Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü .....                     Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? .....                     Rusiyadan Ermənistanla bağlı şok hesabat: .....                     Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... .....                     Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     `Post Cargo` POST OLUB GETDİ! .....                     "İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" .....                     Əli Əhmədovun oğlu baş həkim təyin edildi .....                     Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? .....                     Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                     Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir .....                     “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” .....                     Ermənistan üçün Rusiya asılılığı bitir? .....                     "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     "60 manatın cəmi 25 manatını qaytardılar..." .....                     Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi .....                     Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? .....                     Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı .....                     Kremlin ilginc Güney Qafqaz PLANI .....                     İsi Mustafayev yüksək vəzifəyə təyin edildi .....                     “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” .....                     Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                 

“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
Tarix: 17-07-2014, 09:57 | Çap et
“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
AXC-nin yubileyinin qeyd olunduğu ərəfədə AXCP sədri Əli Kərimlinin ruporu kimi fəaliyyət göstərən “Azadlıq” qəzetində “xatirə”ləri dərc olunub. Əsası Əbülfəz Elçibəy tərəfindən qoyulan, sonra isə parçalanmaya məruz qalan qurumun yaradılmasının növbəti ilində Ə.Kərimli yenə də özünə əl qataraq AXC-nin fəaliyyətindəki “misilsiz” xidmətlərindən danışıb. Klassik cəbhəçilərin Elçibəyə xəyanətdə ittiham etdiyi Ə.Kərimli xislətinə sadiq qalaraq cəbhə hakimiyyətinin etdiklərini öz adına çıxıb, öndər “zəhmətkeş”in özü olduğunu vurğulamağa çalışıb. Təbii ki, onun dedikləri ciddi qəbul olunmayıb və partiya sədri növbəti dəfə özünü lağ obyektinə çevirib. AXC dövrünü yaşamış, baş verənlərə canlı şahid olmuş şəxslər onu özünü həmin dövrün lideri kimi təqdim etməsinə, hər şeyi öz adına çıxmaq mərəzindən qurtula bilmədiyinə görə qınadılar.
Bu mövzuda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, yazını oxuyarkən oradakı şişirtmələrə görə təəssüf hissi keçirib: “Hamı bilir ki, o komanda çox təcrübəsiz idi. Ona görə də onlar tarixdə ölkənin inkişafı ilə bağlı heç bir strateji planı olmayan, bir-birinin ardınca həm daxili, həm də xarici siyasətdə məğlubiyyətə uğrayan iqtidar kimi qalıblar. Həmin dövr Azərbaycan vətəndaşlarının yaddaşına “itirilmiş imkanlar dövrü” kimi yazılıb. Təəssüf ki, o dövrkü iqtidar nümayəndələri vahid komandan ətrafında birləşə bilmədilər. Heç normal ordu da qurmadılar. Bunun nəticəsində ölkəmiz cəbhə xəttində böyük məğlubiyyətlərə düçar oldu. Azərbaycan üçün təkcə siyasi deyil, iqtisadi tərəfdən də bir şey edə bilmədilər. Onlar planlı, nizamlı fəaliyyət göstərmirdilər. Hətta hakimiyyətlərinin son dövründə ən zəruri ərzaq mallarının qıtlığı yaranmışdı. Bilirsiniz ki, o zaman insanlar çörək növbəsində dururdular. Ona görə də millətdə iqtidara qarşı böyük inamsızlıq əhval-ruhiyyəsi formalaşmışdı”.
A.Mirzəzadə qeyd etdi ki, AXC dövrü təkcə daxili siyasətdəki uğursuzluqları ilə yadda qalmayıb: “İqtidar xarici siyasətdə də böyük uğursuzluğa uğramışdı. Qonşu dövlətlərlə, Azərbaycana strateji müttəfiq ölkələrlə düşmənçilik münasibətləri yaratmışdılar. Ona görə də həmin dövlətlər beynəlxalq aləmdə Azərbaycana dəstək olmaqdan imtina etdilər. Məlumdur ki, iqtidarın daxilində də parçalanma var idi və hakimiyyət nümayəndələri açıq şəkildə biri-birini müəyyən məsələlərdə ittiham edirdilər. Onların fəaliyyətləri sonda vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Yazıdan da gördüyünüz kimi, Əli Kərimli bu məqaləsini müstəqillik dövründə anadan olmuş və bu gün elə də çox yaşı olmayan gənc nəsil üçün nəzərdə tutub. O hesab edir ki, gənclərimiz öz tarixlərindən xəbərsizdirlər və onlara istənilən nağılı danışmaq olar. Düşünürəm ki, Azərbaycanın həmin dövrdəki uğursuzluqlarına məsuliyyət daşıyan şəxslərdən biri məhz Əli Kərimli özüdür. Bu gün Azərbaycanın uğurları göz qabağındadır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra seçdiyi düzgün yol nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Qeyd etməliyəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Əli Kərimli və onun komanda üzvləri Sürət Hüseynov tərəfindən Bakının mərkəzi meydanında dar ağacından asılmaq təhlükəsindən xilas olub. Sürət Hüseynov bunu açıq şəkildə elan etmişdi. Əli Kərimlinin indiki dövrdə, demokratiyanın inkişaf etdiyi ölkədə, özünün nəzarəti altında olan mətbuat orqanında belə çıxış etməsi normaldır. Hesab edirəm ki, bu cür, yalana söykənən fikirlərlə geniş auditoriyaya təsir etmək mümkün deyil”.
Millət vəkilinin fikrincə, Əli Kərimli o dövrdə görülən işləri adına çıxırsa, elə birdəfəlik həmin müddətdə ölkəyə prezidentlik etdiyini elan eləsin: “Əli Kərimli etiraf etsin ki, o zaman prezident özü olub, Əbülfəz Elçibəy yox. Bu məqam bayaq dediyim fikri bir daha təsdiq edir ki, həmin dövrdə iqtidarda olanlar bir-birilərini vurmağa çalışırdılar. Yüksək vəzifədə olanların hamısı, o cümlədən, Əli Kərimli Əbülfəz Elçibəyi nəzarət altında saxlamağa, öz siyasətini yürütməyə çalışırdı. Aydın məsələdir ki, bu gün o şəxslərin hər biri özünü qəhrəman kimi təqdim etməyə çalışacaq, olanları başqa formada təqdim edəcək. Əminəm ki, xalqımız bir dəfə onların hakimiyyətini gördüyünə görə bir daha öz taleyini həmin komandanın əlinə verməyəcək”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, birillik hakimiyyəti iyirmi bir illik hakimiyyətlə müqayisə etmək doğru deyil: “Həmin dövrün böyük təhlilə ehtiyacı var və bir səhifəlik yazı ilə bitən məsələ deyil. Hamı bilir ki, o dövr Əli Kərimlinin dediyi kimi ideal olmayıb. O, yazısında Kəlbəcər və Qarabağ məsələsində Türkiyənin iştirakını vurğulayır. Qeyd edir ki, guya buna onlar nail olublar. Amma məlumdur ki, Türkiyə bütün məsələlərdə bizə yardım edir. Onlar təkcə AXC dövründə deyil, bütün müstəqillik tariximizdə bizimlə olublar. Türkiyənin bizə yardım etdiyi kimi, Azərbaycan da hər zaman onlara köməyini əsirgəməyib. Belə bir sual verə bilərlər ki, Türkiyə o zaman həmsədr dövlət idimi? Xeyr. Türkiyə heç vaxt həmsədr dövlət olmayıb. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olub və yaxın dövlət kimi bizə yardım etməyə çalışıb. Əli Kərimli yazısında məhkəmələrlə bağlı məqamlara da toxunub. Doğrudur, o zaman müstəqil məhkəmə hakimiyyəti formalaşması üçün işlər görülürdü. Məhkəmə quruculuğu, onların müstəqil hakimiyyəti üçün, hakim statusu və s haqda qanun qəbul edilmişdi. Bəs nə üçün gizlədilir ki, həmin qanunlara prezident qol çəkməmişdi”.
T.Kərimli nəzərə çatdırdı ki, o dövrkü iqtidardan hər zaman təzyiq görüb: “Mən xaricdə olanda Milli Məclisə qanun təqdim edilmiş və o rədd olunmuşdu. Ondan sonra mən əlimdə istefa ərizəmlə parlamentdə çıxış etdim. Dedim ki, ya bu qanun qəbul olunacaq, ya da belə hakimiyyətin Ali Məhkəməsinin sədri işləməyəcəyəm. Bir məsələni də deyim. O vaxt Lenin muzeyi ləğv olunmuşdu və prezidentin fərmanı ilə ədalət evi kimi ədliyyə orqanlarına verilmişdi. Sual yaranır – onu icra etməyə kim qoymadı? Həmin vaxtlarda В«AzadlıqВ» qəzetinin özündə əleyhimizə yazılar verildi. Mənim rüşvətxorluğun qarşısının alınması üçün etdiyim təklifə lağ edirdilər. O vaxtı demişdim ki, hakimlərin rüşvət almaması üçün əmək haqqını 100 dollar civarında vermək lazımdır. Buna görə qəzet mənə gülür, haqqımda onlarla iftira yazırdı”.
Müsahibimiz bildirdi ki, o dövrdə Əli Kərimlinin iddia etdiyi kimi şəffaflıq olmayıb: “Məhkəmənin qərarlarını icra etmirdilər. Nazirlərin özbaşınalıqları da göz qabağında idi. Ay Əli Kərimli, sən müxalifətsən və hazırkı hakimiyyəti tənqid edə bilərsən. Buyur, sağlam şəkildə tənqidlərini söylə. Bunun əvəzində durub o dövrü, özünü ideallaşdırmağa ehtiyac yoxdur. Bütün məsələlərdə obyektiv olmaq lazımdır. İnsan gərək öz səhvlərini deməyi bacarsın. Barəndə təriflər deməklə iş bitmir, yanlışlarınızı da yazmağı bacar. Belə obyektivsinizsə, o dövrü təkcə tərifləməyin, harada səhv etdiyinizi də yazın. Özünün edə bilmədiyini başqasından tələb etmək nə dərəcədə düzgündür?”
Partiya sədri staus-məqalədə hakimiyyətin ideallaşdırılması cəhdinə təəssüfləndiyini dedi: “Orada qeyd olunur ki, Azərbaycan hərbi qüvvələri Rusiya ordusunu ölkə ərazisindən çıxara bilib, amma digər dövlətlər bunu bacarmayıb. Bu, düzgün mülahizə deyil. Necə olur daha böyük dövlətlər edə bilmir, amma balaca Azərbaycan Rusiya qoşunlarına təzyiq edir və onu ərazisindən çıxarmağa müvəffəq olur? Heç kim bu sualı onlara vermir. Rus hökuməti getməsəydi, onu ölkədən çıxarmaqmı olardı? Bu məsələdə Azərbaycan hakimiyyətinin rolunu şişirtmək lazım deyil. Çünki Rusiya beynəlxalq danışıqlar nəticəsində Azərbaycan ərazisindən çıxdı. Özləri getməsəydilər, bizim onları çıxarmağa heç cür gücümüz çatmayacaqdı. Bu məqamı ona görə deyirəm ki, tənqidlərin obyektiv olmağına tərəfdar adamam”.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Bu gün, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Bu gün, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Bu gün, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Bu gün, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Bu gün, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
“Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru