Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                     Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir .....                     “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” .....                     Ermənistan üçün Rusiya asılılığı bitir? .....                     "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     "60 manatın cəmi 25 manatını qaytardılar..." .....                     Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi .....                     Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? .....                     Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı .....                     Kremlin ilginc Güney Qafqaz PLANI .....                     İsi Mustafayev yüksək vəzifəyə təyin edildi .....                     “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” .....                     Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                 

“İsa Qəmbər Müsavat başqanlığına namizədliyini verməyəcək”
Tarix: 30-06-2014, 11:22 | Çap et
“İsa Qəmbər Müsavat başqanlığına namizədliyini verməyəcək”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Moderator.az və “Hürriyyət” qəzetinə müsahibə verib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Arif bəy, Müsavat Partiyasının qurultayının cari ilin 27 sentyabr tarixində keçirilməsinə qərar verilib. Bunu Müsavat Partiyasının qəti qərarı hesab etmək olarmı? Ola bilərmi ki, hansısa səbəbdən bu qərar da dəyişdirilsin?

- Bu bizim son qərarımızdır. Çalışacayıq ki, nəyin bahasına olursa-olsun öz qurultayımızı keçirək. Eyni zamanda qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən uyğun yer almaq məqsədi ilə sözügedən qurumla təmasları davam etdirmək niyyətindəyik.

- BŞİH-in qurultaya lazımi yer ayırmadığına görə Avropa Məhkəməsinə verilməsi təklifi də gündəmdədir. Sizcə belə bir addımın perspektivi varmı?

- Biz Avropa İnsan Haqları Məhkəməsində bu məsələ ilə bağlı qələbə qazanacağımıza əminik. Sadəcə olaraq Avropa Məhkəməsində proseslər bəzən uzun illər davam edir. Bizim isə Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləmək niyyətimiz yoxdur. Bu proses paralel olaraq aparılacaq.

- Bəzi siyasilər iddia edir ki, qurultayın keçirilməsi ilə bağlı müəyyən edilən tarixlərin mütəmadi surətdə dəyişdirilməsi cəmiyyətdə sadəcə olaraq qeyri-müəyyənlik yaratmadı, bu, həm də Müsavat Partiyasının qətiyyətinə, qərarlarına. prinsipiallığına bir inamsızlıq yaratdı. Sizcə bu fikirlərdə həqiqət payı varmı?

- Bu, qərəzli adamların mövqeyidir. Çünki Müsavat Partiyasının rəhbərliyi, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi daim qurultayın keçirilməsi istiqamətində addımlar atıb. Hələ 2011-ci ildə partiyanın qurultayının keçirilməsi ilə bağlı təşkilati-texniki işləri başa çatdırmışdıq. Hakimiyyətin yer ayırmaması qurultayın keçirilməməsinə səbəb olan yeganə amil idi. Bu baxımdan Müsavat Partiyasına qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

- Qubad İbadoğlu Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələdən danışarkən qeyd etdi ki, öncə partiyanın mövcud resursları öyrənilməli, yalnız bundan sonra müvafiq qərar verilməlidir. Sizcə doğrudanmı Müsavat Partiyasının bələdiyyə seçkilərində uğur qazanacaq qədər resursa malik olması şübhə altındadır və bunun məxsusi olaraq öyrənilməsinə ehtiyac var?

- Istənilən siyasi prosesin başlanğıcında resurslar müəyyənləşdirilməlidir. Müsavat Partiyasının icra strukturları daim fəaliyyət göstərir. 2013-cü ilin prezident seçkilərindən sonra biz demək olar ki, respublikanın bütün rayonlarında rayon təşkilatlarının, şuralarının, özəklərinin fəaliyyəti, seçki kampaniyasındakı iştirak səviyyəsi ilə bağlı bütün informasiyaları toplamışıq, resursları müəyyənləşsdirmişik. Müsavat Partiyasının hansı regionda, hansı şəhərdə, hansı kənddə güc və resurslarının nə qədər olması ilə bağlı ətraflı məlumatımız var.

- Başqan seçkilərində iştirak edəcəksinizmi?

- Mən hələ ki, bununla bağlı qərar verməmişəm. Yəqin ki, qurultay ərəfəsində konkret prosedurlar başlayan zaman silahdaşlarımla, partiya rəhbərliyində olan şəxslərlə məsləhətləşib bu barədə müvafiq qərar qəbul edəcəm.

- Hakimiyyət təmsilçiləri iddia edir ki, Müsavat Partiyasının qurultay keçirməməsinə səbəb Müsavat rəhbərliyinin bu məsələdə maraqlı olmamasıdır. Onlar iddia edir ki, İ.Qəmbər başqan postunu heç kimə güzəştə getmək niyyətində deyil və buna görə də qurultayı təxirə salmağa çalışır. Sizcə partiyanın VIII qurultayında İsa bəyin namizədliyi irəli sürüləcəkmi?

- Müsavat Patrtiyası Azərbaycana bir çox yeni demokratik ənənələr gətirib. Əvvəlla Müsavat yeganə partiyadır ki, onun bütün strukturlarında real olaraq seçki keçirilir, namizədlər əvvəlcədən irəli sürülür, namizədlər arasında seçki kampaniyası aparılır və seçkilər gizli olaraq həyata keçirilir. Müsavat Partiyası 2000-ci ildə parlament seçkilərinə proporsional seçki sistemi ilə qatılarkən öz struktrularında bütün respublika miqyasında proporsional seçki ilə daxil oldu. Bir nəfərin iki dəfədən artıq partiya başqanı seçilməsinə qadağa qoyuldu. Bununla bağlı Müsavat Partiyasının nizamnaməsinə 2000-ci ildə keçirilən VI qurultayda müddəa daxil edildi. Bu sahədə də Müsavat Partiyası bir ilkə imza atdı. Çünki başqa partiyanın nizamnaməsində belə bir müddəaya rast gəlmək mümkün deyil. VIII qurultayda partiya nizamnamənin bu maddəsinə əməl edərək Azərbaycanda yeni bir ənənə və islahatın əsasını qoyacaq. Ilk dəfə olaraq öz nizamnaməsinə uyğun olaraq hər hansı bir vəzifədə çalışan şəxs eyni posta namizədliyini irəli sürməyəcək. Hakimiyyəti ən çox narahat edən məhz bu məsələdir. Azərbaycan Konstitusiyasında prezident seçkiləri ilə bağlı da belə bir müddəa var idi. 2009-cu ildə keçirilən saxta referendum yolu ilə bu müddəa ləğv edildi. Bu məsələ baş prokuror, ombudsman, hətta Mətbua Şurasının rəhbərliyinə seçkidə də təkrar olundu. Bu gün Azərbaycanda eyni şəxsin iki dəfədən artıq seçilməsinə qadağa qoyan nəinki siyasi təşkilat, hətta dövlət qurumu da mövcud deyil. Müsavat Partiyası demokratik bir təşkilat olaraq bu ənənənin əsasını qoyacaq. Müsavat Partiyasının VIII qurultayında İsa Qəmbər partiya nizamnaməsinə uyğun olaraq növbəti dəfə Müsavat başqanlığına namizədliyini sürməyəcək. Partiyada qalmaq məsələsinə gəlincə, biz hamımız bu partiyanı quran insanlarıq və bu partiyada da öz fəaliyyətimizi davam etdirəcəyik. Müsavat Partiyasının hədəflərinin yerinə yetirilməsi uğrunda fəaliyyətimizi İsa Qəmbərin və partiyanın digər vəzifəli şəxslərinin birgə səyləri əsasında reallaşması istiqamətində mübarizə aparacayıq.

-Müsavata yeni başqanın gəlişi onun digər partiyalarla münasibətində ciddi dəyişiklərə səbəb ola bilərmi?

-Müsavat oturuşmuş bir partiyadır. Bu təşkilat ayrı-ayrı şəxslərin iradəsi ilə idarə olunmur. Partiya nizamnaməsi, qəbul etdiyi təməl prinsiplər əsasında idarə olunur. Buna görə də həm partiyadaxili, həm də partiyadan kənar siyasətdə hansısa ciddi dəyişiklklərin olması qeyri-mümkündür. Ancaq partiya strukturlarındakı dəyişikliklər, istər yeni partiya başqanının seçilməsi, istər partiya strukturlarına yeni şəxslərin seçilməsi, Məclisin yeni tərkibinin müəyyənləşməsi və s. təbii ki, partiyaya yeni bir ab-hava gətirəcək. Bu əhval-ruhiyyənin müsbət olacağına heç bir şübhəm yoxdur. Çünki partiya strukturlarında baş verən dəyişikliklər bu təşkilatın çeviklik və dinamikliyini daha da artırmağa xidmət edəcək.

- Bəzi siyasilər iddia edir ki, Müsavat özünü “ana müxalifət” statusuna iddialı partiya hesab etdiyi üçün bu günmüxalifət düşərgəsindəki pərakəndəlik, intriqa və qarşıdurmalara görə də məhz bu partiya məsuliyyət daşıyır. Bu ittihamla bağlı nə söyləyə bilərsiniz?

- Müsavat Partiyasının müxalifət içində hansısa mövqelər uğrunda iddiaları və bu iddialar uğrunda mübarizəsi mövcud deyil. Müsavat Partiyası hakimiyyətə qarşı mübarizə aparır. Ölkədə olan ictimai-siyasi vəziyyəti köklü surətdə dəyişdirməyə çalışır. Bu gün istər ana müxalifət, istərsə də digər müxalifət partiyaları olsun, onların fəaliyyətinə hakimiyyət tərəfindən maneçilik törədilir. Ölkədə siyasi partiyaların bərabərhüquqlu rəqabət imkanları mövcud deyil. Hakimiyyət resurslarından faydalanan YAP-dan başqa digər siyasi partiyaların öz proqram və nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərməsinə imkan verilmir. Biz bu vəziyyətin dəyişdirilməsinə, demokratik cəmiyyətin yaradılmasına, ölkədə fundamental hüquq və azadlıqların təmin edilməsinə səy göstəririk. Bundan sonra da məhz bu istiqamətdə fəaliyyət göstərəcəyik. Real olaraq Azərbaycan hakimiyyətinin apardığı yanlış siyasətə müqavimət göstərən, insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik şəraitin yaradılması, demokratik seçkilərin keçirilməsi, islahatların aparılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər istiqamətlərdə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, digər qurumlarla əməkdaşlığa, müttəfiqliyə hazır olmuşuq, bundan sonra da hazır olacayıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
“Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru