AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR
Tarix: 21-05-2022, 14:28 | Çap et
Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır
Ölümü özünə sevdir, gec-tez bir gün gələcək. Və budur, ölüm gəlir və sən bütün sıxıntılarını, problemlərini unudursan. Ancaq, deyəsən bizim ölülərimizin sıxıntıları qəbistanlığa qoyulduqdan sonra başlayır. Bəzi dırnaqarası qurumlar məhz o qəbirstanlıqda şəkillərdən səssiz baxan ölülərə arxayın olub qayda-qanunu unudur, "əşi ölüdür də, nə ağzı var, nə dili"- deyib, qulağının sakit təpərinə necə özlərini öyrəşdiriblərsə, Allahın xofunu da yaddan çıxardıblar. Ya da ən yüngül formada belə deyək, çətini ölü yiyəsi ölüsünü torpağa tapşırıb gedənə qədərdir. Təsəvvür edin, ölü yiyəsi kimi qaydalara arxayınsan. Ölünü mənəvi Allaha, fiziki el dilində qəbirstanlıq müdiri deyilən şəxsə tapşırıb, evinə yollanıb,vicdan rahatlığı tapırsan ki, "ölümü urvatlı dəfn eləmişəm".

Amma, yox. "DogruXeber.az" bildirir ki, Lənkəranın Sütəmurdov kəndində ölü sakinlərinin urvatsızlığı birbaşa qəbirstanlıqdan başlayır. Rahat olun, biz sizə nə qəbir daşlarını oğurlayan oğrulardan danışacağıq, nə də nağıldakı gecənin bir vaxtı "ölülərimizin nəşini parçalayan" xortdandan. Danışdıqlarımız ikisindən də təhlükəli və bir o qədər də vicdana sığmayan, dinə-imana belə yaraşmayan xoşagəlməz vəziyyətdir. Dindən söz düşmüşkən, birazdan danışacaqlarımızın sorağı dini qurumlarda oturanlara çoxdan çatıb. Bu yerdə yaxşı cihad eləmək adamın könlündən keçir, sonra yadına düşür ki, vicdana beş barmağını möhürləsən, əslində sənə cihad da lazım deyil. Sizləri çox intizarda saxlamayıb, hər şeyi açıb-ağartmaq istəyirik. Ağsaqqallar demişkən, məsələ belədir.

Bələdiyyənin az qala puldan-pula xatırlayıb, bəlkə də aylardı ayağı dəyməyən qəbirstanlığa belə başa düşdük ki, mal-qara tez-tez "baş çəkir".
"Baş çəkir" deyəndə ki, otu ordan, suyu ordan. Nə az, nə çox - üç ildir ölülər mal-qaraya, mal-qara ölülərə baxıb, səssiz danışıqlarla bir-birilərinə dəyib dolaşmırlar. Daha doğrusu, mal-qala hörmətsizlik edir, kənd sakinlərini qıcıqlandırır. Kənd sakinləri də başqa kəndlərdən, rayonlardan ayıbdı, "vur-tut bir qəbirstanlığınız var, onada yiyə dura bilmirsiz" tənəsini eşitməmək üçün əl birliyiylə üstüörtülü biabırçılığı şikayət formasında dini qurumlara çatdırıblar. Dini qurumlarda oturanlar gördülər ki, bu məsələni birbaşa həll edən Rayon İcra Hakimiyyətidir, düşündülər ki, diriykən fərqli mərtəbələrdə ola bilərik, axırıncı mənzildə bərabərik, səssicə bir əncam çəkmək çətin olmaz.

İnsafən, İcra Başçısı kənd sakinlərini də, dindarları da sakitcə dinləyib, dərdinizə "çarə qılmaq çətin deyil" deyib, xoşluqla, xoş ümidlərlə şikayətçiləri yola verib. Deyəsən, icra başçısı "susmaq qızıldır" prinsipinə əsaslanıb verdiyi ümidi dəyərsizləşdirib ki, şikayətçilər son ümid olaraq, "DogruXeber.az"ın qapınısı döydülər. Bizdə sual veririk ki, çarəsizlikdən hamı bir-birinə baxır, bəs bələdiyyə hara baxır? Camaat çoxdan bu sualı verib, o həddə çatıb ki, daha cavab özlərinə də maraqlı gəlmir.

İndi fikir veririk və belə başa düşmüşük ki, ölünün verdiyi ruzi dirinin verdiyi ruzidən bərəkətlidir. Pulsuz ölməyə bir qarış torpaq tapmadığın bir dövrdə, inəyin, keçinin yediyi yaşıllıq havayıdır. İndi gəl sən bu kadra bax, eşit, saf-saf inan da...



İnanmaq olmur. Gedib qapını döysək, ölmək üçün bir qarış torpaq istəsək, pusquda dayanan pişik kimi cibimizdəki puldan xəbər alacaqlar. Qəlbimizi yersiz şübhələrlə qaraltmaq istəmirik, "bu yorğan o yorğanın davasından deyil" deyib keçirikəsas suala. Necə deyərlər sualı versək də olmur, verməsək də. Az qala mal-qaranın da doğmalaşdığı qəbirstanlığa gözünü yuman İcra Başçısı, Bələdiyyə Sədri öz ölülərini harda dəfn edir? Axı, bu kəndin bir qəbirstanlığı var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru