Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                 

"Naxçıvanda koalisiyon hökumətə bənzər bir sistem qurmuşduq"
Tarix: 21-02-2014, 09:05 | Çap et
"Naxçıvanda koalisiyon hökumətə bənzər bir sistem qurmuşduq"
Son günlər araşdırmaçı jurnalist Xədicə İsmayılın casus qalmaqalından sonra Xaliq Bahadırın da Moderator.az-a vaxtilə prezident Elçibəyə təqdim edilən 140 agentin içində AXC iqtidarının ən önəmli şəxslərinin də adının olmasına baxmayaraq onların açıqlanmasına toxunması bu mövzunu daha da aktuallaşdırıb.

“Xalq Arzusu” Hərəkatının lideri, 1991-ci ildə AXC Naxçıvan şöbəsinin sədri ikən Muxtar Respublika DTK-sının arxivlərini “ələk-vələk” etmək fürsəti qazanmış Asəf Quliyev də şok açıqlamalarla oxucularımızın hüzuruna gəlib, buyurub oxuyun:

“Təkcə DTK arxivlərinin açılması məsələsi deyil ki? Elə günü bu gün də bu və ya digər uğursuzluqları o dövrlərlə bağlmaq istəyi davam edir. Çoxları bununla itihamı öz üzərindən ataraq sanki yüngülləşmək istəyir. Bu gün bu barədə fikir yürütmək çox asandır, amma nəzərə almalıyıq ki, onda sovetlərin tərkibindən yeni çıxmışdıq və sözsüz ki, həmin adamların adları olan siyahının elan olunması qarşısıalınmaz proseslərə gətirə bilərdi. Bu gün müxalifətin içərisində hakimiyyətə işləyən kifayət qədər adamlar var və onların bir çoxunu da siz tanıyırsınız, bilirsiniz. Amma gəlin görək kimliklərini və keçmişlərini bildiklərimizi siyasi səhnədən uzaqlaşdıra bilirikmi?
Sizə faktlarla deyəcəm. 1991-ci ildə biz Naxçıvanda DTK-nın binasını bağladıq. Binanı birdən götürdük və içəridəki əməkdaşları bir andaca çölə çıxararaq qapıya möhür vurduq. Naxçıvan Ali Məclisində də DTK arxivlərinin yoxlanmasıyla bağlı bir komissiya yaradıldı ki, Ali Məclisin sədr müavini Qafar Məmmədov həmin komissiyaının sədri odu. 9 nəfərdən ibarət də bir komissiya təşkil olundu. Həmin dövrdə Heydər Əliyev tərəfindən təkidlə mənə Milli Təhlükəsizlik Naziri vəzifəsi təklif olunmuşdu. Ona görə də qərara alınmışdı, daha doğrusu tapşırılmışdı ki, Qafar müəllim komissiyanın sədri olsa da gələcək DTK sədri kimi əsas məxfi sənədlərə mən baxım və təkbaşına araşdırma aparım. Beləliklə, komissiyanın 10 günlük yoxlamalarından sonra növbə gəlib əsas otağa-agentura şəbəkələrinin sənədləri olan bölməyə çatanda qərara alındı ki, həmin otaqda mən təkbaşına araşdırma aparam. Orda nələr yox idi? Ordakı kitablarda Naxçıvan DTK- sı ilə əməkdaşlıq edən insanların siyahısı var idi. Həmin sənədlərdə 3 formada əməkdaşlıq nəzərdə tutulurdu. Onların birinin üstündə qırmızı, birində göy, üçüncüdə isə sarı xətt çəkilmişdi. Birincidə bir xətt çəkilirdi, ikincidə iki xətt, üçüncüdə isə üç xətt çəkilirdi. Üç xətt olan sənədlərdə həm də ”Doverennoe litso” yazılmışdı, yəni bu adamlar o qədər özlərini qarşı tərəfə elə inandıra bilmişdilər ki, onların gətirdikləri informasiyanı, donosları yoxlamağı da lazım bilmirdilər, avtomatik qəbul olunurdu. Təsəvvür edin ki, təkcə Naxçıvan şəhərində 1800 nəfər inanılmış şəxs vardı. Məsələn, yadımdadır ki, Culfada 301 nəfər inanılmış adam vardı. Özü də nəzərə alın ki, həmin inanılmış adamların heç biri fəhlə sinfindən və ya orta təbəqədən deyildi. Hamısı o dövrdə Naxçıvanın tanınmış ziyalıları, universitetdə, elm mərkəzində işləyənlər, yüksək dövlət idarələrində və rəhbər postlarda işləyənlər idi. Hətta elə adamlar vardı ki, Naxçıvanda çox məhşur adamlar idi, ancaq övladı AXC-nin nəinki üzvü, hətta aktivlərindən idi. O vaxt mən bir adamın adını çəkdim və ona dedim ki, sən filan “kliçka” ilə DTK-nın agenti olmusan. Onda AXC-nin İdarə Heyətində mənə etiraz etdilər ki, bu yaxşı hal deyil. Bunun ailəsi, uşağı var və bu məsələlərin açılması yüzlərlə ailə faciəsinə səbəb ola bilər. Ondan sonra bu məsələnin üstünə çox getmədim və mən də razılaşdım ki, bunların açılması zaman məsələsidir. Siz təsəvvür edin, həmin siyahı demək olar ki, təxmini yadımdadır, orda elə adamların adı vardı ki, indi Milli Məclisdə oturub. Amma mən də hesab edirəm ki, bəzi fəal siyasiləri fərdi qaydada dəvət edib söhbət aparmaq olardı ki, sən vaxtilə bu işlərin içində olmusan, bu gün sənin partiya rəhbərliyində və ya başqa taleyüklü ictimai-siyasi təşkilatın başında olmaq haqqın yoxdur, get özünə peşə tap. İndi siz təsəvvür edin, Naxçıvanda 1800 nəfər idisə, görün Azərbaycan üzrə neçə on minlərlə inanılmış və verbovka edilmiş, öz iradəsiylə hərəkət etmək haqqı əlindən alınmış aktiv adam vardı? Bunları birdən-birə açıqlamaq olardımı? Ölkədə xaos yaranardı. Ona görə də illər uzunu bu arxivlərin açılmasının zəruriliyini iddia edənlər bu həssaslığı da nəzərə almalıdır və AXC iqtidarını, şəxsən Elçibəyi buna görə qınayanları anlamaqda çətinlik çəkirəm. Bilirsiniz, kimsə deyə bilməz ki, gələcəkdə onun da övladı bu işə cəlb edilənlərin arasında olacaq, ya yox. Tutaq ki, sovetlərin təzə yarandığı o kəsakəs vaxtı Fəhmin Hacıyevin atası İranda səfirlikdə işləyib və kommunist olub, ancaq onun övladı-Fəhmin Hacıyevin özü Azərbaycandakı milli azadlııq hərəkatında aktiv işirak etmiş, Azərbaycan dövlətçiliyi uğunda mübarizə aparmış bir insandır. Müqayisə üçün gəlin görək 1920-ci illərdə demokratik cümhuriyyət quran kişilərin övladlarının harda olduğunu və nə işə qulluq etdiyini biz bilirikmi? Bir şey də var. Tutaq ki, biz bu gün hansısa partiyaa sədrinin MTN-lə əməkdaşlığını bilirik. Amma onun adını açıb desək də əks effekt verəcək. Yəni onun tərəfdarları başlayacaqlar ağızlarına gələni, gözlərinə görünəni yazıb baş aparmağa, ictimai rəyi çaşdırmağa.”
Bu yerdə Asəf bəydən niyə sonradan Heydər Əliyevin təklifini qəbul etməməsi səbəbini də soruşmağın məqamı gəldi və sualımıza cavabı belə oldu:
“Yox, mən özüm imtina etdim. O vaxt AXC Naxçıvan şöbəsinin sədriydim. Məni ordan kənarlaşdırmaq üçün ən yaxşı və asan yol mənə mühüm post verib proseslərdən kənarlaşdırmaq idi. Təklikdə iki dəfə Heydət Əliyevlə də görüşdüm və bildirdim ki, mənim xüsusi xidmət orqanlarında təcrübəm yoxdur və mənə orda işləmək çox çətin olacaq. Yoxlama prosesində mən çoxsaylı əməkdaşlarla təmasda olmuşdum və onların necə peşəkar bir zabit olduqlarını görmüşdüm.Vicdanıma da sığışdıra bilməzdim ki, mən gedib onlara rəhbərlik edim. Təəssüf ki, onların çoxu sonradan xidmətdən kənarlaşdılar. Bir məsələ də o idi ki, biz razılaşma əsasında Naxçıvanda koalisiyon hökumətə bənzər bir sistem qurmuşduq və hakimiyyət demokratlarla kommunistlər arasında bölünmüşdü. Amma biz gördük ki, cəbhəçilərdən hakimiyyətdə olanlar qısa zamanda dönüb liberal olurlar və sanki AXC ilə onların arasındakı bağlar qırılır. Ona görə də təşkilatın nüfuzu üçün vəzifədən imtina etdim”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru