"Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                 

“İnsanların iş yerləri ilə bağlı problem yenidən yaranacaq” - deputat
Tarix: 2-07-2020, 08:23 | Çap et
“İnsanların iş yerləri ilə bağlı problem yenidən yaranacaq”
Azərbaycanda iyunun son günündə koronavirusa yoluxma sayı 556 oldu. Ölkədə hər gün stabil 500-dən çox insan infeksiyaya tutulur.
TƏBİB rəsmisi Yaqut Qarayeva belə izah edir ki, əgər 14 günlük sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər gündəlik 1000 ola bilərdi. Halbuki sərt karantindən öncə yoluxma sayı 400-450 idi.

Həkimlər, professorlar isə bildirirlər ki, iki həftəlik sərt karantinlə heç bir müsbət irəliləyiş olmayacaq. Lakin gedişat və açıqlamalar daha 14 gün sərt karantin tətbiq olunacağına işarə verir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də son brifinqdə eyham vurdu ki, karantinin uzadılması barədə rəylər var, yekun məlumat veriləcək.

O deməkdir ki, 5 iyuldan sonra da SMS icazə ilə yaşamağa davam edə bilərik. Fəqət Operativ Qərargahın yeni yanaşmalar, alternativlər ortaya qoymasına ehtiyac var.

Çünki sərt karantin rejimi yoluxmanın ciddi şəkildə azalmasına gətirib çıxarmır, digər tərəfdən, bir çox xidmət sahələrinin qapadılması əhalinin sosial vəziyyətini çətinləşdirir, iqtisadiyyata zərbələri artırır.

Hazırda xeyli sayda iş adamı, obyekt sahibi, kafe-restoranda işləyənlər çörəksiz qalıblar. Onların pandemiyaya görə üzləşdikləri problemlər hələ ki kompensasiya olunmur.

Bu baxımdan daha 2 həftə sərt karantin rejiminin uzadılması ciddi sosial gərginliyin yaranmasına səbəb ola bilər.

Hazırda sərt karantinin bitməsinə sayılı günlər qalıb, əgər uzadılmasa iyulun 5-dən SMS icazə ləğv oluna, postlar yığışdırıla bilər.

Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejiminin uzadılması istisna edilmir. Onun sözlərinə görə, qərar situasiyadan asılı olacaq.

C.İsayev qeyd etdi ki, hazırda 500-550 civarında yoluxma stabilləşmədən xəbər verir.

Onun fikrincə, daha çox yoluxma ilə üzləşə bilərdik: “Kimsə deyə bilər ki, sərt karantin dövründə yoluxmalar 500-dən yuxarıdır. Amma nəzərə alın ki, biz gündəlik 600-700 nəfərin yoluxması statistikası ilə üzbəüz qala bilərdik. Hazırkı rəqəmlər göstərir ki, stabilləşmə gedir, artım olmayıb. Yəni karantin rejimi sərtləşdirilməsəydi, vəziyyət daha da pisləşə bilərdi”.

Baş infeksionist hesab edir ki, insanların regionlara getməsinə şərait yaradılmalı, paytaxtın yükü azaldılmalıdır: “Bu təklifi əvvəl də vermişəm. Amma hər şeydən əvvəl tövsiyələrə əməl olunmasıdır.

Sən sərt karantin tətbiq elə, insanlar əməl etməsinlər, təbii ki, yoluxmalar artacaq. Tövsiyələr də dəyişməz olaraq qalır - maska taxsınlar, yaxın təmasdan uzaq olsunlar, gigiyenik qaydalara riayət eləsinlər. Bu gün virusla mübarizə üçün başqa yollar yoxdur".

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev facebookda yazıb ki, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir:

“100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Bütün karantin rejimləri ləğv edilməlidir”.

Onun sözlərinə görə, insanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq, təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir: “Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq. Çünki immunitetimiz sıfıra düşəcək. Broyler toyuqlarına dönürük.

Bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar".

Deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının fövqəladə rejim elan olunması təklifinə münasibət bildirərkən isə deyib ki, ən sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar: “Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”.

F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir: “Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib.

Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər".

Bu arada sərt karantin rejimi tətbiq olunan yerlərdə, xüsusən Bakıda elə gün olmadı ki, vətəndaşlar qaydaları pozmasınlar.

Baş Dövlət Yol Polisi İdarəsinin iyulun 1-də yaydığı məlumata görə, karantin rejimi qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla, 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla, 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla, 315 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 800-dən çox nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru