“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

MƏHBUS BAŞ REDAKTORA NECƏ TORBA TİKİLİB?
Tarix: 23-05-2012, 15:44 | Çap et
MƏHBUS BAŞ REDAKTORA NECƏ TORBA TİKİLİB?

ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI MÜZAKİRƏ BAŞLADI

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu (PCQ) mətbuat konfransı keçirib. PCQ-nun rəhbəri Əfqan Muxtarlı baş redaktorun həsindən sonra qrupun apardığı araşdırmalar əsasında hesabat hazırladığını və bu hesabatdan keçən müddət ərzində Aralıq hesabatın hazırladığını media nümayəndələrinin diqqqətini çəkdi. Ə.Muxtarlının sözlərinə görə, bu müddət həm də Ə.Zeynallının məhkəmə prosesinin başlandığı müddəti əhatə edir. Qrup rəhbəri Ə. Zeynallının həbs müddətinin uzadılması ilə bağlı açıqlama verdi:

“Yanvarın 17-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Nəsimi rayon Məhkəməsində В«XuralВ» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddəti 2 ay 20 gün uzadılıb. Məhkəmənin qərarına əsasən Ə. Zeynallı barədə həbsqətimkan tədbiri 2012-ci ilin aprelin 20-də başa çatacaq. Məhkəmə prosesi qapalı keçirilib. Ə. Zeynallının ailə üzvlərinə və media nümayəndələrinə məhkəmədə iştirak etmək qadağan edilib. Ə. Zeynallının vəkilləri Elçin Sadıqov və Məsum Bayramov Ə. Zeynallının həbs müddətinin uzadılmasının əsasız olduğunu bildiriblər. Vəkillərin qərardan Bakı Apelyasiya Məhkəməsinə verdikləri şikayət təmin edilməyib.”

Bu il yanvarın 23-də Nərimanov rayon məhkəməsi “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı 150 min manatlıq iddiasını qismən təmin etməsi və məhkəmənin Ə. Zeynallını və “Xural” qəzetini 50 min manat məbləğində cərimələnməsini qanunpozuntusu kimi qiymətləndirən Ə.Muxtarlı bildirib ki, Ə. Zeynallının vəkili Elçin Sadıqov məhkəmə barədə ona və Ə. Zeynallıya məlumat verilmədiyini söyləyib. Bundan başqa məhkəmədə cavabdeh tərəfin vəkili və yaxud nümayəndəsi iştirak etməyib: “Məhkəmə qərarından 20 gün sonra fevralın 10-da bu haqda E. Sadıqova məlumat verilib. E. Sadıqov cavabdeh tərəfin iştirakı olmadan məhkəmə qərarının çıxarılmasının qanunsuz hesab edir. Vəkil onu da qeyd edib ki, Ə. Zeynallı həbs edilmədən əvvəl “Baltika-Bakı” MMC-nin iddiası üzrə Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Ə. Zeynallı hakim Sevinc Quliyevanın “Xural” qəzetinə qarşı qərəzli mövqedə olmasını əvvəllərdə qəzetə qarşı ədalətsiz qərarlar çıxardığını əsas gətirərək hakimdən imtina etmişdi. Məhkəmə Ə.Zeynallının vəsatəti əsasında təxirə salınmışdı. Preventiv Cavab Qrupu “Xural” qəzetində “Baltika -Bakı” MMC barədə dərc edilən tənqidi məqalələri araşdırıb. Məqalələrdə əsasən müəssisədə baş verən qanun pozuntuları öz əksini tapıb. “Xural” qəzetinin redaksiyasına “Baltika-Bakı” MMC-nin bir qrup əməkdaşı şikayət məktubu göndərib. “Baltika-Bakı” MMC-nin Həmkarlar İttifaqında rəsmi qeydiyyatdan keçən şikayət məktubu ölkənin bir çox qəzetlərinə göndərilib. Şikayətçilər müəssisənin rəhbəri A. Tlexurayın işçiləri təhqir etdiyini bildiriblər. Digər məqalə isə “Baltika-Bakı” MMC-nin Gürcüstana ixrac etdiyi 150 ton pivənin yararsız çıxması barədədir. Qeyd edək ki, göstərilən fakt digər mətbu orqanlarda da işıqlandırılıb və təsdiqini tapıb. “Baltika-Bakı” MMC-də yoxlamaların aparılması barədə “Xural” qəzetində dərc edilən məqalə öz təsdiqini tapıb. Preventiv Cavab Qrupu müəyyən edib ki, A. Tlexurayn Ə. Zeynallıdan tutulan cəriməni Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7 saylı İnternet məktəbinə verilməsini istəyib. Araşdırma zamanı A. Tlexurayın əvvəllər xeyriyyəçiliklə məşğul olmadığını müəyyən edib. Qeyd etmək lazımdır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdə Ə. Zeynallıdan tutulan cəriməni “Ümid” Uşaq evinin hesabına köçürülməsini istəmişdi. R. Mehdiyevində xeyriyyəçiliklə məşğul olduğu müəyyən edilməyib.” Həbsdən sonra Ə.Zeynallı haqqında qaldırılan CM-nin 213.1 (vergidənyayınma) maddəsini də PCQ rəhbəri əsassız və baş redaktorun peşə fəaliyyətini davam etdirməsi üçün ciddi təhlükə hesab etdi: “Ə. Zeynallının həbsindən sonra “Xural” qəzeti vergi yoxlamalarına cəlb edilib. Keçən il dekabrın 26 –da Ə. Zeynallının daimi qeydiyyatda olduğu ünvana Vergilər Nazirliyi yanında Audit Departamentindən məktub daxil olub. Məktubda Ə. Zeynallıdan vergi sənədlərinin departamentə təqdim edilməsi tələb olunub. “Xural” qəzetinin əməkdaşı Nizami Həsənli departamentin əməkdaşına Ə. Zeynalının həbsdə olduğunu və sənədlərin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə edildiyi barədə məlumat verib. Bundan sonra Vergilər Nazirliyi qəzet yayımı şirkətlərinə və “Ekspress Service” mətbəəsinə sorğu göndərək “Xural” qəzetinin tirajı və satışı barədə arayışlar əldə ediblər. Vergi yoxlamalarının gedişi barədə Ə. Zeynallıya və “Xural” qəzetinin kollektivinə məlumat verilməyib. Yoxlamalar Ə. Zeynallının vəkilinin və “Xural” qəzetinin əməkdaşlarının iştirakı
olmadan aparılıb. Vəkil E. Sadıqovun verdiyi məlumata görə, Vergi Auditi Departamentində bildiriblər ki, Ə. Zeynallıya göndərdikləri məktubu şəxsən özü alıb. Bu barədə qəbizləri E. Sadıqova göstəriblər. Həmin dövrdə Ə. Zeynallı həbsdə olduğundan məktubları şəxsən alması mümkün deyil.

Preventiv Cavab Qrupu Vergi Auditi Departamentinin Ə. Zeynallı barədə qəbul etdiyi Akt əldə edib. 22 fevral 2012-ci il tarixində Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti N 1100777026522874 saylı səyyar vergi yoxlaması barədə akt tərtib edib. Akt Ə. Zeynallının vəkili E. Sadıqova təqdim edilib. Akta əsasən vergi yoxlaması Vergi Auditi Departamentinin 09.12 2011-ci il tarixli 1100777001516962 saylı qərarına əsasən kiçik vergi xidməti müşaviri Əsgərli Şahin Məhyəddin oğlu tərəfindən aparılıb. Yoxlamalar 2008-ci ilin 1-ci rübündən 2011-ci ilin 3-cü rübünədək olan dövrü əhatə edib. Aktda qeyd edilib ki, Ə. Zeynallı 7251,20 (yeddi min iki yüz əlli bir manat 20 qəpik) manat məbləğində vəsaiti vergidən yayındırıb. Bu səbəbdən Ə. Zeynallıya qarşı 3625,20 (üç min altı yüz iyirmi beş manat altmış qəpik ) manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Aktla tanışlıq zamanı məlum olub ki, vergi müfəttişi Əsgərli Şahin Məhyəddin oğlu Vergi Auditi Departamentinin 09.12 2011-ci il tarixli 11007770015 16962 saylı qərarını kobud sürətdə pozaraq, səlahiyyət həddini aşmaqla “Xural” qəzetinin 2011-ci ilin 4-cü rübü üçün 668, 80 (altı yüz altmış səkkiz manat səksən qəpik) manat məbləğində vergi hesablayıb. Aktla tanışlıq zamanı məlum olub ki, “Xural” qəzetinin tirajı 1200-1700 olmasına baxmayaraq müfəttiş tərəfindən şişirdilərək 2200 ədəd yazılıb. Yoxlama zamanı hər nüsxə qəzetdən əldə edilən gəlir 40 qəpik hesablanıb. Preventiv Təhqiqat Qrupu apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzeti 2008-ci ildə 30 qəpiyə satılıb. 2009-cü ildən “Xural” qəzeti 40 qəpiyə satılıb. 2009-cü ilin yanvar ayından etibarən yayım şirkətləri qəzetin hər satılmış nüsxəsinə görə Ə. Zeynallıya 24 qəpik ödəyib. Lakin vergi müfəttişi xalis gəliri hər nüsxə qəzet üçün 40 qəpik məbləğində hesablayıb. Vergi müfəttişi yoxlama zamanı satılmayan, Ə. Zeynallıya geri qaytarılmış qəzetləri də satılmış kimi qeyd edib. Preventiv Təhqiqat Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzeti “Qasid”, “Metro-servis”, “Azərmətbuatyayım” yayım şirkətləri tərəfindən satılıb. Həmin şirkətlər Vergi Auditi Departamentinə “Xural” qəzetinin satılmış nüsxələrinin sayı və Ə. Zeynallıya ödənilən pulun miqdarı barədə dəqiq hesabat verib. Lakin vergi yoxlamasını həyata keçirən müfəttiş yayım şirkətlərinin təqdim etdiyi qaimələrə əhəmiyyət verməyib. Preventiv Təhqiqat Qrupu müəyyən edib ki, “Xural” qəzeti “Ekspres Service” mətbəəsində çap edilib. Hər nüsxə qəzet üçün mətbəəyə 8 qəpik məbləğində pul ödənilib. Vergi müfəttişi Vergilər Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq qəzetin çap xərclərini gəlirdən çıxmayıb. Ə. Zeynallının vəkili Vergi Auditi Departamentinin yoxlamasından Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə apelyasiya şikayəti verib. 3 aprel 2012-ci il tarixində Ə. Zeynallıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ( Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) ilə yeni ittiham irəli sürülüb. Bu barədə Preventiv Təhqiqat qrupuna Ə. Zeynalının vəkili E. Sadıqov məlumat verib. E. Sadıqovun sözlərinə görə, müstəntiqlə birlikdə Ə. Zeynallı ilə görüşüb. Müstəntiq Ə. Zeynallını ittihamla tanış edib. Ə. Zeynallı ittihamı qəbul etmədiyini və ittihamın siyasi sifarişlə qəbul edildiyini bildirib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 213.1 maddəsində, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.



Ə. Zeynallıya qarşı yeni şikayətin verilməsi

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ə. Zeynallıya qarşı növbəti şəxs yazılı şəkildə şikayət ərizəsi ilə müraciət edib. “Xural” qəzetinin direktoru Nizamı Həsənlinin verdiyi məlumata görə, Nərimanov rayon sakini Aydın Heydərov yazdığı şikayət ərizəsində 2005-ci ildə Ə. Zeynallının ondan 400 ABŞ dolları həcmində pul tələb etdiyini bildirib. Preventiv Cavab Qrupu apardığı araşdırma zamanı məlum olub ki, iş adamı A. Heydərov 2005-ci ildə Ə. Zeynallını və “Xural” qəzetini məhkəməyə verib. Lakin məhkəmə zamanı şikayət ərizəsini geri götürüb. Preventiv Cavab Qrupu apardığı araşdırma zamanı o da məlum olub ki, A. Heydərov Ə. Zeynallıdan şikayət edən Milli Dövlətçilik Partiyasının sədri və Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevin xalası oğludur. İstintaq A. Heydərovla Ə. Zeynallını üzləşdirməyib”. 2012-ci ilin aprel ayının 27-də Ə. Zeynallının istintaqının rəsmi şəkildə yekunlaşdığını xatırladan Ə.Muxtarlı bildirib ki, Ə. Zeynallı vəkillərinin iştirakı ilə cinayət işi ilə tanış olub və ciddi saxtakarlqlar aşkar edib. 2012-ci ilin mayın 14-də Ə. Zeynallının işi üzrə Bakı Ağır Cinayətlərə dair Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Hazırlıq iclası 2012-ci ilin may ayının 18-də davam etdirilib. Məhkəmə prosesində Ə. Zeynallının və vəkillərinin qaldırdığı çoxsaylı vəsatətlər hakim tərəfindən əsaslandırılmadan rədd edilib. Məhkəmə heyəti 5 dəqiqəlik müşavirədən qayıtdıqdan sonra 16 dəqiqə ərzində qəbul edilən qərarı oxuyub. Bu hal məhkəmə qərarının əvvəlcədən hazırlandığı barədə məhkəmə iştirakçılarında rəy formalaşdırıb. Əvəz Zeynallının müdafiə hüququnun məhdudlaşdırılması halları davam edib”.
Ə. Zeynallının vəkili Elçin Sadıqov bildirib ki, 1 saylı Bakı İstintaq Tədqicxanasında rəhbərlik tərəfindən qanunsuzluqlar edilir. E. Sadıqov Ə. Zeynallı ilə görüşünün nəzarətçilər tərəfindən izlədildiyini, aralarında olan danışıqların dinlənildiyini və xüsusi səsyazma avadanlığı tərəfindən yazıldığını deyib. E. Sadıqov həmçinin qeyd edib ki, Ə. Zeynallı ilə görüşdən çıxdıqdan sonra nəzarətçilər tərəfindən yoxlamaya məruz qalır. Tədricxana nəzarətçiləri Ə. Zeynallının dövlət orqanlarına yazdığı müraciətlər nəzarətçilər tərəfindən müsadirə olunur. 2012-ci ilin fevral ayının 25-də E. Sadıqov növbəti dəfə yoxlamaya məruz qalıb. Vəkil bildirib ki, tədricxana rəhbərliyi Ə. Zeynalının müraciətlərini özləri tərəfindən ünvanlara çatdıracaqlarını bəhanə edərək, Ə. Zeynallının müdafiəsində mühüm rol oynaya biləcək sənədləri müsadirə ediblər. E. Sadıqovun bildirdiyinə görə, Ə. Zeynallı tədriçxana dəftərxanasından öyrənib ki, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Ombusmana Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Gülər Əhmədovanın “Xural” qəzetinin kollektivini təhdid və şantaj etməsi ilə bağlı etdiyi müraciətlər təcridxana rəhbərliyi tərəfindən ünvanına çatdırılmayıb. Vəkil E. Sadıqov onu da bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərinin hərəkətlərindən 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə etdiyi şikayət baxılmır. Ə. Zeynallının istintaqı yekunlaşdıqdan sonra vəkillərlə görüşünə imkan verilməyib. May ayının 2-də, 5-də, 12-də və 15 də vəkillər Bakı İstintaq Təcridxanasında Ə. Zeynallı ilə görüşmək istəkləri təcridxana rəhbəri tərəfindən qanunsuz olaraq rədd edilib. Təcridxana rəhbərinin qanunsuz hərəkətlərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi R. Allahverdiyevaya edilən şikayətlər cavabsız qalıb. Mehman Əliyev Ə.Zeynallıya qarşı aparılan “siyasi sifariş”in bütün Azərbaycan mətbuatına qarşı aparıldığını, əsas məqsədinsə azad sözün susdurulması olduğunu diqqətə çatdırdı. “Xural” qəzetinin direktoru NizamiHəsənli Bakı-Baltika MMC-nin – Xırdalan Pivə şirktinin “Xural” qəzetinə qarşı qaldırdığı məhkəmə iddiasını qanunsuz və əsassız hesab etdiyini söylədi: “Xural” qəzetinin redaksiyası iki dəfə yağmalanıb. Əlimizdə olan bütün sənədlər hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsindədir. Bütün bunlara baxmayaraq növbəti məhkəmə prosesləri zamanı biz əlimizdə olan faktları ortaya qoyacıq və qəzetdə gedən materialların faktlara söykənərək dərc edildiyini sübut edəcik. Heç bir məhkəmə araşdırması aparmadan, “Xural” qəzetini 50 min manat cərimələyən hakim də, “Xirdalan Pivə”şirkətinin icraçı rəhbəri Adam Tlexuray da qanun və cəmiyyət qarşısında hesabat verməli olacaqlar. Ə.Zeynallının vəkili Mənsum Bayramov əslində cəmiyyətin bütün bəlalarının məhkəmə sisteminin müstəqil olmamasında gördü: “Məhkəmələr, hakimlər müstəqil deyillər. Onlar ya siyasi sifarişləri həyata keçirirlər, ya da şəxsi maraqları öndə tuturlar. Bu da nəticədə ölkəni uşuruma aparan bir sistemin yaranmasına xidmət edir. Bir vəkil olaraq mən bütün məhkəmə proseslərində belə hallarla qarşılaşıram”.
Mətbuat konfransında o da nəzərə çatdırıldı ki, Ə.Zeynallının məhkəmə iclası mayın 31-də, saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək və Ə.Zeynallı haqqında qaldırılan cinayət işi, aparılan istintaq materialları ilə bağlı ciddi arqument və faktlara əsaslanan çıxış edəcək.

XuralTAC










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Bu gün, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Bu gün, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Bu gün, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Bu gün, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Bu gün, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Bu gün, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Bu gün, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Bu gün, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Bu gün, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Bu gün, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Bu gün, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Bu gün, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Bu gün, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Bu gün, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Bu gün, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Bu gün, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Bu gün, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Bu gün, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Bu gün, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Bu gün, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Bu gün, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Bu gün, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Bu gün, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Bu gün, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Bu gün, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Bu gün, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru