filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi Qəzənfər Kazımov isə həmin yazılara fikrini belə bildirir:”Sərdar həm poeziya aləmində, həm də dilçilik sahəsində xeyli iş görmüş, ölkəmizdə elmin, mədəniyyətin, təhsilin inkişafına böyük əmək sərf etmişdir... Sərdar Zeynalda bizim 20-30-cu illərin hərtərəfli ziyalılarına məxsus keyfiyyətlər var”.

Kitablarım haqqında söylənilən bu fikirləri bildirməyimi özünə vurğunluq kimi qəbul etməyin. Yazıram ki, Azərbaycan təhsilindəki bundan sonrakı fəaliyyətimin nə dərəcədə əhəmiyyətli və gərəkli olacağı diqqətə alınsn.

Mən bundan sonra yaşayacağım, təqribən, 10 ilin müddətində hər ildə bir ay maaş alsam, o pul mənim kitablara çəkdiyim xərcin heç on faizini də ödəyə bilməz. Mən bunların hamısını ailə büdcəmin hesabına, dilimə, xalqıma olan tükənməz sevgimin hesabına yerinə yetirmişəm və bu işdə heç vaxt nəyinsə təmənnasında da olmamışam.

Ancaq kimliyindən və hansı peşə sahibi olmasından asılı olmayaraq insanın fəaliyyətinə qiymət verməyəndə, üzdə büruzə verməsə də , inciyir, küsür.

Sizə çatdırmaq istədiyim ikinci məsələ də elə işçinin işinin qiymətləndirilməsi ilə bağlıdır.

Sizin məktəblərə göndərilən əmrinizə əsasən, müəllimlərin əməyinin qiymətləndirilməsi, onlara xüsusi fəxri adların ( o cümlədən,Əməkdar müəllim və.s) verilməsi məktəb direktorlarınin təqdimatı əsasında həyata keçirilir və belə olan halda qiymətləndirilmələr şəxsi münasibətlər əsasında formalaşır. Nazirliyə müraciət edəndə bu cür qiymətləndirmənin müəllimin işlədiyi müəssisənin rəhbərliyinin təqdimatından, məktəb rəhbərliyinə müraciət etdikdə isə işin nazirliyin göstərişindən asılı olduğu bildirilir.

Obyektivliyin həyata keçirilməsi üçün nazirliyin son illərdə həyata keçirdiyi işlər təqdirəlayiqdir və bunu qeyd etməmək qeyri mümkündür.

Belə olan halda hər bir müəllimin kimliyinin, hansı uğurlara sahib olduğunu indiki kompyuter əsrində direktorun təqdimatı olmadan öyrənib qiymətləndirmək bu qədərmi çətindir?!!

İnsanın subyektiv münasibəti amilinin bir cox sahələrdə aradan qaldırıldığı bir dövrdə müəllimlərin əməyinin şəxsi münasibətlər əsasında qiymətləndirilməsinə necə yanaşmaq olar?

Sərdar Zeynal,

Bakı şəhəri Sabunçu rayonundakı Telman İsgəndərov adına 142 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə elmlər doktoru.
//hurriyyet.org//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru