AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                 

Əli Kərimlinin Azərbaycana qarşı yeni oyunu - BU ADAM NƏYİN PEŞİNDƏDİR?
Tarix: 26-05-2021, 09:07 | Çap et
Əli Kərimlinin Azərbaycana qarşı yeni oyunu
Azərbaycan Vətən müharibəsində qazandığı qələbəni diplomatik arenada möhkəmləndirmək üçün mücadilə apardığı bir zamanda daxildə qarışıqlıq yaratmaq istəyənlərin də "tapşırıqları" artır.

Xarici qüvvələrin "tapşırıqları"nın bu prosesdə xüsusi rol oyandığını aydınlaşdırmaq o qədər də çətin deyil. Bu məsələdə daxili “əməkdaşlara” güvənən qüvvələr üçün xidmətə hər zaman hazır olanlar startda durub və sosial şəbəkələrdəki müzakirələri izlədikdə bunu açıq görmək mümkündür. Gah “5-ci kolon” ortaya çıxır, gah İranpərəstlər meydan sulamağa cəhd edir, gah Azərbaycanın haqq mübarizəsini illərdir görməzdən gələn Fransa kimi ölkələrin havadarları peyda olur. Hər biri də özünü vətənin, xalqın, dövlətin təəssübkeşi kimi təqdim etməyə çalışaraq satılıq mal kimi istifadə olunduqlarının verdiyi əziklik duyğusunu gizləmək istəyirlər.

Ölkəmiz üçün meydanda bitən müharibənin masada davam etdiyi bir zamanda siyasəti qazanc oyununa çevirən daha bir qüvvə - Əli Kərimli masadan özünə pay çəkməyə cəhd edir. Özünə siyasət meydanı kimi bəlirlədiyi sosial şəbəkələrdəki çıxışları ilə müharibə dövründən də əvvəl itirdiyi, müharibə dönəmində isə ayaqlar altında sürünən nüfuzunu bərpa etməyə çalışır. Ancaq nəyin hesabına?

Çıxışlarına diqqət yetirdikcə, həmişəki kimi bu dəfə də ölkənin, xalqın, dövlətin mənafeyi üzərində qurulan oyunların iştirakçısı olmaqla özünə pay almaq israrı görünür. Azərbaycan böyük meydanda vətən davası aparır, günlərdir Qaragöl ətrafında yaranan vəziyyət hakimiyyətin ən yüksək təbəqəsini də, siyasi cameəni də, mətbuatı da toparlayıb. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində olduğu kimi, sərhədlərini bərpa etmək üçün apardığı savaşda da haqlıdır və dünyanın bu haqqı tanımasını istəməsindən təbii heç nə yoxdur. Gözlə görünən dostlarımızın sayı özünü dost göstərənlərdən və dost olmayanlardan az olduğu bu dünyada erməni pulu ilə siyasət yapanların qarşısında duruş gətirmək döyüş meydanında qələbədən heç də asan deyil. Bunun üçün daha çox əmək, zaman, fəaliyyət lazımdır.

Azərbaycan 44 gündə qələbə ilə bitirdiyi Vətən müharibəsini diplomatik masadakı sərhədlərin delimitasiya və demarkasiyası ilə bitirməyə hədəflənib. Bu hədəfə çatmaq üçün müharibədə olduğu kimi birlik, həmrəylik, əməkdaşlıq vacibdir. Belə bir zamanda Əli Kərimlinin “Osmanqızı TV”dəki mitinq çağırışı nəyə xidmət edir? “Meydanlara çıxsınlar, dövlət idarələrinin qarşısına toplaşıb haqlarını istəsinlər”,- deyən Əli Kərimli ölkənin beynəlxalq öhdəliyinin olduğunu xatırladanda, özünü də kimlərsə qarşısında öhdəlik götürdüyünü təbii ki, unutmur. O öhdəlik ki, Fransanı çağırışlarından məzmunca fərqlənsə də, mahiyyətcə eynidir...

Fərziyyə quraq ki, onun çağırışı ilə o mitinqə kimlərsə gəldi. Nə olacaq? Sosial-iqtisadi problemlər, pandemiyanın yaratdığı çətinliklər hesabına insanların həyatında olan mənfilər dərhal aradan qalxacaqmı? Yaxud xalqı narazı salan məmurlar, rüşvət və korrupsiyaya bulaşan qruplar dayanacaqmı? Təbii ki, yox. Sadəcə, başımız toplum və dövlət olaraq daxili problemlərə qarışacaq.

Kimsə mitinqə etiraz etmir. Çünki indiki durumda hər kəsin vəziyyətdən razı olduğunu düşünmək absurd olar. Lakin Məşədi İbad demişkən, heç hənanın yeridir? Bir mənəvi borc, dövlət və vətən qarşısında hər kəsin daşıdığı məsuliyyət var ki, onu vətəndaş, indiki halda Əli Kərimli daşıyır. Amma Əli Kərimli bu məsuliyyətdən bəribaşdan yaxasını kənara çəkir, “Xalqımız üzərinə məsuliyyət götürməlidir” deməklə baş verə biləcək sonuclardan bəribaşdan sığortalanmaq üçün zərbəni də, məsuliyyəti də xalqa yükləmək istəyir.

Kimsə mitinqin əleyhinə deyil. Amma indi mitinq keçirməyin, xalqı dövlət idarələrinin qarşısına çağırmağın zamanıdırmı? Yaxud o, mitinqdə iştirakçılara nə deyəcək? Demək istədiklərini zatən hər gün ya özü, ya da admin heyəti adı altında yenə özü sosial şəbəkədə yazır, paylaşır. Mitinq keçirərək fərqli nələr söyləyəcək? Ancaq çıxışından görünür ki, yerlə-göylə savaşan Kərimli indi də sosial şəbəkələrdən narazıdır. Narazılıq edir ki, xalq sosial şəbəkələri kütləvi etiraz meydanına çevirməyib. Kərimli yəqin onu gözləyirmiş ki, hər gün “Facebook”da, “YouTube”da paylaşımlarına on minlərlə dəstək gələcək, şərhlər yazılacaq, sosial şəbəkədə “inqilab” baş verəcək. Ancaq gözləntiləri (oxu: “Facebook” dəstəyi-müəll.) istədiyi qədər olmayan Əli Kərimli “Təkcə müxalifət hesabına bu qadağaları aşmaq çətin məsələdir” deməklə həm də özünün gücsüzlüyünü etiraf edir.

Axı Kərimli “müxalifət” kəlməsini özəlləşdirərək ancaq öz boyuna biçib, onun nəzərində Azərbaycanda özündən başqa müxalifətçi yoxdur. Belə olan halda Kərimlinin çağırış etdiyi mitinq Azərbaycanın haqq davasına nə kömək edəcək? Heç nə, əskinə, mane olacaq. Daxildə başımızın özümüzə qatışaraq əlimizə düşən tarixi fürsətdən yararlanmağımıza mane olmaq istəyənlərin sayı hesaba gəlməz. Əli Kərimli uzun illərini siyasətdə xərcləyən biri kimi bunu bilməmiş deyil. Bildiyi bir həqiqətdən dövlətin maraqlarının əksinə istifadə etmək istəməsi nəyə xidmət edir? Azərbaycan Ermənistanla son haqq-hesaba hazırlaşdığı, bu tarixi fürsətin yarandığı bir zamanda bunun əskinə yönəlik hər hansı addım ancaq ölkəmizin əleyhinə olacaq və xaricdə “qiymətəndiriləcək”. Bu əməyi ilə Əli Kərimli bağlı olduğu hansısa dairlərdən təşəkkür də, maddi dəstək də ala bilər, ancaq bu zaman onun Azərbaycana qarşı qətnamələr qəbul edən, erməni diversantları “hərbi əsir” kimi tanımağa beşəlli razı olan Avropa Parlamentindəkilərdən nə fərqi var?

Fərqi minimuma endirmək və ya tam aradan qaldırmaq üçün Hərbi Qənimətlər Parkına da etiraz etsə, tam olacaq. Belədə tapşırıqların təkcə icraçısı kimi yox, həm də təşəbbüskarı kimi daha çox “sağ ol” ala bilər. İstər adı “malodes” olsun, istər “thank you”...
Cebhe.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru