“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ukrayna İran dronlarının çəmini tapdı .....                     Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                 

FƏZAİL AĞAMALI YENƏ MÜTƏLLİBOVA QARŞI
Tarix: 21-10-2011, 13:57 | Çap et
FƏZAİL AĞAMALI YENƏ MÜTƏLLİBOVA QARŞI

“BU, AZƏRBAYCANI GÜLÜNC VƏZİYYƏTƏ QOYA BİLƏR”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının müsahibəsi

-Fəzail müəllim, Ana Vətən Partiyası bələdiyyələrə boş qalmış seçkilərdə iştirak etmək niyyətindədirmi?
-Yəqin ki, Ana Vətən Partiyası olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Artıq bununla bağlı yerlərdən təkliflər gəlir. Partiyanın mərkəzi aparatına daxil olan təkliflər ümumiləşdirilir, konkretləşdirilir. Arzu edən partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakını məqbul hesab edəcəyik və imkan daxilində onların seçkilərdə qalib gəlməsinə kömək göstərəcəyik. Dekabr ayında isə partiyanın Ali Məclisinin iclasının keçirilməsi nəzərdə tutulub. Ali Məclisin iclasında 2011-ci ildəki fəaliyətimizin yekunları və qarşıdan gələn 2012-ci ildəki fəaliyyətimizin istiqamətləri haqqında müzakirələr aparacağıq. Həmçinin təşkilatlanma işlərini gücləndirmək niyyətindəyik. Bununla bağlı partiyanın təşkilat şöbəsi artıq konkret plana malikdir. Çox güman ki, bu məsələlər də noyabrın sonuna qədər tam yekunlaşacaq və dekabrda Ali Məclisdə müzakirə ediləcək ən mühüm məsələlərdən biri də partiyanın təşkilatlanma məsələsi olacaq.

-Ali Məclisin toplantısında 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ də müzakirə edilə bilərmi?
-Xeyr! Bu barədə danışmaq hələlik çox tezdir. Prezident seçkilərinə 2 ilə yaxın bir vaxt qalıb. Ona görə də düşünürəm ki, Ali Məclisdə bu məsələnin müzakirəsinə ehtiyac olmayacaq.

-Ümumilikdə hazırda ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Bir sıra siyasi dairələr hakimiyyətin dəyişiklik ərəfəsində olduğu barədə cəmiyyətə mesajlar ünvanlayırlar.
-Bu cür mesajlar, fikirlər, bəyanatlar artıq illərdir ki, gündəliyə gətirilir, lakin onların düşündükləri hakimiyyət dəyişikliyi həyata keçmir. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna rəğbətini, inamını ifadə edərək həm parlament, həm də prezident seçkilərində bu siyasi kursa xidmət edən, sədaqət göstərən, həmin siyasi kursun daşıyıcıları olan insanlara etimad göstərir. Ona görə də müxalifətin ayrı-ayrı qanadlarının bu cür əsası olmayan, sadəcə söz və mesajdan başqa bir yükü özündə daşımayan fikirləri cəmiyyət, hətta siyasətlə məşğul olmayan statistik Azərbaycan vətəndaşı tərəfindən ciddi qəbul olunmur. Azərbaycanın radikal müxalifətinin gücü hər kəsə bəllidir. Onlar faktiki olaraq ölkənin bütün regionları, inzibati ərazisini əhatə etməyən, bir neçə nəfərdən ibarət olan təşkilatlardır və artıq ofis partiyaları səviyyəsinə düşüblər. Onların vermiş olduğu bəyanatlar da ciddi siyasi yükə malik deyil.

-Radikal müxalifət dediyiniz qanad 2013-cü ilin prezident seçkilərinə vahid namizəd müəyyənləşdirmək üçün hərəkətə keçib. Sizcə, müxalifətin müəyyən edəcəyi vahid namizəd hakimiyyətin namizədinə ciddi alternativ ola biləcəkmi?
-Mən bu qənaətdəyəm ki, müxalifətin radikal qanadı bir daha vahid namizəd məsələsini həll edə bilməyəcək. Çünki həmin qanada daxil olan partiyaların maraqları, iddiaları, baxışları toqquşur. Həmçinin digər səbəblər də var. Əgər 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək haqqında ölkə prezidenti İlham Əliyev qərar verərsə və eyni zamanda radikal müxalifət vahid namizəd məsələsini həll edə bilsə belə onların namizədi cənab prezident üçün hansısa bir problem yaratmayacaq. Çünki İlham Əliyev bu gün Azərbaycanda çox ciddi və böyük reytinqə malik olan siyasətçi və dövlət xadimidir. İlham Əliyevlə rəqabətə girib onunla mübarizədən kiminsə qalib gəlməsini birmənalı şəkildə görmürəm. Ona görə də bu məsələ ətrafında indidən müxalifət qütbündə açılan müzakirənin belə perspektivinə nikbin yanaşmıram və tamamilə əminəm ki, 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətin istər bir, istərsə də bir neçə namizədi məğlubiyyətə uğrayacaq. Çünki onların cəmiyyətdə nüfuzu, sosial dayaqları yoxdur.

-“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər payız sessiyasında mümkün olacaq?
-Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalar nikbinlik yaradır. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəsi gözlənilir.

-“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə bağlı sizin fikirləriniz bir qədər fərqlidir və hesab edirsiniz ki, bu statusun Ayaz Mütəllibova da şamil edilmısi doğru olmaz. Fikirlərinizi nəylə əsaslandırırısınız?
-Mən reallığa, Azərbaycanın qanunvericilıiyinə, eləcə də dünya praktikasına söykənərək qeyd edirəm ki, müstəqillik qazanmış ölkədə kim prezident seçilirsə həmin qanun ona şamil edilə bilər. Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist Respublikasının zamanında həmin rejimin seçki qaydaları, prinsipləri, üsul və metodları ilə seçilən prezidentdir. Bu hadisə baş verib 1991-ci il, sentyabrın əvvəllərində. Azərbaycanın müstəqillik haqqında konstitusiya aktı isə həmin il, oktyabrın 18-də qəbul edilib. Dekabrın sonlarında isə məsələ ümumxalq səsverməsinə çıxarılıb. Müstəqil Azərbaycan bu gün Azərbaycan SSR-nin varisi deyil. Onun nə siyasi, nə iqtisadi, nə sosial, nə hüquqi, nə də digər üsulu, idarəetmə forması, qanunları bu gün müstəqil Azərbaycan dövlətində işləmir. Müstəqil Azərbaycan 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq sözün həqiqi mənasında dünyəvi, demokratik, hüquqi bir dövlətdir. Əgər müstəqil Azərbaycan Azərbaycan SSR-ninn varisi deyilsə onda Azərbaycan SSR dövründə prezident seçilən Ayaz Mütəllibov necə müstəqil Azərbaycan dövlətinin eks-prezidenti ola bilər? Onda belə çıxır ki, Sovet zamanında seçilmiş deputatların da statusunu indiki deputatların statusu ilə eyniləşdirməliyik. Bəzən deyirlər ki, Ayaz Mütəllibov o zaman fəaliyyətdə olub, bir sıra sənədlərə qol çəkib və s. Düçünürəm ki, bu olduqca zəif bir arqumentdir. Digər bir tərəfdən 1991-ci il, sentyabrın əvvəllərində keçirilən prezident seçkilərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Muxtar Respublika həmin seçkilərdə iştirak etməkdən imtina edib. Konkret desək Muxtar Respublika həmin seçkiləri boykot edib. Əgər Ayaz Mütəllibova eks-prezident statusu verilərsə belə olan təqdirdə Muxtar Respublikada eks-prezident statusu daşıyır, yoxsa yox? Əlbəttə ki, daşımır. Nəhayət, üçüncü vacib məqam ondan ibarətdir ki, biz hüquqi bir dövlətik və hüquqi dövlət olduğumuzu da bütün dünyaya bəyan etmişik. Azərbaycan bu gün burmənalı şəkildə beynəlxalq aləmdə hüquqi, demokratik bir dövlət kimi tanınır. Ayaz Mütəllibovun üzərində cinayət işi var. Eyni zamanda o axtarışdadır. Həmin cinayət işi öz hüquqi həllini tapmadan bu məsələ necə həll edilə bilər? Təqdim edilən qanun layihəsində “prezident seçilməmişdən əvvəl və ya prezident seçildiyi dövrdə yol vermiş olduğu hərəkətləri və hərəkətsizliyinə görə inzibati və cinayət məsuliyyəti daşıya bilməz” kimi anlaşılmaz və qəbuledilməsi mümkün olmayan bir müddüa var. Əgər Ayaz Mütəllibovun üzərindən bütün cinayət işləri götürülürsə bu anoloqu olamayan bir hadisədir. Düşünürəm ki, bu Azərbaycanı çox çətin və gülünc vəziyyətinə qoya bilən bir məqamdır.Ancaq ümumilikdə Ayaz Mütəllibovun Azərbaycanna gəlişi, onun burada yaşamasının əleyhinə deyiləm. Artıq ixtiyar yaşına çatıb. Ancaq ilk növbədə ona qarşı qaldırılmış cinayət işinə görə cavab verməlidir. Çünki biz hüquqi dövlətik və dəfələrlə deyirik ki, tutmuş olduğu mövqeyi və vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Bir tərəfədən belı deyirik, digər tərəfdən isə parlament vasitəsilə Ayaz Mütəllibovun imunitetini təmin edir, onun üzərindən cinayət işini götürürük. Bu nə dərəcə siyasi və hüquqi cəhətdən düzgün addımdır? Düşünürəm ki, bu çox böyük bir problem yaradan, cəmiyyətdə birmənalı qəbul edilməyən məsələ olardı. Əgər Ayaz Mütəllibov Azərbaycana gəlmək istəyirsə buyurub gəlsin və ona qarşı qaldırılmış cinayət işinə baxılsın. Hətta mümkün olsa həmin cinayət işi xətm edilsin. Ondan sonra isə gedib öz həyatını yaşasın. Bu adam indiyə qədər Xocalı faciəsindəki səhlənkarlığına görə Azərbaycan xalqından üzr istəməyib, indi isə eks- prezident statusu istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Dünən, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Dünən, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Dünən, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru