“Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi rəsmi İrəvanın indiyədək səhv yolda olmasının etirafıdır” - deputat
Tarix: 24-05-2021, 08:39 | Çap et
 Bir neçə gün bundan öncə Prezident İlham Əliyev çıxışında Ermənistanın indiyədək çox böyük səhvə yol verdiyini başa düşdüyünü bildirmişdi. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın indiki vəziyyəti müstəqilliyini qazanan zamanla müqayisədə daha ağırdır. Ötən gün Ermənistanın Baş Naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın çıxışı, xüsusən Zəngəzur dəhlizi ilə bağlı mövqeyi əslində cənab Prezidentin nə qədər haqlı olduğunu bir daha ortaya çıxardı. Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili bildirib ki, illərdir "zəif Azərbaycan" və "güclü Ermənistan" tezisi üzərində ictimai rəy formalaşdırmış erməni iqtidarları işğal dövründə iqtisadi reallıqları, Azərbaycanın artan imkanlarını, dəyişmiş güc balansını, Ermənistanın isə xarici yardımdan asılı qalmış dalan dövlətinə çevrilməsini hansısa formada daxili auditoriyadan gizlədə bilirdi: “Hətta, artıq zəhərlənmiş erməni cəmiyyəti ilə bərabər hay rəhbərləri özləri də öz yalanlarına inanaraq əmin idilər ki, "dənizdən-dənizə böyük Ermənistan" saxta ideologiyasının reallaşdırılması üçün münbit şərait yaranıb. Lakin "Azərbaycanı hər an darmadağın edib Bakıya qədər irəliləyə biləcək gücdə olmaları" ilə bağlı təbliğatın əvəzində Vətən Müharibəsində rüsvayçı formada məğlub olması, hərbi texnikalarının isə Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənməsi Ermənistanda vəziyyəti köklü dəyişdi. Bu gün erməni hakimiyyəti illərlə yanlış təbliğatla zəhərlənmiş cəmiyyətə reallığı başa salmaqda, xüsusən, Zəngəzur dəhlizi barədə həqiqətləri açıqlamaqda acizdir. Görünən odur ki, Ermənistan hakimiyyəti zamanında yürütdüyü təcavüzkar erməni ideologiyasının qurbanına çevrilib. Üstəlik, böhran və ağır sosial-iqtisadi durum, xarici yardımların kifayət etməməsi, əhalinin Ermənistanı sürətlə tərk etməsi, ənənəvi tərəfdaşların bölgədə yalnız qaliblə tərəf müqabili olmaq istəyi, Azərbaycanla əməkdaşlığa üstünlük verməsi İrəvanı tam çıxılmaz vəziyyətə salıb”. Bəhruz Məhərrəmovun sözlərinə görə, 10 noyabr bəyanatı ilə müəyyən olunmuş Zəngəzur dəhlizinin Prezident İlham Əliyev tərəfindən məcburi açdırılmaq imkanlarının real olması nə Paşinyanda, nə də komandanın digər üzvlərində şübhə doğurmur: “Lakin, kütlə həm illərlə aparılmış çirkin ideoloji işin təsiri, hazırkı müxalif qüvvələrin və revanşistlərin çağırışları ilə, habelə, hakimiyyətə inamsızlığın fonunda reallığa şübhə ilə yanaşır, nəyin doğru olduğunu anlamaqda çətinlik çəkir. Təsadüfi deyil ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 21 may tarixində videoformatda keçirilən müzakirələrində 2 dəfə İtaliyanın Xarici İşlər naziri, 2004-2008-ci illərdə isə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattini açıq şəkildə bildirdi ki, "Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarında yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur." "Görünən odur ki, sağlam və qərəzsiz beynəlxalq beyin mərkəzləri də reallığın fərqindədir və artıq nüfuzlu siyasətçilər belə Ermənistanın düşdüyü durumu dilə gətirməkdən çəkinmir. Prosesin gedişatının və zamanın onların əleyhinə işləməsinin Ermənistan hakimiyyəti də fərqindədir. Bu mənada, seçki gərginliyinə baxmayaraq, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi əslində 30 il ərzində rəsmi İrəvanın səhv yolda olmasının dolayısı ilə etirafı istiqamətində ilkin addımlardır”, deyə millət vəkili əlavə edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06 |
|
|
|
|