
BAKIDA “PROQRAM” ADINDA TƏLXƏKLƏR PEYDA OLUB
DİA.AZ: - Qədim dövrlərdə, hətta orta əsrlərdə krallar, hökmdarlar öz saraylarında təlxək-kloun saxlayardılar. Görünür, var-dövlətin çoxluğundan həyata marağını itirmiş kralların əylənmək, gülmək, vaxt keçirmək üçün təlxəklərə-klounlara xüsusi ehtiyacı var imiş. Ancaq inanmazdım ki, XXI əsrdə də belə bir tələbatı olanlar ola bilərmiş. Daha dəqiq desək, Avropa Şurasının üzvü olan, Avropa ailəsinə inteqrasiya etməyi özünə məqsəd Г©lan edən bir ölkədə oliqarxlarımız özləri üçün təlxək-kloun saxlayırmışlar. Doğrudan da, çox gülməlidir…İnanmırsınız..?
Azərbaycanda çiçəklənməkdə olan bu təzə sənətin adına “Proqram” deyirlər. Ancaq mahiyyəti elə təlxəklikdir.
Deməli, kim oliqarxların məclisində yaxşı təlxəklik edə bilsə, onun adını “Proqram” qoyub, kruqa buraxırlar. Ancaq hər təlxək o adı qazana bilməz, ancaq hansısa oliqarx onu “raskrutka” eləsə, onda həə, həmin təlxək Proqram adını qazana bilər. Proqramın işi nədən ibarətdir..?
DİA.AZ bildirir ki, proqram-təlxək gedib gedib Dubayda, Moskvada, Kiyevdə yaşayan həmyerlilərimizi güldürüb, Bakıdakı son xəbərləri onlara danışır…Və əvəzində Proqramın bilet, maşın, benzin, kostyum, digər xərclərinin pulunu həmyerlilərimiz artıqlaması ilə ödəyir. Hətta hərdən yaxşı “bonus” da olur. Hər təlxək Proqram adını qazana bilmir, əsas odur ki, ona hansısa oliqarx xeyir-dua versin. Bax ondan sonra, misal üçün, olur Proqram Elmas! Yəni təlxək-kloun Elmas.
Proqram Elmas kimdir?
Vaxtilə Hüseyn Abdullayevlə səhərdən axşamacan bir yerdə olan adam, Hüseyn Abdullayevin həbs olumasına bir gün qalmış aradan çıxıb. Elə bilki bu adam heç neçə vaxtdır Hüseyn Abdullayevin yanında olmayıb. Proqram Elmas daxili işlər nazirnin oğlu Raul Usubovnan, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovnan, Bakı BPİ-nin keçmiş rəisi Məhərrəm Əliyevin oğlu Polad Əliyevnən çox gözəl münasibətdədir.
Apardığmız araşdırmalar nəticəsində bizə maraqlı olan bir nəticə ortaya çıxdı. Yuxarıda adları çəkilən insanların bir-biri ilə demək olar ki, çox soyuq munasibətləri olmasına baxmayaraq, Proqram Elmas bu insanların özləri və yaxınları ilə əla münasibət quraraq, bəlkə də bu insanları bir-birinə qarşı qoyur, münasibətləri qızışdırır, bunların arasını vurur, söz-söhbətləri çatdıraraq arada ədavət yaradır. Bəlkə də elə bu Proqram Elmasa görə bu insanların bu günəcən bir-biri ilə soyuq münasibətləri var. Ona görə də bizə də maraqlı oldu ki, Proqram Elmas kimdir, bu insan kimə xidmət edir, bunun Azərbaycanla bağlı bəlkə nəsə bir missiyası var. Deyilənlərə görə, Hüseyn Abdullayev həbs edilməzdən bir gün öncə Proqram Elmas, daha onun yanında yox imiş. Bu günlərdə Proqram Elmas çalışır ki,yuxarıda adları çəkilən insanların yaxınlarına sübut etsin ki, guya bu onlarla səmimi dostluq edir, onların valideyinlərindən gizlətdiyi xırda bir problemə şərik olsun, ora-bura zəng edib kimdənsə xahiş etsin ki, bizim belə xırda bir problemimiz var, heç kim bilməsin, problemi aradan qaldıraq.
Proqramın cibində 1manat pulu olmadığı halda bu adam bütün dunyanı guya səmimi dostluq etdiyi şəxslərin hesabına gəzir…Bax bu da bir bacarıqdır, ona görə də hər adama Proqram adını vermirlər.
Bəli, Proqram adı Bakıda tək-tükdür. Proqram Namik də var (Namik Orucov). Bu adam gedib Moskvada kazinoda həmyerlilərmizin hesabina pul da uduzur, pul da udur. Ancaq Namik də elə-belə o kruqlara gedib düşməyib. Misal üçün, vaxti ilə Namiki o kruqa gətirən bir deputat, Namikin buraxdığı səflərinə görə onu həmin kruqlarda baykot elan etdirib. Rusiyada böyük nüfuza malik bir həmyerlimizin qardaşının Bakıda torbasını tikdiyinə görə, böyük nüfuza malik olan qardaş o torbanın ağzını açıb qardaşını azadlığa buraxdırdı, ancaq sonra Proqram Namiki kruqa gətirən deputata şikayət edildi. Deputat da necə deyərlər tez oliqarxların dilində, hamıya tapşırdı ki, Proqram Namik “stoyankaya çəkilsin və ona baykot elan edilsin”. Ancaq bütün baykotlara, stoyankalara baxmayaraq Proqram Namikin, Proqram Elmasdan fərqli olaraq, həm yaş təcrübəsi çoxdur, həm də pərəstişkarları. Ona görə də Proqram Namiki heç bir stoyankaynan qorxutmaq olmaz, onun çörəyi yenə də “fanat”larının hesabına çıxır…









