Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                 

“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı” - Partiya sədri
Tarix: 22-05-2021, 10:25 | Çap et
“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”
“Rusiya ilə siyasi münasibətlərin yoluna qoyulmasında bu cür faktlardan istifadə olunmalıdır. Azərbaycan tərəfi də əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Şuşada qalıqları aşkarlanan “İsgəndər M” raketləri ilə bağlı danışarkən bildirdi. Rusiya tərəfi Ermənistanın əlinə keçən bu operativ-taktiki silah sistemi barədə indiyə qədər rəsmi izahat verməyib. ADP lideri hesab edir ki, müəyyən razılaşma əsasında Azərbaycan hökuməti məsələnin üzərindən artıq sükutla keçir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bu məsələni qapadılacaq hadisə saymır: “Həmin raketdən istifadə edilməsi faktı ortalıqdadır. ”İsgəndər M" yalnız Rusiyanın istifadəsində ola bilər və digər ölkələrə satışı qadağandır. Ona görə beynəlxalq səviyyəli bir skandaldır və kütləvi qırğına səbəb olan silahdır".

AMİP sədri qeyd etdi ki, Azərbaycan və Rusiya prezidentlərinin son telefon söhbətində bu məsələyə toxunulmasa da, rəsmi Bakı cavab gözləməkdədir: “Bundan əvvəl Prezident İlham Əliyev Putinlə telefon zəngində Şuşada tapılan raket məsələsini qaldırmışdı. Rusiya tərəfi isə bildirir ki, məsələ araşdırılır. Amma araşdırmaların yekunu haqda ictimaiyyət məlumatlandırılmalıdır. Bu olmayana qədər məsələ qapanmış sayıla bilməz”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, bu məsələ hələ bağlanmayıb: “Azərbaycan Rusiyadan hələ izahat almayıb və hazırkı vəziyyətlə qane olduğunu da bildirməyib. Sadəcə, Moskva məsələni uzadır, Bakı isə sakit şəkildə gözləyir. Lakin məsələnin həlli mümkün ola bilər”.

Partiya sədrinin fikrincə, razılaşma o halda reallaşa bilər ki, Qarabağla bağlı qalan məsələlər həllini tapsın, Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilsin, minalanmış ərazilərin xəritələri verilsin: “Bunun qarşılığında Azərbaycan Şuşaya atılan raketlərlə bağlı məsələnin üzərindən susqunluqla keçə bilər. Ancaq Rusiya tərəfindən sadalanan nüanslar barədə konkret addım atılmadığı üçün Azərbaycan ”İsgəndər M" mövzusunu qapatmayıb".

Ümumiyyətlə, Rusiya, eləcə də onun Bakıdakı səfirliyi Şuşaya atılmış “İsgəndər M” raketləri ilə bağlı qalmaqala hələ də reaksiya verməyib. Bu, o deməkdirmi ki, reaksiya heç vaxt olmayacaq və Moskva öz günahsızlığını qəbul edir? Çünki Kreml başçısı Vladimir Putinlə Prezident İlham Əliyev arasında telefon danışığında da bu məsələyə toxunulmadı. Hər halda mətbuat üçün verilən açıqlamada sözügedən məsələ haqda heç nə yoxdur. Bəs məlum olay ikitərəfli münasibətlərdə hansısa neqativ iz və ya təsir buraxa bilərmi?

Siyasi ekspert Ramiyə Məmmədova Bakı-Moskva münasibətlərinin kövrək olduğunu düşünür. Onun fikrincə, indi tərəflər bir-birini narazı salmamağa çalışır, çünki irəlidə birgə atılacaq addımlar çoxdur.

“Rusiya Qərbin canfəşanlığını yaxşı müşahidə edir və Qarabağ məsələsində öz dominantlığını əldən verməmək üçün Azərbaycan və Ermənistanı narazı salacaq addımlar atmamağa çalışır. Kreml Avropa Parlamentinin, Minsk Qrupunun fəallığını ”zərərsizləşdirmək" üçün regionda kommunikasiya məsələlərini tezləşdirmək niyyətindədir. Putinin həm Əliyevə, həm Paşinyana zəngi də bu tələskənliyin təzahürüdür. Ona görə də indi tərəflər üçün belə vaxtda “İsgəndər M” raketinin gündəmə gətirilməsi, qanqaraçılıq salınmasının zamanı deyil. Əlbəttə, məsələ ört-basdır edilmiş görünür, amma əsla qapanmayıb, bu, Rusiyaya qarşı hər zaman istifadə edilə biləcək faktdır", - deyə siyasi şərhçi qeyd etdi.

Onun fikrincə, Şuşaya atılan raketlərlə bağlı Rusiya araşdırma aparır və yəqin ki, yekunda ümumi bir formal cavab veriləcək: “Bu cavab bizi nə dərəcədə qane edəcək bilmirəm, amma Zəngəzur dəhlizinin açılması işi intensivləşsə, Paşinyan sərhədlərin delimitasiyası işində problem çıxarmasa, bu proseslər üçtərəfli razılıqla normal qaydada davam etsə, ”İsgəndər M" hadisəsinin unudulacağını proqnozlaşdırıram. Yəni deyilə bilər ki, olub-olub da, gəlin üzərindən keçək, müharibədir, hər şey baş verə bilər, əsas bölgədə bundan sonra sülhü təmin etməkdir".

Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?.."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru