"Artıq Türkiyə düşüncə olaraq parçalanıb" - İqbal Ağazadə
Tarix: 8-06-2015, 11:53 | Çap et
 Demokratiya ən pis idarə üsuludur. Ancaq təəssüf ki, bəşəriyyət indiyə qədər ondan daha yaxşı üsul kəşf etməyib. Bu sözləri bir zaman İngiltərənin sabiq baş naziri Uinston Çörçill seçkilərdə uduzarkən demişdi. O Çörçill ki, qələbəyə ümidləri böyük idi. Axı o Dünya müharibəsindən ölkəsini qələbə ilə çıxarmış bir siyasətçi idi. Ancaq xalq onu seçmədikdə məyusluqla həmin sözləri bildirmişdi.
Ötən gün Türkiyədəki seçkilərdə də məğlubiyyətə bərabər qələbə qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) mövqeyi də Çörçillin mövqeyinə çox bənzəyir.
Parlament seçkilərində çoxluğu itirən AKP-nin Konstitusiya Komissiyasının sədri Burhan Kuzu aşağıdakı sözləri deyib:
"Biz bu mənzərəyə layiq deyildik, millətə xidmətdən başqa heç nə etmədik".
Doğrudan da, son 13 ildə Türkiyədə hakimiyyətdə olan AKP qardaş ölkə üçün çox işlər görmüşdü. AKP dövrünün Türkiyəsi ondan əvvəlki Türkiyədən xeyli fərqlənirdi. Partiyanın əsas uğuru keçirilən islahatlarla bağlı idi. Bunun sayəsində xarizmatik lider Rəcəb Tayyib Ərdoğanın və partiyasının uğuru həm daxildə, həm də ölkə xaricində xeyli artmışdı. Siyasi islahatlar sayəsində ölkənin gücünü artıran AKP sosial islahatları ilə ölkə daxilində böyük nüfuza sahib ola bilmişdi. Son 13 il Türkiyə xarici borclarından tamamilə azad olub dünyanın ən güclü iqtisadiyyatına sahib 20 ölkəsindən birinə çevrilmişdi.
Yuxarıda sadalanan xidmətlər AKP üçün mütləq qələbə ümidi yaradırdı, ancaq olmadı. Ötən gün keçirilən seçkiləri AKP üçün Pirr qələbəsi və ya sonun başlanğıcı da saymaq olar.
İndiyə olan məlumata görə, seçkilərin nəticələri aşağıdakı kimidir:
Ədalət və İnkişaf Partiyası (AKP) 40.9% Cumhuriyyət Xalq Partiyası (CHP) 25.0% Milliyətçi Hərəkat Partiyası (MHP) 16.3% Xalqların Demokratik Partiyası (HDP) 13.1% Səadət Paartiyası 2.1%
Bu bölgələr artıq Türkiyənin deyilmiş kimi görünür
Seçkilərin nəticələri, sanki, Türkiyəni üç hissəyə bölüb. Ölkənin şərqində Diyarbəkir, Mardin, Van, Qars, Ərdəhan və kürdlərin kompakt yaşadığı digər bölgələrdə "Kürdlərin partiyası" kimi tanınan HDP qələbənin sahibidir. Ədirdnə, Çanaqqala, İzmir, Muğla, Tekirdağ kimi qərb bölgələrində Cumhuriyyət Xalq Partiyası (CHP) qələbə qazanıb. AKP isə ölkənin bütün mərkəzi bölgələrindən səs toplaya bilib. Seçki xəritəsinə baxdıqda da, şərq bölgələri artıq Türkiyənin deyilmiş kimi görünür.
Siyasətçilər və ekspertlər seçkilərin nəticələrinin ölkədə hakimiyyət böhranı yaradacağını deyirlər. Çünki belə bir tərkibdə koalisyon hökumət qurmaq mümkün olmayacaq.
Türkiyə məğlub oldu
Azərbaycanlı millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə Milli.Az-a açıqlamasında bildirib ki, güclü Türkiyə Azərbaycan üçün çox gərəklidir. Güclü Türkiyənin dünyada Azərbaycana verəcəyi nələrsə var, ancaq bu seçkilərdən Türkiyə olduqca zəif çıxdı.
"İlk dəfə idi ki, parçalanmış bir vəziyyətdə, etnik-milli konfliktlərin növbəti vüsət mərhələsi parlamentə daşındı. Türkiyə bu seçkilərdən uduzdu. Bu seçkinin nəticələri Türkiyəni yıpradacaq. Bu da Ərdoğan və komandasının neçə illər apardığı qeyri-sabit, Türkiyənin perspektivinə hesablanmamış, yalnız AKP hakimiyyətini qoruyan və ölkənin gələcəyini düşünməyən siyasətin nəticəsidir. Mən bütün bunlara təəssüf edirəm", - o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, AKP seçkilərdə 40.9% səs toplasa da, əslində məğlub olub.
"AKP seçkilərdə qələbə qazanmayıb. AKP-nin bugünkü məğlubiyyəti, Türkiyənin məğlubiyyətidir. AKP-nin təkbaşına qalib gəlməsi belə AKP tərəfdarı olmayanları sevindirərdi, nəinki bu nəticə. CHP, MHP və digər Türkiyə sevərlər AKP qələbəsindən sevinərdi, ancaq bu nəticədən heç kim sevinmir. Artıq Türkiyə düşüncə olaraq parçalanıb", - İ.Ağazadə bildirib.
Millət vəkili deyir ki, Suriya və İraqda baş verənləri nəzərə alsaq, biz görərik ki, bu, Türkiyənin gələcəyi üçün çox pisdir.
"Çünki Türkiyə uzun müddət apardığı siyasətdə də təklənmişdi. Elə dövlətlərə sığınıb siyasət aparır ki, o siyasətin nəticəsində Türkiyə uduzacaq. Azərbaycan belə bir məqamda yalnız dua edə bilər Türkiyə üçün", - Ağazadə qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59 |
|
|
|
| • “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56 |
|
|
|
| • Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52 |
|
|
|
| • "Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50 |
|
|
|
| • "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46 |
|
|
|
| • Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43 |
|
|
|
| • "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26 |
|
|
|
| • Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17 |
|
|
|
| • “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09 |
|
|
|
| • Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07 |
|
|
|
| • Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06 |
|
|
|
| • “Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05 |
|
|
|
| • "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59 |
|
|
|
| • Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55 |
|
|
|
| • ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52 |
|
|
|
| • ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49 |
|
|
|
| • Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48 |
|
|
|
| • “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47 |
|
|
|
| • Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32 |
|
|
|
| • Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31 |
|
|
|
| • “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29 |
|
|
|
| • Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19 |
|
|
|
| • “SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
| • Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15 |
|
|
|
| • Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04 |
|
|
|
| • Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50 |
|
|
|
| • Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35 |
|
|
|
| • Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14 |
|
|
|
| • AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53 |
|
|
|
| • Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35 |
|
|
|
| • “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18 |
|
|
|
| • Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09 |
|
|
|
| • "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04 |
|
|
|
| • CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01 |
|
|
|
| • Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58 |
|
|
|
| • Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55 |
|
|
|
| • "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51 |
|
|
|
| • Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48 |
|
|
|
| • "Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24 |
|
|
|
| • "Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20 |
|
|
|
| • Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14 |
|
|
|
| • Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13 |
|
|
|
| • Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11 |
|
|
|
| • Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09 |
|
|
|
| • Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05 |
|
|
|
| • Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
|