Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                 

"Sahibkarlara birinci karantin mərhələsindəki kömək mexanizmi bərpa edilməlidir" - deputat
Tarix: 26-06-2020, 08:34 | Çap et
"Sahibkarlara birinci karantin mərhələsindəki kömək mexanizmi bərpa edilməlidir"
Pandemiya səbəbindən ölkəmizdə sərt karantin rejiminin tətbiqi digər sahələrlə yanaşı biznes sahəsində də ciddi geriləmələrlə müşaiyyət olunur.

Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli Reyting.az-a müsahibəsində ölkə biznesini problemdən xilas etmək üçün öz təkliflərini səsləndirib.

- Əli müəllim, iyulun 5-nə kimi karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatını hansı təsirlərə məruz qoya bilər?

- İki həftəlik sərt karantin rejiminin tətbiq edilməsi xoş haldan doğmayıb. Bu, son zamanlar xəstəliyə yoluxma sürətinin artması ilə bağlıdır. Statistikaya baxdıqda görürük ki, dünyada koronavirusdan vəfat edənlərin sayı xəstələnənlərin sayının 5 faizi üzərindədir. Azərbaycanda da xəstələnənlərin sayı sürətlə artıb, ölənlərin sayı isə xəstələnənlərin 1,2, 1,3 faizini təşkil edir. Amma başqa bir göstərici kimi ölənlərin aktiv xəstələrin sayı ilə nisbətini götürdükdə, bu, haradasa 2,7 faiz təşkil edir. Deməli, orta dünya göstəriciləri ilə müqayisədə bizim göstəricilərimiz aşağıdır.

Regionda Azərbaycan, Gürcüstan və Ermənistanı müqayisə etdikdə görərik ki, əvvəl ən yaxşı göstəricilər bizdə idi. İkinci yerdə Gürcüstan, sonuncu yerdə Ermənistan gəlirdi. İndi Gürcüstanda vəziyyət xəstələrin sağalmasına doğru inkişaf etdiyinə görə ilk yerdə Gürcüstandır, ikinci yerdə Azərbaycan, ən pis vəziyyət isə Ermənistandadır. Amma yenə də ölənlərin sayı kifayət qədər artdığına görə, epidemiyanın bundan sonra sürətli xəttlə inkişafının qarşısının alınması, bundan sonrakı rəqəmlərin artmaması üçün sərt karantin rejimi tətbiq edilib. Təbii ki, sərt karantin rejimi tətbiq ediləndə birinci mərhələdə olduğu kimi, istehsalı dayandırır və insanlar “Evdə qal!” prinsipinə uyğun olaraq mənzillərində qalmalı olurlar.

- Konkret iqtisadiyyata təsirləri necə ola bilər?

- Hökumət sərt karantin rejiminin tətbiq edildiyi Bakı və digər şəhərlərdə 190 manat birdəfəlik ödənişini bərpa etmək qərarı verib. Bu, müsbət hadisədir. Mən hesab edirəm ki, bununla paralel olaraq biznesin çökməməsi üçün sahibkarlığa dəstək göstərilməlidir. Birinci karantin rejimində bunu müşahidə etmişdik. İşləyənləri ixtisara salmamaq, müəssisələrin bağlanmasının qarşısını almaq üçün 712 manat əsas kimi götürülmüşdü. Karantin rejimi sözsüz ki, kiçik və orta biznesə təsir edib. Odur ki, birinci karantin mərhələsində tətbiq olunan sahibkarlara kömək mexanizmi bərpa edilməlidir.

İkincisi, kommersiya bankları təbii sürətdə müəyyən tövsiyələri yerinə yetirə bilərlər. Fikrimcə, haradasa 6 ay müddətinə vətəndaşların, xüsusilə də kiçik və orta biznesin əldə etdiyi kreditlərə monotorinq qoyulmalıdır ki, həmin müddətdə faizləri ödəməsinlər, onlara cərimə gəlməsin, sanksiyalar tətbiq edilməsin.

Vergi güzəştləri ilin sonuna qədər nəzərdə tutulub və hesab edirəm ki, bu məsələdə problem olmayacaq. Yəni nəzərdə tutulan vergi güzəştləri daşınmaz əmlakla, torpaqla, mənfəətli gəlirlə bağlı və s. istiqamətdə addımlar atılacaq. Fikrimcə, bunları kompleks şəkildə həyata keçirməklə biznesin çökməsinin qarşısını almaq olar. Biznes çökməsə və normal fəaliyyətini bərpa etsə büdcəyə daha çox vəsait verməyə başlayar. Bu da sosial müdafiəyə ehtiyacı olanların vəziyyətini normallaşdırmaq üçün əlavə vəsait olar. Bu, həm də ordumuzu, təhsilimizi, səhiyyəmizi saxlamaq üçün əlavə vəsaitdir. Çalışıb elə optimal variantlar seçməliyik ki, biznes çökməsin. Birinci karantin mərhələsində bunun üçün 215 milyon və 85 milyon manat ayrılmışdı. Pandemiyaya qarşı mübarizədə həm sosial, həm də iqtisadi tədbirlərə 3.5 milyard manat vəsait vəsait nəzərdə tutulmuşdu. İndi mən dediyim rəqəmlər bu vəsaitin yanında elə də böyük deyil. Həm də burada qanunauyğunluq var. Əgər biznesin çökməsinin qarşısını almaq üçün atılan addımlarda nəzərdə tutulan maliyyə yardımı vaxtında verilməsə, sonradan daha çox vəsait xərcləmək lazım gələcək. Odur ki, əlavə xərclərə məruz qalmadan indidən biznesə dəstəyi davam etdirmək lazımdır.

- Artıq demək olarmı ki, bütün digər ölkələrlə yanaşı bizdə də turizm sektoru çöküb?

- Turizm sektoru və otelçilik sahəsində vəziyyət çox gərgindir. Neftdən sonra bizim ən çox valyuta əldə etməyimiz üçün turizm sahəsi daha cəlbedicidir. Məsələn, son illər kənd təsərrüfatı sahəsində ən yaxşı eksport götərici 600 milyon dollardır. Amma turizmdən gələn vəsait 2 milyard dolları ötmüşdü. Hələ bunun “kölgə” tərəfini də götürsək, ola bilsin ki, 3 milyard dollara qədərdir. Bu, neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sahəmizdir.

Bildiyiniz kimi, manatın dünya neft bazarından asılılığını zəiflətmək üçün neftdənkənar sahələrdən 5-6 milyard dollar gəlməlidir ki, Azərbaycan manatı neft bazarı konyukturasından azad olsun. Bu mənada qeyri-neft sektorundan daha çox valyutanın gəlməsi konteksində turizmin perspektivləri cəlbedici idi.

İndiki bu atmosfer iki tendensiyaya gətirib çıxara bilər. Əgər təyyarə-nəqliyyat əlaqələri bərpa edilsə, Azərbaycanda ənənəvi istirahət edən turistlərin bir hissəsi gələ bilər. Eyni zamanda yerli turizm müəyyən qədər canlanar və bundan sui-istifadə edilərək qiymətlər fantastik dərəcədə arta bilər. Bu isə mənfi təsirlər göstərər.

Ümumən nəzərə almaq lazımdır ki, dünyada turizm böhran keçirir.

- Əli müəllim, son zamanlar məlumatlar yayılıb ki, 500 dollardan çox valyuta alan vətəndaşlardan bunun səbəbini, aldığı pulun mənbəyinin açıqlanması tələb olunur. Bu, nə dərəcədə ədalətlidir?

- Valyutanın mübadiləsi zamanı nəzarət mexanizminin tətbiqi bütün ölkələrdə var. Amma onun dozası, sərtlik dərəcəsi də mövcuddur. Mən, Yaponiyada olarkən milli valyutadan istifadə etmək üçün bankda növbədə dayanırdıq, sənəd təqdim olunurdu və bunun əsasında pul mübadiləsi həyata keçirilirdi. Elə ölkələr var ki, gömrükdən keçəndə 10 min dollara qədər vəsaitdən sonra arayış təqdim etməlisən. Bu, təbii haldır. Amma bu məbləğin 500 dollara çatdırılmasını anormal hal hesab edirəm. Əgər bunu hansısa normalara əməl etmək, qənaət etmək, kənar kanalların qarşısını almaq üçün edirlərsə, 500 dollar simvolik rəqəmdir. Bunu bəlli məbləğdə etmək mümkündür.

İkincisi, onlayın sistem vasitəsilə valyuta mübadiləsinə keçid lazımdır ki, insanlar gedib bankların qarşısına toplaşaraq virusun yayılma riskini artırmasınlar. Onlayın sistem ilə insanlar faktiki uçota düşəcək. Bəlli olacaq ki, kim nə qədər valyuta dəyişir. Amma birinci 500 dollar səviyyəsində sərt məhdudiyyətlərin qoyulması düzgün deyil. Bu, həm cəmiyyətdə əlavə suallar yaradır, həm də psixoloji təzyiqdir. Odur ki, optimal məbləğ tapılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru