Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                     Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir .....                     “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” .....                     Ermənistan üçün Rusiya asılılığı bitir? .....                     "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     "60 manatın cəmi 25 manatını qaytardılar..." .....                     Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi .....                     Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? .....                     Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı .....                     Kremlin ilginc Güney Qafqaz PLANI .....                     İsi Mustafayev yüksək vəzifəyə təyin edildi .....                     “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” .....                     Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                 

Şahlar Əsgərov Heydər Əliyevlə 1969-cu ildəki ilk görüşündən danışdı
Tarix: 12-07-2014, 12:09 | Çap et
Şahlar Əsgərov Heydər Əliyevlə 1969-cu ildəki ilk görüşündən danışdı
...Fizika sahəsində dünya elminin tanıdığı maraqlı tədqiqatlar aparan bu alimin taleyinin üç məqamı mərhum eks-prezident Heydər Əliyevin həyatının dönüş nöqtələri ilə kəsişir. Birincisi, onun doğum tarixi -15 iyuna (Milli Qurtuluş Gününə) təsadüf edir... Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk gəlişinin (14 iyul 1969-cu il) 45 illiyi ərəfəsində Yeni Azərbaycan Partiyasının qurucularından və məşhur “91”lərdən biri, professor Şahlar Əsgərovla etdiyimiz söhbətdə sözügedən digər iki məqamı da tapa bilərsiz:



- Şahlar müəllim, 1969-cu ildə siz artıq 28 yaşlı gənc alim kimi namizədlik dissertasiya müdafiə etməyə hazırlaşırdınız. Həmin il başladığınız fiziki elektronika sahəsindəki tədqiqatların nəticələrinin bir neçə il sonra ABŞ-ın NASA Kosmik Agentliyi tərəfindən tətbiq ediləcəyi, yəqin heç ağlınıza da gəlməzdi. Eyni il Azərbaycanın taleyində də dönüş ili idi: 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan KPMK-nın I katibi təyin olunmuşdu. Həmin xəbəri eşitdiyiniz günü necə xatırlayırsız?
- O vaxt mən dissertasiya işimi rəhbərimlə müzakirə edib, müdafiəyə hazırlaşırdım. Bu məqsədlə Leninqradda idim. Yadımdadır ki, iyul ayında eşitdik ki, Azərbaycan KPMK-nın I katibini dəyişiblər, yeni respublika rəhbərinin adı-soyadı isə Heydər Əliyevdir. Doğrusu, biz o vaxt gənc alimlər kimi yalnız işimizlə - tədqiqatlarla məşğul olduğumuzdan siyasətlə-filanla çox maraqlanmırdıq. Biz yaşlılardan soruşduq ki, kimdir Heydər Əliyev. Dedilər ki, “KQB” generalıdır, 1967-ci ildən Azərbaycan DTK-nın rəhbəri olub. Onu da deyim ki, həmin vaxt ildən-ilə Azərbaycanda neqativ hallar artırdı. Artıq bu vəziyyət cəmiyyətdə müzakirə edilirdi. Lakin “KQB” generalının hakimiyyətə gəlməsi xəbəri cəmiyyətdə bir ümid yaratdı. Leninqradda 60-dan çox azərbaycanlı aspirant tez-tez bir yerə toplaşardıq. Hamı deyirdi ki, DTK rəhbərinin rəhbər seçilməsi yaxşıdır. Çünki DTK həmişə savadlı, güclü kadrlar yetişdirir. Bu rəhbər yəqin ki, Azərbaycanı nizama salacaq. Yadımdadır, yoldaşlarımızdan biri söylədi ki, inşallah, Bakıda aeroportdan taksi ilə şəhərə yola düşəndə necə dəyişiklik olduğunu sizə deyəcəyəm...

- Maraqlıdır ki, sizin Heydər Əliyevlə ilk qısa görüşünüz də məhz 1969-cu ilin payızında baş verib...
- BDU-nun 50 illiyi qeyd edilirdi. Məlum oldu ki, respublika rəhbəri universitetimizə gələcək. Rektorumuz Mehdi Əliyev də fizik olduğundan fizika fakültəsini və mən işlədiyim fizika laboratoriyasını ölkə başçısının ziyarət marşrutuna saldırmışdı. İki-üç gün öncədən dekan məni çağırıb tapşırdı ki, get qurğunu sazla, Heydər Əliyev gələndə sənin iş otağına da daxil olacaq. Həmin gün mən qurğunu saz vəziyyətdə işə salmışdım. Qurğu da lüminofor lampa kimi işıq saçdığından o dəqiqə diqqəti cəlb edirdi. Həyəcanlı anlar idi. Birdən Heydər Əliyev rektor və digərlərinin əhatəsində laboratoriyaya daxil oldu. Rəhmətlik düz mənim qurğuma yaxınlaşdı və soruşdu ki, cavan oğlan, bu nə qurğudur belə. Elmi dildə ətraflı izahat verdim ki, burada biz ionlar əldə edir və ionlarla bərk cismi bombardmana məruz qoymaqla, katod tozlanması deyilən bir hadisəni müşahidə edirik. Soruşdu ki, bəs bunun faydası nədən ibarətdir. Cavab verdim ki, bunun termodinamika və elektronika sahəsində faydaları ola blər. Heydər Əliyev dedi ki, lap yaxşı, işinə davam et. I katib gedəndən sonra bir Şəmsəddin müəllim var idi; dedi ki, fürsət idi, deyəydin ki, evim yoxdur da. Dedim, ay Şəmsəddin müəllim, axı bu sözün yeri deyildi, ölkə rəhbəri bura ev paylamağa gəlməyib ki, universitetin fəaliyyəti ilə tanış olmağa gəlib...

Fikir verin, tale elə gətirdi ki, mənim apardığım o tədqiqat işinin nəticələrindən ABŞ-ın NASA Kosmik Agentliyi də yararlanmağa başladı. Özü də bu işimdən daha çox NASA-nın Ohayo ştatının Klivlend şəhərindəki kosmik aparatların ion mühərrikləri laboratoriyası geniş istifadə edirdi. Tale elə gətirdi ki, 1999-cu ildə Heydər Əliyev həmin Klivlend şəhərində müalicə olundu...

- Daha sonra nə vaxt görüşdünüz Heydər Əliyevlə?
- 1992-ci il noyabrın 20-də ölkədə yaranmış gərgin vəziyyəti o zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevlə müzakirə etmək və onu respublika rəhbərliyinə dəvət etmək məqsədilə Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Səfiyar Musayev və mən də daxil olmaqla, 40-dan çox adam Naxçıvana uçduq. Gecə saat 12-də onun qəbulunda olduq və saat 2-dək bizimlə söhbət etdi. Onu da qeyd edim ki, Heydər Əliyev gözəl danışdığı kimi, gözəl də dinləməyi bacarırdı. O, qarşımızda konkret suallar qoydu ki, bura gəlib məni Bakıya çağırmaqda, məni yaratdığınız Yeni Azərbaycan Partiyasının rəhbəri kimi görməkdə məqsədiniz nədir, bunun hansı perspektivlərini görürsüz. Bir-bir səbirlə hamını dinlədi. Danışanları Əli Nağıyev təqdim edirdi. Ziya Bünyadov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Sirus Təbrizli danışdılar. 5-ci, ya da 6-cı mən danışdım. Dedim ki, Heydər müəllim, icazə verin, sözümə Əbdürrəhman Caminin bir hekayəti ilə başlayım. Həmin hekayətdə deyilir ki, Hindistan şahı Bağdad xəlifəsinə çoxlu hədiyyələrlə yanaşı, bir həkim də göndərir. Xəlifə həkimdən soruşur ki, hansı xəstəliyin dərmanı var səndə. Həkim deyir ki, bir dərmanım var, onu qəbul etsən, başındakı ağ saçların qaralacaq. Bunu eşidən xəlifə cavab verir ki, mənə elə dərman lazım deyil. Çünki ağ saç işıq rəngindədir, o xalqın yolunu işıqlandırar, qara saç isə zülmət rəngindədir - xalqı zülmətə aparar. Mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm. Dedim, Heydər müəllim, mənim bura gəlməkdə məqsədim də sizin ağ saçlarınızdan Azərbaycanın gələcəyini işıqlandırmaq üçün istifadə etməkdir. Hiss etdim ki, bu söhbət onun çox xoşuna gəldi...
Nəhayət, YAP yarandı. Mən də idarə heyətinin üzvü kimi iclaslarda, tədbirlərdə fəal iştirak etməyə başladım...

- Siz Naxçıvana gedən dövrdə Heydər Əliyev tərəfdarları üçün təhlükəli vaxtlar idi. Bəlkə ora gedən qrupu müşayiət edən gizli mühafizə-filan var idi?
- Mühafizə-filan yox idi. Sadəcə, təhlükəsizlik baxımından biz eyni vaxtda, eyni təyyarə ilə uçmadıq. Müxtəlif reyslərlə 3-3, 4-4 yola düşdük. Məsələn, mən, Fərəməz Maqsudov, Rizvan Vahabov və Nazir Əhmədov bir təyyarədə uçmuşduq...

- Bildiyimə görə, 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya gələndə onu qarşılamaq üçün hava limanına siz də getmişdiniz...
- Bəli, həmin gün mən də getmişdim. Azərbaycanda hədsiz gərgin vəziyyət idi. Heydər Əliyevin özü üçün də çox təhlükəli günlər idi. Buna rəğmən o, gəldi. Yadımdadır ki, aeroportdan birbaşa avtomobilə əyləşib Prezident Aparatına - Elçibəylə görüşə getmişdi.

- Bəs 1993-cü il iyunun 15-ini - Heydər Əliyevin parlament sədrliyinə başladığı günü necə xatırlayırsınız?
- Həmin iclasda mən xalq nümayəndəsi kimi iştirak etmişdim. Tarixi bir gün idi. Heydər Əliyev orada çox məzmunlu və maraqlı nitq söylədi...

- Sonralar YAP fəalı və deputat kimi mərhum eks-prezidentlə, yəqin çox görüşləriniz olub?
- Deputat kimi də görüşürdük. Amma Heydər Əliyev daha çox partiya rəhbəri kimi idarə heyətinin üzvlərini ya Prezident Aparatına dəvət edirdi, ya da özü YAP qərargahına gəlib orada bizi qəbul edirdi. Həm də bu görüşləri gözlənilmədən keçirirdi ki, çoxları bilməsin...

Çox qeyri-adi ünsiyyət, iş üslubları var idi. Heydər Əliyev işlədiyi insanları ətraflı öyrənirdi, onların çoxlarına bəlli olmayan xüsusiyyətlərinə də bələd idi.

Bu günlərdə Zahid Qaralovun 80 illik yubiley mərasimində YAP-ın sədr müavini Əli Əhmədov maraqlı bir söhbət elədi. Heydər Əliyev Abel Məhərrəmovu BDU-ya rektor təyin etmək istəyəndə Əli Əhmədovdan soruşur ki, o, filosof Şahlar Əsgərov da universitetdə işləyir, eləmi? Əli müəllim cavab verir ki, bəli, cənab prezident, amma o, filosof yox, fizikdir. Cavabında Heydər Əliyev isə deyir ki, sən bilmirsən, o, filosofdur... Doğrudan da mən fəlsəfə ilə də məşğulam. Məsələn, ötən il “Kamilləşən düşüncə” adlı bir kitabım nəşr edilib...

- Sizcə, müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdəki Heydər Əliyev sovet dövründəki Heydər Əliyevdən nə ilə fərqlənirdi?
- Heydər Əliyev hakimiyyətinin ikinci dövründə keçmiş təcrübəsinə dayanaraq daha ölçülü-biçili, perspektivli işlər görməyə başladı. Bunları sadalamaqla bitməz. Adi bir misal çəkim. Murtuz Ələsgərovu BDU-ya rektor təyin edəndə Heydər Əliyev ona tapşırmışdı ki, universitetdəki 6 prorektoru Azərbaycanın müxtəlif bölgələrinin nümayəndələri arasından təyin et. Murtuz Ələsgərov da buna əməl etmişdi; özü naxçıvanlı kimi rektor, prorektorlar; Misir Mərdanov – qərbi azərbaycanlı, Şahlar Əsgərov – kəlbəcərli, Tahir Baxşəliyev –qarabağlı, Bəhram Əsgərov – tovuzlu, Şahin Əliyev – ucarlı və s. Bundan əlavə, mən Heydər Əliyevin Ali Dövlət Ekspert Komissiyasına üzvlər seçməsi prinsipinə də diqqət etmişdim. Həmin komissiyada mən də iştirak etmişdim. O komissiya Azərbaycandakı 170 ali məktəb arasından həqiqətən ali məktəb statusuna uyğun gələn 10-15-ni saxlayıb, qalanlarının bağlanması üçün rəy hazırlamalı idi. Heydər Əliyev Azərbaycanın ən unikal, təmiz insanlarını seçmişdi. Komissiyanın sədri Fərəməz Maqsudov, üzvləri isə Yaşar Qarayev, Teymur Bünyadov, Telman Əliyev, Akif Musayev, Əbdül Əlizadə, Südeyf İmamverdiyev və s. kimi seçmə ziyalılar idi...

- Heydər Əliyevin 60 illik yubileyinizlə bağlı sizə “Şöhrət” ordeni təqdim etdiyi gündən yadınızda nə qalıb?
- Həmin gün - 2001-ci il iyunun 6-da Heydər Əliyev təxminən 70 adamı təltif etməli idi. Odur ki, özü əvvəlcədən dedi ki, xahiş edirəm, mənim yaşımı, səhhətimi nəzərə alaraq hamı çıxış etməyə cəhd etməsin. Bir neçə nəfər danışar, kifayətdir. Ona görə də hər kəs gəlib, ordeni alanda çox vaxt almırdı, elə təşəkkür edib, əyləşirdi. Növbə mənə çatanda gəldim, Heydər Əliyev əlimi sıxıb məni təbrik etdi, mən də təşəkkür etdim. Onu da deyim ki, onda artıq 80-nə yaxın yaşı olan və ürək xəstəliyi baş qaldırmış Heydər Əliyevin fiziki baxımdan da nə qədər güclü olduğunu aşkar hiss etdim. Rəhmətlik soruşdu ki, eşitmişəm, 60 yaşın ötüb artıq. Dedim, bəli, cənab prezident, 70-ə doğru gedirəm. Dedi ki, 60-da mükafat verdim, 70-də də verəcəyəm. Dedim, inşallah, cənab prezident. Amma təəssüf ki, tale qismət etmədi...

- Bir alim kimi necə düşünürsüz, Heydər Əliyev kimi lider-şəxsiyyətlər bu qeyri-adi gücü, tükənməz enerjini haradan alır?
- Mənə elə gəlir ki, bu güc anadangəlmə, fitri olur. Bir də o var ki, insanın ideyası çox olanda, o, ideya generatoru rolunu oynayanda enerjisi də çoxalır. Yəni siz bağınızda ağac əkmisizsə, hökmən onu sulayacaqsız, dibini boşaldacaqsız. Əkməmisizsə, bu işlərdən azadsız. Yəni iş, ona sərf olunan enerji, o ağacı əkmə ideyasından irəli gəlir...

- Şahlar müəllim, 2011-ci ildə sizin “Allahın varlığının riyazi isbatı” adlı maraqlı bir məqalənizi oxumuşdum... Sizin kimi Heydər Əliyevin silahdaşlarına bu sual tez-tez verilir: “1990-cı illərdə niyə məhz Heydər Əliyevi xilaskar kimi görürdünüz?”. Eyni sualı mən də sizə verirəm. Bəlkə Heydər Əliyevin Azərbaycana lazımlılığının riyazi isbatı barədə də düşünəsiniz?
- Yox, burada riyazi isbata ehtiyac yoxdur. Bunun isbatı çox asandır. Hər bir xalqın taleyində şəxsiyyətlər böyük rol oynayır. Hər kəs də şəxsiyyət ola bilmir. Şəxsiyyət insanları müəyyən bir ideya arxasınca apara bilən kəsdir. Heydər Əliyev Moskvada da yüksək dövlət postları tutmuşdu. Bizim bəlalarımız da əsasən şimal qonşumuzdan gəlir. Həmin qonşumuzun da anatomiyasını “KQB” generalı olmuş Heydər Əliyevdən yaxşı bilən ikinci bir şəxsiyyət Azərbaycanda yox idi. Odur ki, Qarabağ problemini də Heydər Əliyevdən düzgün heç kəs həll edə bilməzdi. Çünki o, bir növ bağlı qapılar arxasındakı sənədlərlə də tanış idi. Həm də bayaq dediyim kimi, Heydər Əliyev ideya generatoru idi. Hələ sovet dövründə Şamaxı yolunun kənarında Heydər Əliyevin bir kəlamı yazılmışdı: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”. Belə fikirlərini görəndə mən hiss etdim ki, bu insanda müdriklik də var. Odur ki, Heydər Əliyev yolunun sadiq yolçusuna çevrildim...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
“Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru