"Bu heç də yaxşı bir gələcək vəd etmir..." .....                     Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır .....                     Uşaqların müdafiəsi kimə həvalə olunub? .....                     “Premium Bank”ın nağd vəsaitləri azalıb .....                     Ukrayna hökuməti istefaya göndərildi .....                     Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub .....                     Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti .....                     Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı .....                     ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? .....                     Ermənistan əhalisini ikiqat artırmaq istəyir .....                     Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu .....                     Flora Kərimovanın müalicəsi ev şəraitində .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi .....                     Antiinhisar Agentliyi “Kontakt Home” barəsində .....                     “Xalq Sığorta”da yeni təyinat olub .....                     Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər .....                     Bu ay hansı məhsullar bahalaşıb? .....                     "Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" .....                     Qarabağ Universitetində yeni təyinat .....                     "Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb .....                     AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır .....                     “AccessBank” ÇÖKÜRMÜ: YOXSA? .....                     Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu .....                     Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR... .....                     “Quru sərhədlərlə bağlı yumşalmalar ola bilər” .....                     "Ağrılarım son vaxtlar daha da artıb" .....                     Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib .....                     "Bütün günü suyun gəlməsini gözləyirik..." .....                     Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır .....                     Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir .....                     Naxçıvanda iki dövlət qurumu ləğv edilir .....                     Zaur Nəbioğlu vəzifəyə təyin olundu .....                     Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib .....                     Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ .....                     “Bu, boks rinqi deyil, milli məsələdir!..” .....                     “Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” .....                     Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna .....                     Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb .....                     TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                 

BAKIDAN NATO SAMMİTİNƏ MÜRACİƏT
Tarix: 21-05-2012, 12:36 | Çap et
BAKIDAN NATO SAMMİTİNƏ MÜRACİƏT

REAL-DAN QƏRBYÖNÜMLÜ SİYASƏTƏ DƏSTƏK

Respuplikaçı Alternativ Hərəkatı İdarə Heyətinin NATO-nun Çikaqo sammitinə müraciət ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

В«Sabah və birisi gün ilk dəfə olaraq Birləşmiş Ştatlarda NATO dövlət başçılarının toplantısı keçiriləcək. Bu münasibətlə üzv ölkələrin rəhbərlərini salamlayır, Sammitin işinə uğurlar arzulayırıq. Ümid edirik, Azərbaycan yaxın gələcəkdə sizin təşkilata üzv olacaq və gələcək toplantılar coğrafiyasına Bakı da əlavə ediləcəkdir.

Bildiyiniz kimi, müstəqillimizin 20 ili ərzində Azərbaycan toplumunun baş axarı ölkəmizin Avro-Atlantik məkana qoşulması təşəbbüslərini daim dəstəkləyib. 1994-cü ilin mayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq sənədini Azərbaycan imzaladıqdan sonra münasibətlər yeni mərhələyə girdi, o cümlədən 1999-cu ildən etibarən NATO-nun bəzi sülhməramlı əməliyyatlarında iştirak edirik, və əməkdaşlığın davamı siyasi müzakirələrdə demək olar heç zaman prinsipial fikir ayrılığına səbəb olmamışdır.

Lakin, NATO təkcə xarici və hərbi siyasət təşkilatı deyil. O, həm də üzv və tərəfdaşlarından yüksək demokratik standartlara riayəti tələb edən bir qurumdur. Prezident Əliyevin NATO toplantılarına bəzi hallarda şəxsən qatılmasına baxmayaraq, NATO kimliyinin bu tərəfi onun tərəfindən ardıcıl olaraq rədd edilməkdədir.

Azərbaycanın NATO ilə birgə qəbul elədiyi sənədlərdə , xüsusilə 2005-ci ildə razılaşdırılan, 2008 və 2011-ci illərdə isə ikinci və üçüncü mərhələyə keçən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (İPAP) göründüyü kimi, siyasi islahatlar rəsmi Bakının öz üzərinə götürdüyü əsas öhdəliklər sırasına daxildir. Azərbaycan hakimiyyəti həm orada, həm də NATO ilə razılaşdırılmış digər sənədlər çərçivəsində demokratik seçkilər, insan haqlarının təminatı, ədalətli məhkəmə, silahlı qüvvələrə sivil nəzarət, rüşvət və büdcə oğurluğuna qarşı mübarizə sahəslərində çoxsaylı vəzifələri öz boynuna götürüb.

Bütün bunlara baxmayaraq 2003-cü ildən etibarən, demokratik standartların ölkəmizdəki durumu daim ağırlaşıb. Bu dövr ərzində iki dəfə parlament, iki dəfə prezident, iki dəfə bələdiyyə seçkiləri, eləcə də böyük önəm daşıyan Ana Yasa referendumu saxtalaşdırılıb. Media, xüsusilə də TV və radio üzərində, nəzarət dəfələrlə sərtləşdirilib. Bu azmış kimi, insanların mülkiyyət hüququnun kütləşvi şəkildə pozulmasına start verildi. Söylənilənlər inkişaf bəhanəsilə edilsə də, hakim ailənin zənginləşməsi haqqında xarici mediada dərc olunan silsilə sənədli reportajlar həqiqi motivin fərqli olduğunu hər kəsə göstərir. Seçkilərin saxta və medianın sıxılmış vəziyyətdə həyat sürməsi, üstəgəl bəzi obyektiv çətinliklər və hallar, insanlarda ümidsizliyə yönəldir və apatik sosial davranışlar aşılayır. Bunlar isə, həqiqi milli maraqlarımıza kökündən zidd standartlardır.

Eyni zamanda qüvvələrdə islahatlarla bağlı İPAP-da silahlı əksini tapan bir çox islahatlar yerinə yetirilmir: ordu üzərində sivil nəzarət tətbiq olunmayıb, hərbi xərclər yetərincə şəffaf deyil, güc strukturlarının parlament qarşısında hesabatlılığı yox dərəcədə zəifdir, orduda insan haqlarının pozulması faktları geniş yayılıb, silahlı qüvvələrdə rüşvətlə lazımi mübarizə aparılmır, təhlükəsizlik siyasətinin təyinatında vətəndaş iştirakı təmin olunmayıb və s.

Bununla belə, Azərbaycan rəhbərliyinin xarici və hərbi siyasətdə bir sıra addımlarını biz, REAL hərəkatı olaraq dəstəkləyirik. Bir il öncə, ölkədə ilk olaraq 2012-ci ildə icarə müddəti bitən Qəbələ radarı ilə bağlı Azərbaycan rəhbərliyini Rusiya qarşısında sərt siyasi və ya iqtisadi tələblər qoymağa çağırdıq. Bir neçə ay sonra, istədikərimiz baş verdi və ümidliyik ki, davam edən danışıqlarda rəsmi Bakı geriyə çəkilməyəcək.

İran nüvə proqramı ilə bağlı Bakının tutduğu rəsmi mövqe maraqlarımıza əsasən cavab versə də, bu sahədə NATO ilə daha yaxın əlaqələndirmənin qurulmasını vacib sayırıq.

Təəssüf ki, Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsində Azərbaycan rəhbərliyinin mövqeyi doğru olmadı və ölkəmiz, uzunmüddətli maraqlarının təminatı baxımından zaman itirdi. Hazırda, təşəbbüsün hətta bərpa ediləcəyi təqdirdə hansı nəticə verəcəyini əminliklə demək olmur. Tarixi fürsət qaçırıldı, və onun qayıdıb-qayıtmayacağını demək artıq çətindir.

Ermənistanın və Rusiya rəsmilərinin Azərbaycan ərazisinin işğalı məsələsində müntəzəm olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına istinadlar etmələri, faktiki ölkəmizi hədələməsi də ciddi rahatsızlıq doğurmalıdır. Ermənistan, rəsmi Moskvanın hərbi və siyasi dəstəyi olmadan torpaqlarımızı bir gün də işğal altında saxlaya bilməz.

Bir daha təkrar etmək istərdik ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti uzun dövrdür ki, ölkəmizi NATO-ya bağlayan siyasətləri dəstəkləyir, lakin iqtidarın getdiyi yol milli ehtiyaclardan çox, rəhbərliyin şəxsi maraqlarına və bəhanələrə bağlıdır. Halbuki, ölkəmizdə demokratik təsisatların möhkəmlənməsi qərarvermə prosesini xalqın istəyinə və gerçək maraqlarımıza tabe edərdi ki, bunlar da Avro-Atlantik birliyində üzvlük anlamına gəlir.

NATO sammitləri indiyədək heç zaman Azərbaycanda demokratik standartların durumu ilə bağlı öz rahatsızlığını açıq ifadə etməyib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ilk dəfə belə bir mövqeyin NATO Sammitinin sənədində və ya iştirakçıların rəsmi açıqlamalarda sərgilənməsini sizdən xahiş edirik. Bu, demokratik mübarizəmizə aydın və mühüm dəstək olardıВ».








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Dünən, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Dünən, 17:00
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
Ermənistan əhalisini ikiqat artırmaq istəyir - KİV
Dünən, 16:45
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 16:39
Flora Kərimovanın müalicəsi ev şəraitində DAVAM EDİR
Dünən, 16:34
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:30
Antiinhisar Agentliyi “Kontakt Home” barəsində inzibati protokol tərtib edib
Dünən, 16:26
“Xalq Sığorta”da yeni təyinat olub - ƏMR
Dünən, 16:24
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 16:21
Bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
Dünən, 16:04
"Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" - Əməkdar artist üzləşdiyi təhlükəli anlardan DANIŞDI
Dünən, 16:03
Qarabağ Universitetində yeni təyinat - DOSYE
Dünən, 15:58
"Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb - DETALLAR
Dünən, 15:56
AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır - Daha təhlükəsiz yollar naminə...
Dünən, 15:53
“AccessBank” ÇÖKÜRMÜ: YOXSA? - NƏ BAŞ VERİR?
Dünən, 15:50
Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu - ƏMR
Dünən, 15:40
Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR... - ETİRAZ VAR...
Dünən, 15:26
“Quru sərhədlərlə bağlı yumşalmalar ola bilər” – Natiq Cəfərli ilə gündəm SÖHBƏTİ
Dünən, 15:20
"Ağrılarım son vaxtlar daha da artıb" - Xalq artisti
Dünən, 14:52
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Dünən, 14:48
"Bütün günü suyun gəlməsini gözləyirik..." - NARAZILIQ VAR!
Dünən, 14:40
Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır - MƏQALƏ
Dünən, 14:29
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir - İsrafil Kərimovun yazısı
Dünən, 14:28
Naxçıvanda iki dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 14:22
Zaur Nəbioğlu vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 14:09
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib - KİV
Dünən, 14:03
Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ - TƏFƏRRÜAT
Dünən, 13:57
“Bu, boks rinqi deyil, milli məsələdir!..” – Sabir Rüstəmxanlıdan Ayaz Salayevə sərt cavab
Dünən, 13:50
“Məşədi İbad demişkən, pul elə bir şeydir ki, qocanı...” - Əməkdar artist
Dünən, 13:47
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
Dünən, 13:43
Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb
Dünən, 13:37
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:25
“İstedadsız gəlir, istedadlını üstələyir” - Cavidan Novruz
Dünən, 13:17
EHTİYATLI OLUN: -Bakıda yeni dələduzluq yayılıb
Dünən, 13:11
Vardanyanın arvadının “humanitar təşəbbüsü” - Absurd müraciət, boş cəhd
Dünən, 13:02
Tovuzda yeniyetmə xəstəxanada öldü
Dünən, 12:58
"Söhbət 2 manatdan getmir... AMMA..." - AXI NİYƏ?
Dünən, 12:55
"Tik-tok"er Bəniz 11 illik həbs ediləcək? – Gələn prosesdə hökm oxunacaq
Dünən, 12:48
Azərbaycanda həkimlərin 70 faizi insanları öldürməklə məşğuldur – Şair Prezidentə məktub yazdı
Dünən, 12:46
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Dünən, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Dünən, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru