Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                 

Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki... - Əcəb bəhanə tapıblar...
Tarix: 10-03-2021, 10:33 | Çap et
Büdcə təşkilatlarının “büdcədənkənar vəsaiti”: Bu pul göydən düşməyib ki...
Azərbaycanda Dövlət Gömrük Komitəsinə (DGK) yeni inzibati bina tikilir. Bu barədə Komitə sədri Səfər Mehdiyev açıqlama verib. Deyib ki, yeni inzibati binanın tikintisi DGK-nın büdcədənkənar fondu hesabına maliyyələşir: “Binanın tikintisi Gömrük Komitəsinin büdcədənkənar fondu hesabına maliyyələşsə də, fonda daxil olan gəlirlərə və xərclərə Maliyyə Nazirliyi tərəfindən nəzarət var”.

Bundan əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov da bildirmişdi ki, rəhbərlik etdiyi qurumun yeni inzibati binasının tikintisi büdcədənkənar vəsait hesabına həyata keçirilir: “Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək. Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb. Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın yeni inzibati binası 218 milyon avroya başa gələcək. Belə ki, Mərkəzi Bankın yeni binası Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti (Tekfen İnşaat ve Tesisat A.Ş.) tərəfindən inşa ediləcək. “Tekfen Holding” tərəfindən təqdim edilən tender sənədində binanın tikintisinə dair müqavilə imzalanıb.

DGK-nın inzibati binasının hansı məbləğə başa gələcəyi dəqiq bilinmir. AYNA-nın bu barədə sorğusuna Komitədən cavab verilməyib.

Maraqlı məsələ isə odur ki, dövlət qurumlarının yeni binasının tikintisi ilə bağlı bir açıqlama verilir – bina büdcədənkənar vəsait hesabına inşa olunur. Sual edilir: Axı, dövlət qurumunun büdcədənkənar vəsaiti hardandır?

Məsələ ilə bağlı AYNA-ya danışan deputat Rüfət Quliyev deyib ki, Azərbaycanda dövlət qurumları üçün yeni inzibati binaların tikintisinə ehtiyac var. Onun sözlərinə görə, bu, paytaxtımızın görünüşünün dəyişməsinə müsbət təsir edir: “Xaricdən gələn qonaqlar, dövlət adamları, turistlər şəhərin gözəlliyinə fikir verir. Burada digər məqsəd - dövlət qurumlarını inzibati binalarını şəhərin mərkəzindən bir qədər uzaqlaşdırmaqdır. Heydər Əliyev prospektində o qədər də sıxlıq yoxdur, ərazi genişdir. Bununla həm tıxacların qarşısı alınır, həm insanların rahat hərəkəti təmin edilir, həm də paytaxtımızda müasir görünüşlü binalar inşa olunur”.

“Eyni zamanda, binalarda darısqallıq məsələsi də var. Məsələn, Gömrük Komitəsinin binası SSRİ vaxtında Kommunist Partiyasının Rayon Partiya Komitəsinin binası idi. Yəni, partiya komitəsinin binası hara, nazirlik səviyyəli bir komitənin binası hara? Burada işçi sayını, şöbələri və s. nəzərə almaq lazımdır. Görünür, Komitə üçün hazırkı bina ölçü baxımından balacadır. Ona görə də, Komitə üçün yeni binanın tikilməsini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət orqanlarının binaları mərkəzdən uzaqlaşdırılmalıdır”, - həmsöhbətimiz bildirib.

Qaldı ki, bu binaların hansı vəsait hesabına tikildiyinə, millət vəkili qeyd edib ki, bu barədə şərh verə bilməz: “Gərək, hansı dövlət qurumu bina tikirsə, buna sərf olunan vəsaitin mənbəyini də açıqlasın. Yəni, mənbə hardandır, büdcədənkənar vəsait ora necə daxil olub? Bunu məndən yox, həmin dövlət qurumundan soruşmaq lazımdır”.

“Bazar iqtisadiyyatında dövlət qurumlarının büdcədənkənar fondları yaradılır, müəyyən vəsait oraya keçirilir. Mən deyə bilmərəm, o vəsaiti kimlər keçirirlər. Məsələ burasındadır ki, nə olur-olsun, hər şey şəffaf olmalıdır. Açıqlasınlar ki, inzibati bina üçün fondumuzda filan qədər vəsait var, bu vəsait filan mənbələr hesabına təmin olunub. Yoxsa ki, kor-koranə olmaz. Fonda vəsait göydən düşmədi ki... Yaxşı olar, buna Gömrük Komitəsi tam şəkildə aydınlıq gətirsin”, - deyə R.Quliyev vurğulayıb.

Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya deyib ki, dövlət qurumları bizneslə məşğul olmadığı üçün onların büdcədənkənar vəsaitlərinin olması da absurddur: ““Gömrük xidməti haqqı” adlı uydurulmuş ödəniş növü var. Özlərindən yaratdıqları “Gömrük xidməti haqqı” anlayışına əsasən, gömrük deklorasiyasını doldurarkən, vətəndaşdan 30 manata qədər əlavə vəsait alırlar. Bunun qanuni əsasının olub-olmadığını dəqiq bilmirəm. Amma iqtisadi baxımdan bu, absurddur. Onsuz da gömrük xidmətini dövlət göstərir. Belədirsə, o zaman hansı əsasla vətəndaşdan ayrıca gömrük xidmətinə görə haqq alınmalıdır?!”

“O zaman olardı ki, bir neçə özəl şirkət gömrük xidməti göstərərdi, xidmətinin də haqqını istəyərdi. Vətəndaşın, iş adamının başqa alternativi yoxdur ki, rüsumları Dövlət Gömrük Komitəsi vasitəsilə yox, özəl şirkətdə rəsmiləşdirsin. “Gömrük xidməti” adı altında Komitənin vəsait toplaması qanunsuz və yanlışdır. Çox güman ki, hörmətli Səfər Mehdiyev büdcədənkənar vəsait dedikdə, “Gömrük xidməti haqqı” adı ilə yığılan vəsaiti nəzərdə tutur”, - deyə ekspert bildirib.

İqtisadçının qənaətincə, bunu büdcədənkənar vəsait adlandırmaq da doğru deyil: “Sabah Milli Məclis, Nazirlər Kabineti qərar versə ki, “Gömrük xidməti haqqı” ləğv edilsin, yaxud da həmin vəsait büdcəyə köçürülsün, o zaman Gömrük Komitəsi nə deyəcək?”.

“Hesab edirəm ki, “bina büdcədənkənar vəsait hesabına tikilir, fondun vəsaiti ilə tikilir” deyilməsi, söz oyunudur. İstər Mərkəzi Bank sədri olsun, istərsə də Gömrük Komitəsinin sədri olsun, belə açıqlamalar verməklə ictimai rəyi sakitləşdirmək istəyirlər. Hər iki dövlət qurumunun istənilən qazancı büdcədənkənar ola bilməz. Çünki onların kommersiya fəaliyyəti göstərmək səlahiyyətləri yoxdur”, - deyə N.Cəfərli fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru