DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! .....                     Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... .....                     Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                     Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi .....                     İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil .....                     Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? .....                     Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı .....                     Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                 

Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Tarix: 30-06-2025, 10:10 | Çap et

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə seçilib. Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin maliyyə dəyəri 609 600 manatdır. Məlumat satınalmaların portalında 20.06.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə fiziki şəxs Məhərrəm Atakişiyev Agentliyi 20 000 kq Tərkibi-80 % Təyinatı- Siçanabənzər gəmiricilərin zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-toz Növü-R Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1 – 1.5 kq dəmir qablarda olmaqla Zinc phosphide dərman vasitəsi ilə təmin etməlidir. Həmçinin 8.000 kq, Tərkibi-56% Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-bərk (tablet) Növü-Fm Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1-1,44 kq alüminium qablarda, Aluminium Phosphide ilə təchiz etməlidir.

Qeyd edək ki, sink fosfid hamımızın tanıdığı siçan dərmanıdır. Bundan kənd təsərrüfatında gəmiricilərə qarşı istifadə olunur. Hələ 2014-cü ildə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması, istifadəsinin dayandırılması və onun başqa pestisidlərlə əvəz olunması məsələsinin “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nəzdində yaradılmış Elmi Texniki Şurada və Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarına əsasən yaradılmış Ekspert Şurasında müzakirə edilməsi məqsədəuyğun sayılıb.

Sink-fosfid preparatının Avropa İttifaqı ölkələrində qadağan edildiyi halda nədən Aqrar Xidmətlər Agentliyi məhz bu pestisidin alınmasını məqsədəuyğun hesab edib, deyə bilmərik. Amma özlərinin yaydığı məlumatlara görə son illər siçanabənzər gəmiricilərə qarşı respublikamızda Sink-fosfid və Brodifakum preparatları tətbiq olunur. Mübarizə məqsədi ilə Sink-fosfid preparatı istifadə olunmaqla gəmiricilərin qidası olan yemlərdən biri ilə aldadıcı yem hazırlanaraq mübarizə aparılır. Bu məqsədlə buğda dəni və ya günəbaxan tumundan istifadə edilə bilər. Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və yemin cəlb ediciliyini təmin etmək üçün 2,5 l bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink-fosfid preparatı əlavə edilərək yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya normaya uyğun istifadə edilir. Hər işlək yuvaya 3 qram sink-fosfidlə hazırlanmış aldadıcı yem (0.5 çay qaşığı-75 buğda dəni) qoyulur.

Qeyd edək ki, bütün bu təlimatları yerlərdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları həyata keçirməlidir. Amma əldə etdiyimiz məlumatlara görə Agentliyin rayon şöbələrində bu dərman vasitələri fermerlərə satılır, az-az hallarda isə sakinlərə paylanılır ki, özləri düzəldib istifadə etsinlər. Bu da sakinlər üçün açıq-aşkar təhlükə deməkdir.

Bunlardan əlavə. Apardığımız araşdırma zamanı Aqrar Xidmətlər Agentliyinin 609 600 manat dəyərində satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev barəsində də bəzi maraqlı məlumatlar ortaya çıxdı.

AQTA-dan hələ 12 avqust 2022-ci mətbuata verilən məlumata görə fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq “TİTAN 350 SC” adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası tərəfindən göndərilmiş cavab məktubundan da göründüyü kimi Məhərrəm Əmirxəlil oğlu Atakişiyev sertifikatları saxtalaşdırıb.

Bundan əvvəl isə, yəni 18 yanvar 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib. Sözügedən iclasda Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “DOĞAL Kim. Mad. Ve Zirai. İlaç. San. A. Ş.” şirkətinin istehsalı olan Pole 500 SC, Doris, Sezox, Sapho, Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co” LTD şirkətinin istehsalı olan. Atlantic 500 SC, Smerch 240 EC, Dogaman 250 EC, Sword 240 SL, Hindistan Respublikasının “MODERN INSECTICIDES LIMITED” şirkətinin istehsalı olan Judo 5 EC, Aytap 200 EC, Baston 400 EC kimi pestisidlər ilk dəfə qeydiyyata alınıb və ölkəmizə gətirilməsinə icazə verilib.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev (VÖEN:1304381402 ) Kənd Təsərrüfatı Nazirliyinin rəsmi portalında pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2023-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, onun oğlu Atakişiyev Əmirxəlil Məhərrəm oğlu (VÖEN: 1304385642) da pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. hazırki günə 91 928.87 manat vergi borcu var.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdi. O, bu vəzifəyə nazir Məcnun Məmmədovun əmri ilə 2023-cü ilin oktyabrında təyin edilib. Daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru