Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                 

“Kim Səfər Əbiyevlə yaxın olubsa...” - İstefada olan polkovnikdən SƏRT İTTİHAMLAR
Tarix: 31-10-2019, 15:02 | Çap et
“Kim Səfər Əbiyevlə yaxın olubsa...”
Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ilin yanvar ayının 6-a qədər xidmət edən istefada olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu bildirir.

Bu barədə Yenicag.az-a ətraflı məlumat verən Rövşən Məhərrəmovun sözlərinə görə, 2013-cü ilin oktyabr-noyabr aylarında müalicədə olub və bu dönəmdə onun dərəcəsi qeyri-qanuni olaraq, aşağı salınıb:

“Sizə təqdim etdiyim arayşda da görürsünz ki, xəstəliyimlə əlaqədar ordu sıralarından tərxis edilmişəm. Hərbi Hava Qüvvələrində xidmət edən vaxt səhhətimdəki problemlərlə əlaqədar xəstəxanada müalicə olunurdum. Hərbi Hava Qüvvələrinin rəhbərliyi ötənilki ustalıq dərəcəmi təsdiq etmək üçün Müdafə Nazirliyinə göndərmişdi. Ancaq mənə məlum olmayan səbəbdən, dərəcəmi təsdiq etməmişdilər. Onun əvəzində mənə birinci dərəcə vermişdilər. Bu isə mənim üçün maliyyə itkisi deməkdir.

Verdikləri bu qərar qeyri-qanunidir. İki ay bundan öncə prezident İlham Əliyevə müraciət etmişdim. Məsələnin araşdırılması üçün iş Müdafə Nazirliyinin rəhbərliyinə göndərilib. Təbii ki, onlar da mənim işimə baxmayıblar. Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldım. Orada mənə məktub yazıb verdilər ki, sizin məsələ Müdafə Nazirliyində həll olunmaqdadır. Məsələ ondadır ki, Müdafiə Nazirliyi mənim nə ustalıq dərəcəmi verir, nə də mənzil məsələmi həll edir. Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə müraciət etmişəm, mənə on beş gün müddətində rəsmi cavab verilməli olduğu halda, hələ də cavab ala bilmirəm. Cavab verə bilməyəcəklər, çünki qanunsuz iş görüblər.

Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi keçmiş nazir Səfər Əbiyevin zamanında yüksək vəzifə tutmuş şəxsləri “qara siyahı”ya salıblar. Bəziləri mənim bu çıxışımı başqa yönə çəkməyə çalışacaqlar. Ancaq mən dövlətçiliyə qarşı yox, haqsızlığa qaşrı çıxıram. Ölkə rəhbərliyi orduda baş verən bu qanunsuz halları görməli və bunun aradan qaldırılmasına çalışmalıdır. Vaxtilə Səfər Əbiyevə kim yaxın olubsa, hamısının haqqı pozulub, onların hüquqları tapdalanıb. Dəfələrlə məni Nazirliyə çağırıblar, söhbət ediblər, hamısında da deyiblər, sən haqlısan, ancaq rəhbərlik icazə vermir. Başa düşmürəm, mən Zakir Həsənovla Nəcməddin Sadıkova nə etmişəm?

Necə ola bilər ki, 1995-ci ildə ordu sıralarından tərxis olunmuş bir generala 2014-cü ilin avqust ayında Azərbaycan Respublikası Müdafə Nazirliyinin maliyyə və büdcə idarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat göndərilir? Həmin məlumat vərəqəsində o general ehtiyata buraxılana qədər guya Usta məharət dərəcəsinə vəzifə maaşının 35% miqdarında, təmsilçiliyə görə 20 faiz, məxfiliyi qorumağa görə isə 20 faiz miqdarında əlavələr olunması göstərilmişdi. Məlumat vərəqəsi göndərildikdən sonra həmin şəxsin aylıq pensiyası 1 300 manatdan çox olub. Bütün bunlar Müdafiə Nazirliyi rəhbərliyinin qanunsuz göstərişləri əsasında baş tutub. Belə ki, hərbi qulluqçuların pensiyası onların ehtiyata buraxılarkən aylıq pul təminatları əsas göstərilməklə, müəyyən olunur. Bu qayda 1995-ci ildə olub. Vəzifə maaşı, rütbə maaşı, məharət dərəcəsinə görə əlavə, xidmət illərinə görə əlavə, məxfiliyin qorunmasına görə əlavə olunan məbləğlər tərxis olunan zaman göstərilir. Yəni bu qaydanın əvvəlki illərə şamil olunması qeyri-qanunidir.

Ancaq 2104-cü ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş yeni məlumat vərəqəsində göstərilmiş əlavələri – Usta məharət dərəcəsinə görə, təmsilçiliyə görə və məxfiliyin qorunmasına görə əlavələri almamışdır. Ala da bilməzdi. Çünki məhərat dərəcəsinə görə əlavənin verilməsini nəzərdə tutan Əsasnamə yalnız 2001-ci ildən tətbiq olunmağa başlamışdı. Həmin generalın ehtiyata buraxılmasından düz 6 il sonra bu qərar qüvvəyə minib. Müdafiə Nazirliyinin bu qanunsuz əməli nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.

Məsələ ondadır ki, qərardan 6 il əvvəlki müddətin də pulu həmin generala ödənilib. O general 1995-ci ildən 2014-cü ilə qədər hesablatdığı vəsaiti məhkəmə yolu ilə alıb və indi də almaqda davam edir. Bu isə təxmini hesablamalara görə, 100 min manatdan çox vəsait deməkdir. Saxtalaşdırılmış məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fonduna maliyyə və büdcə idarəsi ancaq Müdafiə Nazirliyi rəhbərliyinin göstərişindən sonra göndərə bilərdi. Bu qanunsuzluğun aradan qaldırılması üçün Hərbi prokuror Xanlar Vəliyevə müraciət edirəm”.

Rövşən Məhərrəmov mənzil təminatı məsələsi haqqında isə bunları deyib:

“Məni çağırdılar. Müdafiə nazirinin müavini Kərim Vəliyevlə söhbət etdim. Sonra isə məni Hüquq idarəsinin keçmiş rəisi Rauf Kişiyev qəbul etdi. Mənə bildirildi ki, həm ev, həm də məharət dərəcəsini almaq üçün ərizə yaz. Orada açıq dedilər ki, sənin məharət dərəcəni qanunsuz olaraq, azaldıblar. Mənzil-istismar idarəsinə getdim. Orada müəyyən sənədləşmə işləri aparıldı. Məndən sonra müraciət edənlərin hamısının sənədi maliyyə idarəsindədir. Daha sonra göndərdilər Səfərbərlik idarəsinə, hansı ki, yaşayış komisiyasının sədridir. Orada isə məlum oldu ki, adım siyahıda yoxdur. Müdafiə Nazirliyi günü bu gün də mənimlə prinsip aparır. Baxmayaraq ki, özləri istədikləri adama hər şeyi verirlər”.

Rövşən Məhərrəmov bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi istəsə, ehtiyatda olan zabitlərin hamısını mənzillə təmin edə bilər:

“Şüşəli bazar”ın arxasında ləğv edilmiş hərbi hissənin ərazisindəki yeri vəzifədən sui-istifadə edərək bazar qiymətindən dəfələrlə ucuz qiymətə özəlləşdirdilər və orada villa tikdirdilər. Necə ola bilər ki, o ərazi zəbt olunur, orada villa tikilir, ancaq zabitlərin çoxu evsiz, eşiksiz qalıb? Deyirlər ki, o ərazini prezident İlham Əliyev onlara verib. Prezident İlham Əliyev deməyib ki, gedin adama hektar yarım yer zəbt edin… Hansı ki, oranın bazar qiyməti 350-400 min manatdır. O 3 hektar yer satılısa idi, yüzlərlə zabiti evlə təmin etmək olardı. Necə ola bilər ki, həmin ərazidəki 3 mərtəbəli köhnə kazarma “qəzalı vəziyyətdədir” deyərək, özəlləşdirlib, daha sonra isə əsaslı təmir edilərək, özlərinə yaxın zabitlərə verilib? Evsiz-eşiksiz zabitlər qalıblar kənarda, ancaq özlərinin qohumlarına, tanışlarına ev paylayırlar. Niyə görə belə olmalıdır”?

Üzləşdiyi vəziyyətlə bağlı ölkə rəhbərliyinə müraciət hazırlayan ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov ona qarşı edilən qanunsuzluqların aradan qaldırılmasını xahiş edir:

“Ölkə rəhbərliyinə müraciətlərimi davam etdirəcəm. Ümid edirəm ki, müraciətlərimə nəhayət, müsbət cavab veriləcək. Əgər cavab verilməsə, eyni problemlə üzləşmiş 20-dən çox zabitin iştirakı ilə Zakir Həsənov və Nəcməddin Sadıkovun “Şüşəli bazar”ın arxasındakı ərazidə yerləşən villalarının qarşısında aksiyalara başlayacağıq. Araşdırılsın görək, o ərazi hansı pulla alınıb, o villalar hansı pulla tikilib?”

Rövşən Məhərrəmovun qeyd olunan ittihamlarına lakonik münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Yenicag.az-a açıqlamasında istefada olan polkovnikin iddialarının əsassız olduğunu deyib:

“Əslində, o şəxsin bir neçə mənzili var. Onun ustalıq dərəcəsi ilə bağlı şikayətləri əgər təmin olunmayıbsa, deməli, sənədlərində problem var. Bu barədə başqa bir söz deyə bilmərəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru