Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                 

"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb" - ŞƏRH
Tarix: 22-02-2024, 08:11 | Çap et
"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb"
Politoloq Oqtay Qasımov bununla bağlı “Cebhe.info”-nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Oqtay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərinin arxasında hansı məqsədlər dayanır?

- Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransından sonra Fransaya səfər etməsi maraq doğurur. Baxmayaraq ki, bu səfərin məqsədi ilə bağlı yayılan məlumat çox da inandırıcı görsənmir. Bildirilib ki, Paşinyanın Fransaya səfər etməkdə məqsədi bu ölkədə yaşamış hansısa ermənin dənf mərasimində iştirak etməkdir. Amma bu qədər də ciddi təsir bağışlamır.

Çox güman ki, Nikol Paşinyan səfər zamanı Fransa Prezidenti Emmanuel Makron və Fransanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Paşinyan Makron ilə görüşündə, şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşə barədə məlumat verəcək.

Həmçinin Paşiyan Makronun təlimatlarını da dinləyəcək. Heç kəsə sirr deyil ki, Paşinyan Fransanın diktəsi ilə hərəkət edir. Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları göz önündədir. Rəsmi Paris regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmamasında və gərginliyin uzun müddət qalmasında maraqlıdır.

Parisdə hesab edirlər ki, iki ölkə arasında gərginliyin intensivləşməsi Fransanın regionda təsir imkanlarının artırmasına imkan yaradacaq. Fransa hər vəchlə bu istiqamətdə addımlar atmağa çalışır.

Təbii ki, Fransanın Cənubi Qafqazla bağlı əsas geostrateji və geosiyasi maraqları Ermənistanı tam olaraq ələ keçirmək və Ermənistan üzərindən regionda öz mövqeyini möhkəmləndirmək, o cümlədən Zəngəzur dəhlizinə nəzarət etmək məqsədi daşıyır. Eyni zamanda Fransa Mərkəzi Asiyadakı uran ehtiyatlarına maraq göstərir və bu regiondan idxal edəcəyi uranı Cənubi Qafqaz üzərindən öz ərazisinə daşımaq niyyəti güdür.

Bildirim ki, bu səfər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında keçirləcək görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə predmenti olacaq.

- Necə düşünürsünüz, sülh prosesinin intensivləşdiyi bir zamanda Makron Paşinyana Azərbaycana qarşı növbəti təxribatların törədilməsi ilə bağlı təlimat verə bilər?

- Hazırda Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Son dövrlərdə rəsmi Paris müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycanı təzyiqlər altında saxlamağa çalışır. 44 günlük Vətən müharibəsində də buna şahidi olmuşuq. Amma son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb.

Avropanın müxtəlif institutlarında səsləndirilən anti-Azərbaycan bəyanatları, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı ədalətsiz qərarı buna sübutdur. Fransanın burada rolu danılmazdır. Fransa, habelə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslara da kölgə salır.

Bu baxımdan Fransanın hərbi-siyasi rəhbərliyinin Ermənistan hakimiyyətinə Azərbaycana qarşı təxribatların törədilməsi ilə bağlı göstərişlər verməsi istisna deyil.

- Nikol Paşinyan bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə, xüsusilə ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətlər qurmağa çalışır. Belə demək olarmı, Paşinyan Fransanı Ermənistanın təhlükəsizliyinə zamin duran müttəfiq ölkə kimi görmək istəyir?

- Təbii ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı şantaj xarakterli bəyanatları davam edir. Bunun əsas səbəbi odur ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İrəvan Rusiyanın onun əvəzinə Azərbaycanla savaşmasını istəyirdi. Amma bu, baş vermədi.

Bu səbəbdən Ermənistan onun təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxıb. Ancaq İrəvan onu da yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən qopub, başqa ölkənin təsir dairəsinə keçmək o qədər də asan deyil. Buna baxmayaraq, Ermənistan ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri möhkəmləndirməyə çalışır.

Onu da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərb dairələrinin çox ciddi rolu olub. Bu baxımdan Paşinyanın bu siyasəti anlaşılandır.

- Nə zamansa, Fransanın Ermənistanda hərbi bazasının əsasının qoyulması ehtimal olunur?

- Bildirim ki, qlobal dünyada ciddi siyasi dəyişikliklər baş verməkdədir. Dünyada yeni nizamın qurulmasına yönələn proseslərin yaşanmasına şahidi oluruq. Qeyd edim ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda siyasi proseslərə ciddi şəkildə təsir edir. Bu müharibə nəticəsində regionla bağlı bir çox məsələlər özünü büruzə verəcək.

Fransanın Ermənistanda hərbi bazasının olub-olmayacağı ilə bağlı məsələyə gəlincə, yaxın gələcəkdə bunun baş verməsi qeyri-mümkündür. Xatırladım ki, 2012-ci ildə İrəvan ilə Moskva arasında imzalanan müttəfiqlik müqaviləsinə görə, rus hərbçilərinin Ermənistanda qalma müddəti 2044-ci ilə qədərdir. Məhz bunun mümkün olub-olmaması beynəlxalq və regional səviyyədə baş verəcək proseslərdən asılıdır.

- Ümumiyyətlə, Rusiya, Fransa, hətta İranın Ermənistanda birgə fəaliyyət göstərməsi nə dərəcədə mümkündür? Yəni, bu üç ölkə birlikdə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər?

- Rusiya, Fransa və İranın bir araya gəlib Ermənistanda birgə fəaliyyət göstərməsi real görünmür. Doğrudur, bu üç ölkədən hər biri zamanla Ermənistandan bu və ya digər şəkildə Azərbaycana qarşı təzyiq alətə kimi istifadə etməyə çalışıblar, bundan sonra da çalışacaqlar.

Amma nəzərə almalıyıq ki, 200 il ərzində Cənubi Qafqaza hökmranlıq edən Rusiya regionda güc mərkəzi olaraq qalmaqdadır və regiondakı öz mövqeyini hər hansı ölkə ilə bölüşmək istəmir.
Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyini rus hərbçiləri nəzarət edir, habelə Ermənistanın bütün iqtisadi və enerji sektorları rus şirkətlərinin nəzarəti altındadır. Demək olar ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

Bu baxımdan Fransanın Cənubi Qafqazda, ən əsası da Ermənistanda möhkəmlənmək üçün imkanları çox məhduddur. O ki qaldı İrana, təbii ki, Tehran hər zaman Ermənistanı dəstəkləyib. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən heç də məmnun olmayıb.

Bildirim ki, Fransanın Cənubi Qafqazda yerləşməsi NATO-nun regionda olması anlamına gələ bilər. Hesab edirəm ki, Rusiya və İran Fransanın Ermənistanda təsir imkanlarının artmasında maraqlı olmayacaqlar. Daha doğrusu, hər ikisi buna mane olacaqlar. Ona görə ki, Rusiya və İran özünü Cənubi Qafqazda aparıcı güc mərkəzləri hesab edir, həmçinin regiona üçüncü bir qüvvənin gəlməsi Azərbaycan üçün də məqbul deyil.

Qeyd edim ki, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə üçüncü qüvvələrin regiona gəlməsinin əlehinə olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru