Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                 

"Mənə qarşı bu sayğısızlığı heç Vasif Talıbov da etməmişdi" - Heydər Oğuz
Tarix: 1-01-2024, 09:32 | Çap et
"Mənə qarşı bu sayğısızlığı heç Vasif Talıbov da etməmişdi"
Oxucularımdan biri yazır ki, sən Naxçıvana səfər edəndə satın alınacağını düşünmüşdüm. İndi isə paylaşımlarını oxuyur, yanıldığımı anlayıram.

Dəyərli Oxucum, mən bir qələm əhli olaraq Səni həmişə özümün əfəndim hesab etmişəm və özümü Sənin qarşında hesabat verəcək şəxs qismində görmüşəm. Odur ki, Naxçıvan səfərimlə bağlı Səni narahat edən bir çox məqamlara aydınlıq gətirmək istəyirəm.

Məsələ burasındadır ki, Sən həqiqətən də yanılmamısan. Naxçıvan səfəri zamanı və ordan qayıtdıqdan sonra baş verən bir sıra hadisələr göstərir ki, mən Naxçıvana doğrudan da satın alınmaq üçün dəvət olunmuşdum. Başqa sözlə, “Arkoz”un yeyintilərə yol verməsi, inşa etdiyi tikililərin keyfiyyətsizliyinin ifşası bu səfərin sadəcə məqsədlərindən biri idi. Amma əsas məqsədi deyildi. Daha doğrusu, mənim həmin turda iştirakımın həm də başqa bir məqsədi vardı. Yəqin razılaşarsınız ki, bu ifşa mənsiz də baş verə bilərdi. Bəs mən oraya həm də nəyə görə dəvət olunmuşdum, istəyirəm, bu məqama aydınlıq gətirəm.

"Mənə qarşı bu sayğısızlığı heç Vasif Talıbov da etməmişdi"

Naxçıvanda olarkən, yerli hakimiyyətə yaxın dairələr tərəfindən iki mühüm təkliflə qarşılaşdım. Bunlardan biri “qızcığaz”la barışmağım idi. Bir neçə dəfə israrla təkrarlanan bu təklifə ən son verdiyim cavab belə oldu: “O “qızcığaz”ın fəaliyyətində beynimi qurcalayan bəzi məqamlar var ki, bunlar dövlətimin təhlükəsizliyi məsələləri ilə əlaqədardır. Bir neçə ay davam edən məhkəmə prosesi zamanı mənim şübhələrim ortadan qalxmadı. Onun barəsində hansısa terrorçu təşkilata yaxınlığı ilə bağlı soruşdurma niyə açılmışdı, 3 il sərasər davam edən bu soruşdurmanın real motivləri var idimi, “xan” həzrətləri öz vəzifə səlahiyyətlərinə aid olmadığı halda niyə bu işin istintaqına mane olmuşdu və s. kimi suallara cavab tapmayanadək mən onunla dost masasında oturub söhbət etmərəm. Bir daha mənə eyni təkliflə gəlsəniz, səfərimi yarıda buraxıb geri qayıdacağam”. Mənim hazırda ifadə edə bilmədiyim, əslində ifadə etməyə də lüzum görmədiyim kəskinlikdə və hətta kobudluqla verilmiş bu kəskin reaksiyamdan sonra o təklif birdəfəlik gündəlikdən çıxdı.

Mənə edilmiş ikinci təklif Naxçıvanda və Bakıda Ovqat.com-un redaksiyasını açmaq idi. Mən də buna maddi imkanımın çatmadığını bildirmişdim. Redaksiyamızın və Naxçıvan ofisimizin qurulması üçün nə qədər vəsait tələb etdiklərini soruşmuşdular. Bildirmişdim ki, mən kiminsə pulu hesabına özümə redaksiya açmaram: “Ya özüm bu pulu hardansa alın tərimlə qazanar və redaksiyamın imkanlarını genişləndirərəm, ya da indiki kimi axsaya-axsaya yürüyərəm. Və axsaqlıq Əmir Teymurun cahangirliyinə kölgə salmadığı kimi, mənim də jurnalistliyimə xələl gətirməz. Amma kiminsə qarşısında dilimi gödək edəcək vəsait mənim şəxsiyyətimi alçaldar, özümü özümün gözündən salar. Bəlkə dövlət bu təşəbbüsdə bulunarsa və mənim onun qarşısında milli maraqlar çərçivəsində qalmaqdan başqa hər hansı öhdəliyim olmazsa, rəsmi ianəni qəbul edərəm. Siz isə bunu təmin edəcək tərəf deyilsiniz”.

Onu da deyim ki, Bakıdan Naxçıvana gedərkən yoldaşım islaq salfetka ilə komputerimi sildiyindən klavyaturasına zərər dəymişdi. Bir hərf yazmaq istərkən onunla bərabər bir neçə hərf də yan-yana düzülürdü. Mən də komputerimdəki bu nasazlığı aradan qaldırmağa fürsət tapmadan Naxçıvana getmişdim. Odur ki, orda gördüklərimi qeyd edə və paylaşa bilmirdim. Qısası, ianə təklifləri geri çevirdikdən sonra özüm də istəmədən tərəf müqabillərimə yaxşı bir bəhanə vermişdim – mənə təzə komputer hədiyyə edilməsi. Təbii ki, bu təklifi də geri çevirdim. Hətta Naxçıvan həqiqətlərini ictimaiyyətə obyektiv çatdırmaq üçün “qonorar pulu”ndan da imtina etdim. Və onu da deyim ki, bütün bu təkliflər israrla dilə gətirilirdi.

Naxçıvandan qayıtdıqdan sonra gördüyüm, lentə aldığım bütün həqiqətləri işıqlandırdım və “Arkoz”un təkziblərini də verdim. Amma açığını deyəcəyəm, könlüm Naxçıvanın yeni hakimiyyətindən yana idi və mən bu məsələdə onu tamamilə haqlı hesab edirdim. Əslində indi də fikrim tam dəyişilməyib, qənaətlərimə ağır şübhə dumanı çöksə də.

Soruşa bilərsiniz, şübhə dumanı hardan qaynaqlanır?

Məsələ burasındadır ki, Naxçıvandan qayıtdıqdan və “Arkoz”la bağlı yazılarımı bitirdikdən az sonra ən azı mənim nəzərimdə üzərindən hansısa terrorçu təşkilatla əməkdaşlıq şübhəsi qalxmamış “qızcığaz” Muxtar Respublikanın rəsmi qəzetinə baş redaktor vəzifəsinə təyin olundu. Naxçıvandakı mənbələrdən aldığım məlumata görə, onun sərəncamını Ali Məclisin sədr əvəzi Anar İbrahimov imzalasa da, bu təşəbbüs “canişin” əfəndi tərəfindən irəli sürülübmüş. Hətta eşitdiyimə görə, Anar İbrahimov bu sərəncamı imzalamamaq üçün 10 gündən çox dirənib, sonunda basqılara tab gətirə bilməyib və ondan istənilən imzanı atmaq məcburiyyətində qalıb.

Mənim Naxçıvana səfərim zamanı qarşıma qoyulan təklifləri və ardınca da bu təyinatı üst-üstə qoyanda fərqli nəticələr ortaya çıxır. Belə anlaşılır ki, mən Naxçıvana “qızcığaz”ın təyinatına səs çıxarmamaq üçün satın alınmaq məqsədilə dəvət olunmuşdum. Bax, bu bayram günündə, Sərhəd hərəkatının iştirakçısı olmağıma baxmayaraq, məni sevinməyə qoymayan, ovqatımı təlx edən də budur – mənə satın alınacaq meta kimi baxılması. Özü də kimin naminə? – “qızcığaz”ın. Yəni mən – Naxçıvanın az-çox qələmi olan, şeiri ilə, yazıları ilə o diyarı vəsf edən, canişin əfəndi hansısa özəl şirkətdə pul qazandığı bir zamanda Vasif Talıbov zülmünə qarşı dirəniş göstərən bir şair-publisist, hansısa “qızcığaz”a Yeni il xonçasında ən dəyərli hədiyyə kimi təqdim olunmaq üçün öz məmləkətinə dəvət edilibmiş. İnandırım sizi, heç Vasif Talıbov da Naxçıvandan çıxmış bir qələm əhlinə (ziyalı demirəm ki, təvazökarlıqdan uzaq səslənər) qarşı bu tərbiyəsizliyi göstərməmişdi.

Və bu müqəddəs gündə Naxçıvan camaatı qarşısında söz verirəm ki, mən bu həqarəti cavabsız buraxmayacağam. Nəyin bahasına olursa olsun, mənə satın alınacaq meta, “qızcığaz”a Yeni il hədiyyəsi kimi baxan zehniyyətə, başda da “canişin” əfəndi olmaqla, layiq olduqları yeri göstərəcəyəm.

Müəllif: Heydər Oğuz - Mənbə: ovqat.com
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru