Tramp onun Bakıya səfərini paylaşdı .....                     Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər .....                     SOCAR-a yaxın daha bir şirkət .....                     Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir .....                     Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! .....                     Tiktoker “Çevik” həbs edildi .....                     Rəis müavini olmaq istədi, 64 min manat pul verdi .....                     Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu .....                     Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı .....                     Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur .....                     10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? .....                     Putin Ermənistanla bağlı vaxt verdi .....                     Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! .....                     Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır .....                     Qara dəniz “tələsi” .....                     Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib .....                     DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata .....                     Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi .....                     Təhsildə BAĞIROVŞİNA... .....                     Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı .....                     Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. .....                     "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı .....                     Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: .....                     Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub? .....                     Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? .....                     Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? .....                     Agentlikdə sənəd qəbulu problemi .....                     Yardım üçün açılan bank hesabları niyə bloklanır? .....                     Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? .....                     Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                 

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR
Tarix: 20-09-2024, 11:36 | Çap et
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib
“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxs əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə 10.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.371.549,17 manat məbləğində satınaılma müqaviləsi bağladığını 18.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib.

Sözügedən Mərkəz bundan 12 gün əvvəl, yəni 06.09.2024-cü ildə “ZN TRADE” MMC ilə protez üçün kişi və qadın ayaqqabılarının alınması üzrə 144.620,8 manat, əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə isə 10.656.311,2 manat məbləğində satınaılma müqavilələri bağladığı barədə satınalmalarının internet portalına məlumatlar yerləşdirib.

Göründüyü kimi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” 12 gün ərzində “ZN TRADE” MMC ilə ümumi dəyəri 23 172 480 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, bunlar “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” ilə “ZN TRADE” MMC arasında bağlanan ilk müqavilələr deyil. Bunlara keçməzdən əvvəl MMC-nin qısa tarixini diqqətinizə çatdırmaq istərdik.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “ZN TRADE” (VÖEN 2007592551) Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, OKSİGEN, ev 3/8, qanuni təmsilçisinin isə Kərimov Nüsrəddin Yolçu oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 09.09.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin keçirdiyi qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satınalması üzrə 3.758.808,58 dəyəri olan tenderin qalibi olub. Sonra isə, daha dəqiqi 09.03.2023-cü ildə MMC “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nə 214.417,87 manat məbləğində təsərrüfat və dəftərxana malları alıb.

Onu da qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alından sonra ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi saatınalmaların qalibi olub. Bura Nazirliyin “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti kimi qurumları daxıldır. “ZN TRADE” MMC-dən bu qurumlardan biri yubiley mərasimlərində təbrik və xatirə məqsədilə verilməsi nəzərdə tutulan hədiyyələr, biri video və qrafik çarxların çəkilməsi işləri, bir çoxu təsərrüfat və dəftərxana malları, biri çiçəkçilik və ağacəkmə malları, biri də su nasosu alıb.

Qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alındıqdan sonra, 09.09.2022-ci ildən 18.09.2024-cü ilə qədər, yəni son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi 21 dövlət satınalmasının qalibi olub və ümumi olaraq 36 923 835 milyon manat dəyəri olan sifariş alıb.

Amma son iki il ərzində dövlətdən 37 milyon manat civarında tender udan bir MMC-nin nəinki bir rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin ofisi, əlaqə telefonu ətrafında araşdırma səylərimiz də boş çıxdı.

Buradan da suallar yaranır. Barəsində heç bir məlumat olmayan bu MMC-yə bu şəraiti kimlər yaradır? Təbii ki, bunu ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarmaq lazımdı. Çünki MMC ancaq bu qurumun sifarişlərini həyata keçirir. Bəs bu qurum mediada gedən bu qədər yazılara rəğmən çıxıb bir dəfə də olsa MMC-nin barəsində açıqlama vermir. Təbii ki, sənədlərdə MMC-nin hər şeyi var. Maraqlıdır, bəs özü hardadır?

Qeyd edək ki, “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir.Mərkəzin direktoru Asif Məcidovdur. Onun uzun illərdir ki, Mərkəzə rəhbərlik etdiyi bildirilir. Onun adı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işində də hallanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun Məhkəmə çağırışına əməl etmədiyinə, bilərəkdən proseslərdən yayındığına görə məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilib.

Mərkəzin birbaşa tabe olduğu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru isə Anar Bayramovdur. O, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri vəzifəsinə təyin edilib. Buna qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. “ZN TRADE” MMC-də Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr təyin edildikdən az sonra yaradılıb. Hansı məqsədlə yaradıldığını da yuxarıdakı məlumatlar açıq aşkar göstərir.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45
10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41
Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39
Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23
Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07
Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55
Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50
Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru