Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                     “Ermənistanın qarantı Azərbaycandır” .....                     "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir .....                     Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” .....                     Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” .....                     ABŞ Ermənistanı talayacaq .....                     ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq .....                     Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı .....                     “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb .....                     Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Bacısının qayınatasını öldürmək istəyən gənc: .....                     “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” .....                     Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI .....                     “SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Bu il neçə kişi qadının soyadını qəbul edib? .....                     Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... .....                     Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR .....                     Şuşa yoluna pul verərik, amma... .....                     Bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ .....                     Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                 

"Bəzi məmurlar canlarını və mallarını qorumaq üçün hər cür təxribata gedə bilər" - Keçmiş baş nazir
Tarix: 30-05-2015, 08:51 | Çap et
 "Bəzi məmurlar canlarını və mallarını qorumaq üçün hər cür təxribata gedə bilər"
“Yeni Müsavat” qəzetinin ötən sayında məmur-oliqarxların müxalifətdən kömək istədiyi, yaranmış vəziyyətlə bağlı müxalifət düşərgəsinin bir sıra tanınmış fiqurlarının bir araya gəldiyi, hazırkı situasiyada necə hərəkət etmək istiqamətində ciddi müzakirələr apardığı barədə informasiya yayılıb. Qəzetin manşet yazısı olan məqalə, oradakı informasiyalar ciddi rezonans doğurub. Orada əksini tapan məqamlar, ortaya çıxan bir sıra suallara aydınlıq gətirmək üçün müxalifətin önəmli simalarından sayılan AXP sədri Pənah Hüseynlə söhbətləşdik.

- Pənah bəy, qəzetimizdə müxalif düşərgənin bir sıra təmsilçilərinin ölkədəki son həbslərdən sonra yaranmış vəziyyətlə bağlı toplantı keçirdikləri və müzakirə apardıqları barədə informasiya verilib. Siyasi müxalifətin əsas fiqurlarından biri olaraq bu barədə sizə nə məlumdur?

- Xüsusi olaraq bu mövzuda toplantı keçirilməsi barədə bir şey deyə bilmərəm. Ancaq ayrı-ayrı siyasətçilərlə ölkədə baş verən hadisələrlə əlaqədar məsləhətləşmə və fikir mübadiləsi olur. Əlbəttə ki, bu məsləhətləşmələrin çevrəsi rəsmən əməkdaşlıq etdiyimiz partiya və şəxslərlə məhdudlaşmır. Aydındır ki, Bakıda çoxsaylı insan tələfatı ilə müşayiət olunan yanğın hadisəsi və bunun iri miqyaslı korrupsiyanı aşkara çıxarması, habelə və xüsusən Beynəlxalq Bankda dövlətin maliyyə təhlükəsizliyini və nəticə etibarı ilə milli təhlükəsizliyini, sosial-iqtisadi və siyasi stabilliyini təhdid edən dərəcədə, hələ sərhədləri tam aşkara çıxmamış müdhiş miqyaslı kredit fırıldaqları kimi hadisələrlə bağlı müxalifətdaxili təmaslar, məsləhətləşmələr də intensivləşir. Bu, müxtəlif dairələri hərəkətə gətirir və çevrəni genişləndirir.

- Qəzetdə dərc olunan materialda ip ucları, hər halda, var. Burda konkret olaraq oliqarxların müxalifəti fəallaşmağa dəvət etməsi və kömək vədlərinin müzakirəsindən gedir.

- Bilirsiniz, heç kəs gəlib bir neçə nəfərin yanında deməz ki, filan oliqarx xəbər göndərib ki, fəallaşın, mən də kömək edəcəm. Siz müxalifətdəkiləri də elə avam, sadəlövh saymayın. Vədin təminatı olmasa, heç bunu sayıb söhbət mövzusu belə etməzlər. Təminat deyən kimi bəzilərinin ağlına ancaq maddi təminat gəlir ki, bu, belə deyil. Söhbət ondan gedir ki, elə addımlar atılmalıdır, geriyə yol qalmasın. Məsələn, belə bir halı mən icazə verin ad çəkmədən xatırladım. Hələ keçən əsrin sonunda müxalifət oliqarx kimi adı çəkilənlərdən biri ilə ancaq o vaxt ciddi münasibətlər qurmağa razılıq verdi ki, həmin şəxs geri çəkilməyi istisna edən açıq siyasi mövqelər ortaya qoydu. Odur ki, sizin sualınızdakı mövzuda hansısa söhbətdə kimsə nəyəsə işarə edə bilər, ancaq bu işarə edilənləri təsdiq edən real əlamətlər ortada olmasa, heç kəs tərəfindən ciddi qarşılanmaz.

- Bu gün də iri vəzifələrdə çalışan oliqarxlar buna cəsarət edərmi?

- Heç şübhəsiz etməzlər. Ona görə də onlarla siyasi müxalifətdə ağlı başında olanlar tərəfdaş münasibətləri qurmaz. Burda uzağı müvəqqəti və həm də bir-birinə zidd olan məqsədlərdən irəli gələn maraqlardan danışmaq olar. Bu cəhətdən sizin dərc etdiyiniz yazıdakı təhlillə razılaşmaq mümkündür. Yəni hazırda müşahidə etdiyimiz proses məntiqi şəkildə davam etsə, İlham Əliyev hakimiyyət elitasını bir növ yenidən formatlaşdırmalıdır. Kimlərisə vəzifədən qovmalıdır, kimlərisə həbs etməlidir, bəzilərinin həm də topladıqları var-dövlət və mülkiyyəti əlindən alınıb müsadirə edilməlidir və s. Bu potensial hədəfdə olanların əksəriyyəti əlbəttə ki, qorxudan indi iflic vəziyyətindədirlər və tərpənməyə cəsarət etmirlər. Lakin bəziləri də yollar axtarırlar ki, bu prosesin qarşısını alsınlar. Onlar sonda canlarını və mallarını qurtarmaq üçün xaosa, qarışıqlığa da gedərlər və bunun üçün hər cür təxribatı gözləmək olar. Ancaq bu, son, necə deyərlər, axırıncı üsullardır. Sınanmış metod, birinci şəxsin hakimiyyətinə təhlükə yaratmaq və ya belə bir görüntü yaradıb onu sona qədər getməkdən çəkindirməkdir. Bunun üçün isə ən cəlbedici yol siyasi müxalifətin fəallaşdırılmasıdır. Dəbdə olan terminləri istifadə etsək, optimal olan müxalifətin bir növ idarə olunan fəallığı situasiyası yaratmaqdır.

- Yəni deyirsiniz, oliqarxların belə beyin mərkəzləri var ki, bu cür taktikalar işləyib hazırlasınlar?

- Güman eləmirəm ki, onların xüsusi bu cür mərkəzləri, qurumları, paralel təsisatları olsun. Başlıcası instinktdir. Ancaq ən azı bir neçəsi var ki, artıq özyetərli sistemə çevriliblər, klanlaşıblar. Burda, məsələn, qohumluq əlaqələrini kənara qoymaq olmaz. Son dövrdə hakim elita qapalı kasta kimi hətta yeni ailələri də öz içərisində qururdu və qohumluq əlaqələri ilə bir-birinə bağlanıb klanlar şəklində formalaşıblar. Deyilənə görə, hətta bunu siyasət kimi işləyib icrasına nəzarət ediblər. Ancaq indi bu əlavə bir təhlükə mənbəyinə çevrilib. İndi klanda birinə toxunanda, birinin üstünə gedəndə, digərləri da potensial qiyamçıya çevrilirlər. Odur ki, oliqarxiyaya qarşı çıxmaq və sona qədər getmək elə də sadə məsələ deyil. Bunun üçün alternativ dayaqlar, istinad, zəmin olmalıdır. Məsələn, kütləvi ictimai dəstək, ideoloji mütəşəkkil qüvvə - təşkilat, ordu, yetərli xarici güclərin dəstəyi və s. O cümlədən daxildə siyasi müxalifətin dəstəyini almadan və ya neytrallığına nail olmadan bu cür addımlara getmək istənilən hakimiyyət üçün çətindir və risklidir. Yəni elə bir situasiya yaranıb ki, nə avtakratiya, nə də bu sistemin üzvi törəməsi olan və bu gün hədəfə gəlmə təhlükəsi qarşısında qalmış oliqarxiya siyasi müxalifəti gözardı edə bilməz.

- Belə olan halda prezident İlham Əliyev nə üçün onun özü üçün riskli addımlara getsin?

- Çünki başqa cür də hakimiyyəti saxlamaq mümkün deyil. Bu cür addımlar ümumiyyətlə avtoritar rejimlərin mövcudluq üsuludur. Başqa cür hər hansı transformasiya mümkün görünmür və bu tipli rejimlərdə mümkün də deyil.

Beynəlxalq Bankda baş verənləri başqa cür necə izah etmək olar? Əvvəl mənimsənilən 6 milyard manatdan danışdılar, sonra 8 milyard, ən son 12 milyardlıq faktiki oğurluqdan bəhs edilir. Elə bu gün həbs olunanların birinin vəkilinin adından məlumat getdi ki, Beynəlxalq Bankın Dubay filialına 320 milyon manat pul keçiriblər, həmin filialın müdiri də pulları hansısa zavodlarla bağlı müxtəlif şirkətlərə verib və həmin zavodların kimlərə məxsus olmasını da bilmir. Yaxud yenə həmin filialın həbs edilən müdirinin adına saxta şirkət açıb 20 milyon veriblər, o, heç bu pulun üzünü də görməyib və hara, nə üçün verilməsini də bilmir və həbs edilsə belə bu pulları qaytara bilməyəcək. Bu, hələ bir bankda aşkara çıxanlardır.

Deyilir ki, başqalarındakı, o cümlədən Dövlət İnvestisiya Fondunda vəziyyət bundan yaxşı deyil. Ümumiyyətlə, dövlətin neftdən, qazdan əldə etdiyi ehtiyatların əhəmiyyətli bir hissəsinin oğurlandığından, xəzinənin boş qalmasından söhbət gedir. Neft Fondunun ehtiyatlarının əhəmiyyətli hissəsinin ofşorlarda, riskli qiymətli kağız, birja oyunlarında it-bata düşməsi şayiələri baş alıb gedir. Aydınlıq gətirən də yoxdur. Mərkəzi Bank, Maliyyə Nazirliyi, Hesablama Palatası ağzına su alıb susur.

Bütün çatışmazlıqlara baxmayaraq, kifayət qədər yetərli qanunvericilik bazası və qanunların yerinə yetirilməsini təmin etməli olan dövlət strukturları vardır ki, onların öz funksiyalarını yerinə yetirdiyi halda, işlədiyi halda bu hadisələrin baş verməsi mümkün deyil. Diqqətinizi bir şeyə cəlb edim. Məncə, son dövrdə səhv etmirəmsə, mayın 27-dəki tədbirdəki nitqində İlham Əliyevin dilindən səslənən “prezident həmişə, hər şeyi nəzarətdə saxlaya bilməz” bəyanatı vəziyyətin dramatikliyindən xəbər verir və həm də göstərir ki, İlham Əliyev yaranan sualların birinci növbədə təbii olaraq ona ünvanlandığının fərqindədir.

- Bir sıra ekspertlər, o cümlədən müxalifət bu dəfə də proseslərin yarımçıq qalacağı və xırda fiqurların cəzalandırılması ilə sonuclanacağı, oğurluqların ört-basdır ediləcəyini proqnozlaşdırırlar. Siz necə düşünürsünüz?

- Əvvəlki dövrlərdə baş verənləri xatırlasaq başqa cür düşünmək də çətindir. Yəni belə təcrübələr var. Ancaq nə bilmək olar. İndi də xalq, cəmiyyət passiv, seyrçi mövqedə qalacaqsa yenə belə olacağını düşünmək məntiqi görünür. Ancaq hər şey məntiqlə cərəyan etmir ki...

- “Yeni Müsavat”da gedən məlumatda hazırkı situasiyada müxalifətin strategiyası barədə iki fərqli mövqeyin meydana çıxdığı deyilir. Birincilər baş verən hadisələri, fors-major xarakterli, o cümlədən prezident-oliqarx qarşıdurması, yuxarıların əvvəlki qayda ilə idarə edə bilməməsi əlaməti kimi dəyərləndirib oliqarxların hansı məqsəd güdmələrindən asılı olmayaraq onlardan da istifadə etməklə inqilabi fəallıq göstərməyə, digərləri isə hadisələrin təbii axarına mane olmayaraq sakit oturub gözləməyə, hətta bəziləri dolayı yolla İlham Əliyevə dəstək göstərilməsi xəttinə üstünlük verirlər. Siz hansı mövqedəsiniz?

- Məncə, burda məsələ həddən artıq sxematikləşdirilib. Baş verən hadisələrə, bu fəlakətə, bu miqyaslı korrupsiyaya cəmiyyət, müxalifət necə susub laqeyd qala bilər? Yəni mən qəti əleyhinəyəm və qəbul etmirəm ki, indiki vəziyyətdə bu hadisələrlə bağlı müxalifətin fəallaşması halları dərhal və tamamən oliqarxların sifarişi elan edilsin. Demokratik müxalifət heç vaxt kiminsə əlaltısı rolunu oynamayıb və əminəm ki, bundan sonra da belə məsələ ola da bilməz. Eyni zamanda hesab etmirəm ki, müxalifətin fəallaşmasının labüd nəticəsi İlham Əliyevin başlatdığı prosesi durdurmasına və oliqarx-məmurlara bu dəfə dəstək almaq üçün üz tutması ola bilər.

Hərçənd ki, bu ehtimalı kənara da qoymaq olmaz. Lakin başqa, az inandırıcı olmayan yanaşmalar, mövqelər də var. İstəyirsiniz bunu üçüncü mövqe adlandırın. Məncə, məhz cəmiyyətin bu hadisələrlə əlaqədar seyrçi qalmaması, o cümlədən məmur oliqarxiyasına qarşı fəal mübarizə mövqeyi tutması İlham Əliyevin daha ciddi dəyişikliklərə getməsini şərtləndirə bilər. Məsələn, yaranmış situasiyada ən optimal addımlardan biri olaraq Artur Rasizadə kabinetinin istefaya göndərilib yeni kabinetin məmur-oliqarx kimi tanınan və hadisələrə görə məsuliyyət daşıyan şəxslər olmadan formalaşdırılması ola bilər. Habelə, ciddi dəyişikliklər üçün demokratik müxalifətlə əməkdaşlıq şəraitində yeni parlament seçkilərinin tezləşdirilməsi və keyfiyyətcə fərqli, ictimai dəstəkli parlamentin formalaşdırılması vacibdir ki, dəyişikliklərin mexanizmlərindən biri də əldə edilsin.

Bu addımlar həm də məmur-oliqarxların və onların Milli Məclisdəki uzantılarının əli ilə dövlət əleyhinə mümkün təxribatları da neytrallaşdırardı. Bu təkliflər “Azadlıq -2015" seçki blokunun son iclasının qərarlarında irəli sürülüb. Deyilənlər müxalifətin birliyi məsələsinə də aiddir. Əslində yaranmış vəziyyət müxalifətdən qeyri-standart addımlar atmağı tələb edir. ”Bizdən başqa müxalifət yoxdur, biz bir yerdəyik və deməli, müxalifət birləşib" kimi xəyali və zərərli təsəvvürləri bir kənara qoymaq lazımdır. Cəmiyyətin bu gün bir yerdə oturmasını belə təsəvvür etmədiyi şəxslərin həqiqətən, məxfi yox, açıq şəkildə bir yerdə oturub vəziyyəti müzakirə etmələrinə, demokratik düşərgənin şəffaf şəkildə bir araya gəlməsinə ehtiyac var. Mən siyasi müxalifətin demokratik prinsiplər və dəyərlər platformasında qalmaqla, Azərbaycanın demokratikləşməsi strategiyasından vaz keçməməklə hər cür taktiki manevrlərdən çəkinməməsi qənaətindəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru