"Müəllimləri kommunal xərclərdən azad etsək, təqaüddə olanlar və digərləri deyəcəklər ki, həmin güzəşti bizə də edin..." - deputat
Tarix: 27-02-2024, 11:13 | Çap et
 “Müəllimlərin kommunal xərclərdən azad edilmələri ilə bağlı təklif kökündən səhvdir. Bu fikri kim irəli sürürsə, dərindən düşünmür. İnsanları da yanlış yola istiqamətləndirir. Biz bunu etsək, təqaüddə olanlar və digərləri deyəcəklər ki, həmin güzəşti bizə də edin. Təsəvvür edin, söhbət yüz minlərlə insandan gedir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, müəllimlərin kommunal xərcləri güzəştli, ödənişsiz olanda sui-istifadə halları da artacaq: “Bu cür təkliflə çıxış edən insanların necə təhsil eksperti olduqlarını anlaya bilmirəm. Təhsil eksperti təkcə bir yox, bir neçə istiqamətdə düşünməyi bacarmalıdır. Yəni bu yanaşma, düşüncə heç bir standarta, qayda-qanuna sığmır. Bəs nə edə bilərik? Müəllimlərin maaşını qaldıra bilərik. Ölkəmizdə müəllimlərin maaşı artıb və mərhələli şəkildə artır. Əvvəl də bu təşəbbüslə çıxış etmişdim ki, müəllimlərin güzəştli şərtlərlə mənzil əldə etmələrinə şərait yaradılmalıdır. Xüsusilə bölgələrdə işləyən müəllimlərin kommunal xərclərlə bağlı güzəşt əvəzinə standartlardan, mövcud kreditlərdən aşağı faizlə kredit götürmələri daha məqsədəuyğundur. Müəllim sahəsinə marağı artırmaq istəyiriksə, daha aşağı faizli güzəştlərlə ev əldə etmək kimi məsələləri gündəmdə saxlaya bilərik. Onsuz da, müəllim bizdə bəzən elə formada təqdim olunur ki, sanki dünyanın hər yerində müəllimlər çox yüksək maaş alırlar, bir bizim ölkədə maaş aşağıdır. Əlbəttə, çox arzulayırıq ki, müəllimlərimiz yüksək maaş alsınlar. Əminəm ki, bu, zamanla baş verəcək. İllər öncə 200-300 manat maaş alan müəllim bu gün 900-1000 manat maaş alır. Əlavələr də alanlar var. Zamanla düzələcək, sadəcə, səbirli, təmkinli olmalıyıq. Amma hazırkı dövrdə düzgün fikirlər irəli sürməliyik. Bəlkə də bu fikri kimsə özünü sevdirmək, məllimlərin diqqətini cəlb etmək üçün irəli sürür. Amma kifayət qədər yanlış düşüncədir. Tövsiyə edirəm ki, hansısa təklif irəli sürməmişdən əvvəl bu barədə düşünsünlər. Nəzərə alsınlar ki, böyük, güclü müəllim ordusundan söhbət gedir. Hər şeyə ciddi formada, ölçüb-biçərək yanaşmalıyıq. İnsanların beynini, düşüncəsini qarışdırmamalıyıq. Populist təkliflərlə çıxış etmək lazım deyil. Təkliflər rasional olmalı, məntiqə, sağlam təfəkkürəəsaslanmalıdır. Populist təkliflə təhsilimiz inkişaf etmir. Əksinə, bu, təhsilə olan inamı sarsıdır, ciddi problem yaradır. Çox diqqətli olmalı, "nə gəldi" prinsipi ilə çıxış etməməliyik”.
Qeyd: Müəllimlərin kommunal xərclərdən azad edilmələri ilə bağlı təklifi ekspert Kamran Əsədov irəli sürüb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
|