Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                 

Gədəbəydə problemi elə icra başçısının ÖZÜ YARADIR,.. - NARAZILIQ VAR!
Tarix: 27-03-2023, 08:29 | Çap et
Gədəbəydə problemi elə icra başçısının ÖZÜ YARADIR,..
Gədəbəy rayon Novosaratovka kəndində yaşıllaşdırma məqsədi ilə əkdiyim 48 ədəd ağacı icra hakimiyyətinin əməkdaşı məhv etdi.

DİA.AZ Sarkazm.az-a istinadla xəbər verir ki, bu barədə sahibkar Nazim Əliyev saytımızın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirir.

N.Əliyev sözlərinə görə, bununla Gədəbəy rayon icra hakimiyyəti onun rayonda həyata keçirdiyi biznes və digər işlərinə mane olur.

“24 mart 2023-cü il tarixində Gədəbəy rayon Novosaratovka kəndində mənə məxsus torpaq sahəsinin ətrafında yaşıllaşdırma işləri apararaq 48 ədəd ağac əkməyə başladım. Ağacları əkib yekunlaşdırdıqdan sonra həmin kəndin icra nümayəndəsi Elvin Məmmədov yaxınlaşaraq mənim bu addımımı qanunsuz hesab etdiyini və əkilmiş ağacların yerindən çıxarılacağını bildirdi. Mən icra nümayəndəsinə həmin ərazinin mənə məxsus və bələdiyyənin balansında olduğunu bildirdim. Bələdiyyələrin isə seçkili, eyni zamanda müstəqil orqan olduğunu və icra nümayəndəliyinə aid olmadığını bildirsəm də, E.Məmmədov buna məhəl qoymadı. Rayon icra hakimiyyətinin göstərişi və bunu icra etməyə məcbur olduğunu qeyd edərək öz ilə gətirdiyi işçiləri ilə birlikdə ağacları yerindən çıxartdılar. Elvin Məmmədov da həmçinin bildirir ki, bu ərazi bələdiyyə torpaqlarıdır və torpağa dair mənim adıma sənədlər olmadığına görə ağac əkinini qanunsuz hesab edir. Maraqlıdır ki, bələdiyyə torpağında qanunsuz işlərə icra nümayəndəsi niyə qarışır? Eyni zamanda sənədsiz torpaqlarda müəyyən işlər icra etmək qadağandırsa, Novosaratovka kəndini məmurlar öz aralarında bölüblər və yüzlərlə qanunsuz tikililər aparıblar. İcra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun və İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun Novosaratovka kəndində bir neçə qanunsuz tikililəri və biznesi var. Nə əcəb onlara mane olan yoxdur ya icra hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur?” – deyə Nazim Əliyev bildirir.

O, həmçinin bildirir ki, bunu rayon icra hakimiyyəti qərəzli şəkildə edir və torpağa dair sərəncam imzalamayaraq mənim fəaliyyətimi qaanunsuz adlandırırlar.

“Bir neçə il bundan öncə Gədəbəy rayon Novosaratovka kənd sakini Qulu adlı vətəndaşdan onun evini və geniş ərazini əhatə edən torpaq sahəsini almışam. Həmin ərazi çaykənarı olduğundan balıqçılıq üçün əlverişli yerdir. Mən də şəraitə uyğun olaraq bir neçə balıq gölü yaratmağı qərara aldım. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalısan və Quludan aldığın mülkiyyəti sənədləşdirməlisən. ETSN-ə müraciət etdim. Nazirliyin əməkdaşları əraziyə baxış keçirdilər və balıqçiliq təsərrüfatı üçün müsbət rəy verdilər. Növbəti prosedur olaraq torpağın sənədləşməsi üçün Novosaratovka kənd bələdiyyəsinə müraciət etdim və lazım olan sənədləri topladım. Bələdiyyə ilə alqı-satqı müqaviləsi imzaladıq və dövlət rüsumunu ödədim. Torpağın şəxsi mülkiyyətə keçməsi üçün icra hakimiyyəti sərəncam imzalamalı idi. Sərəncam üçün Gədəbəy rayon icra hakimiyyətinə dəvət edildim. Məni icra başçısının müavini Vüsal Musayev qəbul etdi. Sərəncamın imzalanması və eynilə həmin ərazidə balıqçılıq təsərrüfatının olmasına görə məndən 40 min manat rüşvət istədi. Bundan imtina etdiyimə görə hələ də mənə məxsus torpağın sənədləşməsi üçün sərəncam imzalanmayıb. Bununla da aldığım torpağın sənədləşməsinə mane olurlar və digər tərəfdən də bildirirlər ki, torpağın sənədi olmadığına görə gördüyün işlər qanunsuzdur. Sənədi verməyən də, işlərimi qanunsuz adlandıran da icra hakimiyyətidir.” – deyə Əliyev qeyd edir.

Nazim Əliyev hesab edir ki, icra hakimiyyətinin bu addımı ölkə rəhbərinin siyasətinə sabotajdır.

“Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “hərəyə bir ağac əkək” layihəsi davam edir. Ölkə üzrə əksər dövlət qurumları, özəl sektor, gənclər bu layihəyə qoşularaq ağac əkirlər. Lakin Gədəbəy icra hakimiyyəti əkilən ağacları məhv etdirir. Eyni zaman regionların inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır, ölkə rəhbəri hər dəfə çıxışında rayonlara investorları cəlb etmək üçün icra başçılarına xüsusi göstəriş verir. Lakin Gədəbəydə yaratdığım biznes layihəsinə icra hakimiyyəti mane olur. Bu, birbaşa ölkə rəhbərinin siyasətinə ziddir.” – deyə sahibkar vurğulayır.

Nazim Əliyev ona qarşı olan haqsızlıqları ölkə rəhbərindən və müvafiq qurumlardan araşdırmağı və onun biznesinə yaradılan problemləri aradan qaldırmağı xahiş edir.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin “Memarlıq və Tikinti Şöbə”sinin müdiri Əlövsət Bayramov ilə əlaqə saxladıq. Ə.Bayramov Nazim Əliyevin ağacəkmə kampaniyasını qanunsuz hesab edir. “Həmin ərazilər bələdiyyənin balansındadır. Orda ağac əkmək üçün bələdiyyədən icazə almalıdır yaxud şəxsi mülkiyyətə keçməsi üçün sənədləşdirməlidir. Nazim Əliyev bunların heç birini etmədən ağac əkib. Buna görə də onun bu addımının qarşı alınıb.” – deyə Əlövsət Bayramov bildirdi.

Həmçinin Əlövsət Bayramov Nazim Əliyevin onun biznesi və rayon icra hakimiyyətinin əməkdaşının Nazim Əliyevdən 40 min manat rüşvət istəməsi barədə dedikləri fikirlərə də cavab olaraq bildirdi ki, həmin məsələlərin vəzifəmə aidiyyatı yoxdur. “Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti şöbə”sinin müdiri vəzifəsinə iki aya yaxındır təyin olunmuşam. Ondan öncə bizneslə məşğul olmuşam. Hazırda isə biznesimlə övladım məşğuldur və Novosaratovka kəndində tikilən ev mənə yox, bacıma məxsusdur. Eyni zamanda Nazim Əliyevdən icra hakimiyyətindən 40 min manat rüşvət istənilməsindən xəbərim yoxdur. Həmin vaxt mən icra hakimiyyətində vəzifə daşımırdım.” – deyə Bayramov Əlavə etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru