Cavid Qurbanov bu faktdan xəbər tutsa... - Cocuq Mərcanlının ilk şəhidinin anasını işdən azad edirlər
Tarix: 15-03-2017, 11:33 | Çap et
 DİA.AZ: - Azərbaycan Ordusunun ötən il aprel ayında ermənilərə divan tutması, 23 ildən artıq müddətdə işğal altında saxladıqları ərazilərimizidən qovub çıxarmaları tariximizə şanlı qələbə kimi həkk oldu. Artıq işğalçı Ermənistan dövlətinə bəlli oldu ki, daha Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcəklər.
Silahlı Qüvvələrimizin bu qəhrəmanlığından-aprel qələbəsindən sonra 1994-cü ildən işğaldan azad edilmiş, lakin bu günə qədər yaşamağın təhlükəli olduğu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə artıq qayıdışın əsası qoyuldu. Ölkə Prezidentinin sərəncamı ilə Cocuq Mərcanlıda hər cür şəraiti olan evlər, məktəb, uşaq bağçası və mədəni obyektlər tikiləcək. Hazırda tikinti işlərinə start verilib və bu kəndə yol çəkilir. Nəzərdə tutulub ki, 1994-cü ildə bu kəndi düşməndən azad edərkən böyük mərdlik göstərərək şəhid olmuş 6 kəşfiyyatçıya xatirə kompleksi də qoyulsun. Həmin şəhidlərdən-Cocuq Mərcanlının ilk şəhidlərindən biri də Rzayev Faiq Hüseynağa oğludur. İki il əvvəl Faiq Rzayev Azərbaycan Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid Faiq Rzayevin adını daşıyır. Məktəbin qarşısında isə şəhidin büstü qoyulub.
DİA.AZ bildirir ki, martın 21-i Faiq Rzayevin şəhid olan günüdür. Həmin gün 150 nömrəli məktəbin şagirdləri Faiq Rzayevin məzarı önünə gedərək gül-çiçək dəstələri düzür, Faiq kimi Vətən yolunda canlarını qurban verməyə hazır olduqlarını bildirirlər. Bu il məktəblilər Cocuq Mərcanlı kəndinə gedib Faiq Rzayevin şəhid olduğu ərazini ziyarət etməyi də planlaşdırmışdılar. Ancaq, deyəsən, bütün bunlar baş tutmayacaq. Çünki Faiq Rzayevin şəhid olduğu gün ərəfəsində onun anası Ruxsarə Məmmədova 1988-ci ildən xəzinədar işlədiyi Bakı Dəmir yol vağzalında işdən azad edilməsi haqqında xəbərdarlıq alıb. Ona bir həftə vaxt verilib. Səbəbi isə şəhid anasının 60 yaşının tamam olmasıdır.
Təəccüblüsü də odur ki, şəhid anasına “pensiya yaşın çatdığına görə işdən azad olunursan” –deyən Bakı Sərnişin Vağzalının rəisi 71 yaşlı İlyaz Məmmədovdur. Rəis özü fikirləşmir ki, onun 71 yaşı var, ancaq hələ də tutduğu vəzifəsində qalır. Ancaq şəhid anasını, oğlu Vətən yoolunda canını qurban vermiş ananı isə 60 yaşı tamam olduğuna görə işdən azad edir. Halbuki, Azərbaycanda bütün sahələrdə hər bir kəsin 65 yaşına qədər işləmək hüququ var. Görünür vağzal rəisi Azərbaycan qanunlarından bixəbərdir.
Yəni, doğurdanmı bəzi məmurlar bu qədər laqeyd olublar ki, oğlunun şəhid olduğu gün onun anasını işdən azad edirlər? Axı, Azərbaycanda həmişə şəhidlərə böyük hörmət və ehtiram göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəhidlərimizə, Qarabağ veteranlarına, əlillərə diqqət və qayğı göstərir. Bəs nədən bu diqqət və qayğı Bakı Sərnişin Vağzalında özünü büruzə vermədi? Əksinə, şəhid anasına qarşə daha aqressiv münasibət göstərilib. Çünki bu vaxta qədər Bakı Sərnişin Vağzalının rəhbərliyi heç vaxt şəhid anasına qayğı göstərməyib. Yəni doğurdanmı belə rəhbərləri qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması maraqlandırmır? Axı Ruxsarə Məmmədovanın oğlu bu yolda canını qurban verib. Şəhid anasına qarşı belə hörmətsizlik və laqeyd münasibət digər gənclərə necə təsir edək?
Ümid edirik ki, Azərbaycan Dəmir Yol İdarəsinin rəisi, Milli Məclisin deputatı hörmətli Cavid Qurbanov həmişə olduğu kimi, bu dəfə də böyük humanistlik göstərəcək, Bakı Sərnişin Vağzalının rəhbərliyinin şəhid anasına qarşı hörmətsizliyini aradan qaldıracaq.
Arif Məmmədov, hərbçi jurnalist - DİA.AZ-dan
Redaksiyadan: diaaz.space olaraq ümid edirik ki, hörmətli Cavid Qurbanov cənabları bu olaya gərəkən reaksiyanı verəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35 |
|
|
|
|