“Terrorçu və təxribatçıların Ermənistana verilməsi üçün hüquqi prosedurlar keçilməli, hüquqi əsaslar olmalıdır” - AÇIQLAMA
Tarix: 13-04-2021, 08:38 | Çap et
 Ermənistanın daxilindəki gərginlik azalmaq bilmir. Son olaraq, ötən həftənin sonunda Azərbaycanın təcavüzkara vurduğu “əsir zərbəsi” erməni cəmiyyətini tamamilə qarışdırıb.
Erməni iqtidarının xalqını aldadaraq, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun təyyarə ilə Azərbaycan tərəfindəki cinayətkarları gətirdiyi barədə verdiyi xəbərin sonda yalan çıxması qarşıdurmanı daha da dərinləşdirib.
İndi əsas sual budur:
Azərbaycanın bir çox şərtləri (məsələn, mina xəritəsi) Ermənistan tərəfindən yerinə yetirilsə, rəsmi Bakı burada saxladığı erməni cinayətkarları təhvil verərmi?
Politoloq Elçin Mirzəbəyli Ermənistan cəmiyyətinin hələ də reallıqları dərk etmədiyini söylədi: “Ermənistan cəmiyyətində hansı əsaslarla Azərbaycanda saxlanılan, müharibədən sonra ərazilərimizdə cinayət əməlləri törətmiş terrorçu və təxribatçıların qaytarılacağı barədə əminliyin olduğunu söyləmək çox çətindir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi açıq və aydındır. Əgər Azərbaycandan başqa hansısa tərəf Ermənistan cəmiyyətini ümidləndiribsə, o zaman bu, onların hələ də reallıqları dərk etmədiklərini göstərir. Rusiya sülhməramlılarının başçısı da bu məsələ ilə bağlı Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin təxribata yol verdiyini bildirdi və bunun qarşılığında rəsmi İrəvan heç bir açıqlama vermədi. Yəni sadə məntiqlə təxribata yol verdiklərini qəbul etdi. Bu baxımdan terrorçu və təxribatçılarla bağlı ”Ermənistan cəmiyyətini ümidləndirən" məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, ola bilsin ki, belə bir razılaşma olub və bunun qarşılığında Ermənistan hökuməti üzərinə hansısa öhdəliyi, ola bilsin ki, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı sözünü tutmayıb.
Qeyd edim ki, hətta bu halda da terrorçu və təxribatçıların Ermənistana verilməsi üçün hüquqi prosedurlar keçilməli, hüquqi əsaslar olmalıdır. Yəni istintaqın gedişində onlardan hansının qətl, yaxud digər cinayətlər törətdiyi aşkarlanmalı və onlar haqqında müvafiq qərarlar olmalıdır. Cinayət törətməyən şəxslər isə - əgər belələri varsa, o zaman onlar yenə də müvafiq hüquqi prosedurlardan sonra Ermənistana verilə bilər. Yəni bu şəxslər müharibədən sonra Azərbaycan ərazisinə keçdikləri və silahlı olduqları üçün onlara qarşı da müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi labüddür və keçirilməsi də şübhə doğurmur. Bu şəxslərin əfv edilməsi üçün isə məhkəmə qərarları olmalıdır. İkincisi, mümkündür ki, Ermənistan hakimiyyəti ölkədə olan neqativ enerjini Rusiyaya tərəf yönəltmək və bu məsələdə Kremli günahkar çıxarmaq istəyir. Həmçinin Ermənistan cəmiyyətinə mesaj vermək istəyir ki, Rusiya onların heç bir problemini həll etməyəcək. Məsələnin digər tərəfinə, mina xəritələrinin, yaxud hansısa digər məsələnin Azərbaycanın maraqlarına uyğun həll edilməsinin qarşılığında terrorçu və təxtibartçıların Ermənistana təhvil verilməsi məsələsinə gəlincə, bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki onlar müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə keçərək cinayət əməlləri törədiblər və müharibə dövrünün qanunları, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar onlara şamil oluna bilməz".
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Azərbaycan tərəfi 10 noyabrda imzalanmış sazişin 4-cü bəndinin yerinə yetirilməsini istəyir. Bu bənd isə ondan ibarətdir ki, rus sülhməramlıları yerləşdiriləndə paralel olaraq erməni silahlıları bölgəni tərk etsinlər. Amma görünən budur ki, onlar buna əməl etmədilər. Nəticədə noyabrın sonu, dekabrın əvvəli Azərbaycan tərəfi antiterror əməliyyatı həyata keçirərək, onlarla erməni terrorçusunu ələ keçirdi. Söhbət burada əsir və girovlardan, yəni müharibə tərəfindən getmir, onlar sırf olaraq terrorçulardır. Mina xəritəsi və digər məsələlər Azərbaycanın şərtlərindən biridir. Azərbaycanın əsas şərtləri həmin silahlıların ərazidən çıxarılması, mina xəritələrinin verilməsi və kommunikasiya xətlərinin çəkilməsinə maneələr varsa, onların aradan qaldırılmasıdır”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
|